şənbə günü, 21 noyabr 2026
     

Prezidentlərin Qarabağ üzrə iyun görüşü Putinin iştirakı ilə Rusiyada başlayacaq

Image


Qarabağ münaqişəsinin həlledici mərhələsinin başlanmasına günlər qaldı

Qarabağ münaqişəsinin həllində artıq müəyyən irəliləyişlərin olması problemin çözümündə vasitəçilik edən qüvvələrin də maraq dairəsində yer almaqdadır. Bunun üçün status-kvonun dəyişməsi, Ermənistanın problemin həlli üçün konkret addımlar atması da əsas şərt kimi çıxış edir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev də RİA"Novosti" agentliyinə açıqlamasında bildirib ki, Qarabağ münaqişəsinin nizamlanması prosesinin əsas hissəsi status-kvonun dəyişilməsindən ibarətdir:
"Vyana görüşündən sonra Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov qeyd edib ki, görüş münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır. Bu gün əsas məsələ iyun ayında münaqişənin həlli üçün hərtərəfli danışıqlara başlamaqdır. Münaqişənin həllinin əsas hissəsi qəbuledilməz və davamsız status-kvonun dəyişilməsi və erməni ordusunun işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasından ibarətdir".
Beynəlxalq güclər də bildirir ki, məsələnin sülh yolu ilə həlli istiqamətində addımlar atılmalıdır və bunun üçün əsas diqqət prezidentlərin gələn ay keçiriləcək görüşlərinə yönəlib. Almaniya Bundestaqının vitse-spikeri Edelqard Bulman da bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil: "Almaniya ATƏT-in Minsk Qrupunun səylərini alqışlayır. Əminik ki, bu münaqişə hərbi yolla həll edilə bilməz və edilməyəcək də". Xanım siyasətçi tərəfləri Vyana razılaşmasının şərtlərini yerinə yetirməyə çağıraraq, vəziyyətin gərginləşməməsi üçün təmas xəttindəki insidentlərin istintaqı mexanizminin tətbiqinin zəruriliyini vurğulayıb: "Ümid edirik ki, atəşkəs rejiminin qorunması haqqında saziş ATƏT-in Minsk Qrupunun müəyyənləşdirdiyi fundamental prinsiplərə əsaslanan danışıqların yenidən başlaması üçün əsas olacaq". Bundestaqın vitse-spikeri onu da bildirib ki, Almaniya ATƏT-in sədri kimi regionda sülhün bərqərar olması üçün əlindən gələn hər şeyi edəcək. Bundan öncə isə ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz bildirib ki, ölkəsi Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayına planlaşdırılan növbəti görüşündən müsbət nəticələr və Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllini gözləyir: "Prezidentlərin iyun ayına təyin olunan görüşü nikbinlik doğurur. Həm həmsədrlər, həm də ABŞ hökuməti ümid edir ki, bu görüş müsbət nəticələr verəcək və Qarabağ münaqişəsinin hərtərəfli həllinə gətirib çıxaracaq". Beləliklə, Qərb ölkələrinin yuxarıda qeyd olunan fikirlərindən bəlli olur ki, onlar münaqişənin sülh yolu ilə həllində maraqlıdır və gələn ay prezidentlərin görüşündə konkret addımların atılmasını istəyirlər. Amma aydındır ki, hazırda Qərblə müqayisədə Rusiyanın prosesə təsir imkanları daha böyükdür. Rusiyalı politoloq Aleksandr Karavayev bu xüsusda olduqca maraqlı fikirlər səsləndirir. Rusiya baş nazirinin müavini Dmitri Roqozinin ötən həftə Azərbaycana baş tutan səfəri fonunda ekspert bildirir: "Dmitri Roqozinin Bakıya səfərinin bir məqsədi də Vladimir Putin - İlham Əliyev görüşünün hazırlanması olub. Bu haqda bir neçə mənbənin məlumatında da deyilirdi. Ehtimal ki, Əliyev və Sarkisyanın iyun görüşü olacaqsa, bu, Putinin himayəsi altında Rusiyada baş tutacaq". Onun sözlərinə görə, bir çox hərbi və iqtisadi əməkdaşlıq sahələri Rusiyanın regiona diqqətinin artmasında stimul ola bilər: "Gələcəkdə, Qarabağ rayonlarının müharibədən sonrakı inkişafı üçün də məhz yüksək texnologiyalar lazım olacaq. Həm də bu layihələrdə üçüncü ölkələr, xüsusilə İran və Rusiya iştirak edəcək. Buna görə də Rusiya və İranla əməkdaşlıq Azərbaycanın prioritetlərindən biridir. Bu mənada Rusiya üçün Azərbaycan-Ermənistan-İran bağının yaradılması əhəmiyyətlidir. Burada əsas aparıcı rolu Azərbaycan oynayır.
Doğru yanaşsaq, Qarabağ münaqişəsinin həlli Rusiyanın mövqelərinin möhkəmlənməsinin xeyrinədir. Həm də bu, Rusiyanın Azərbaycanda olan maraqları, eləcə də Ermənistanda iqtisadi mövqelərini gücləndirəcək. Ermənistanla Rusiya arasında nəqliyyat kommunikasiyaları yaranacaq, əlverişli investisiya iqlimi formalaşacaq.
Faktlar göstərir ki, Moskva İrəvana münaqişə ilə bağlı razılaşması üçün təzyiq göstərir". Bütün bunlar fonunda dövlət başçılarının gələn ay baş tutacaq görüşlərində müəyyən irəliləyişlərin olması, Qarabağ konfliktinin sülh yolu ilə çözüm mərhələsinə qədəm qoyması istisnalıq təşkil etmir.
Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ