şənbə günü, 21 noyabr 2026
     

Mənim tanıdığım Binəli Yıldırım...

Image


Və ya iki il əvvəl onunla müsahibəm niyə baş tutmadı? Təkcə Türkiyə yox, həm də minilliyin dörddən biri qədər - 250 ilə yaxın quruluş tarixi olan İstanbul Texniki Universiteti (İTU) bu dəfə Binəli Yıldırımın adı ilə gündəmə gəldi. İTU-nun tarixən məşhur məzunları Türkiyədə və dünyada çox əhəmiyyətli müvəffəqiyyətlərə imza atanlar olmuşlar.
Bu məşhurlar sırasında Nəcməddin Ərbakanın, Turqut Özalın və Süleyman Dəmirəlin adları ön sırada gəlməkdədir. Sonralar Özal Türkiyə Respublikasının 8-ci, Dəmirəl isə 9-cu prezidenti oldu. İndi də bütün dünya Türkiyənin mayın 22-də etdiyi seçimdən, Hakim Ədalət və İnkişaf Partiyasının bazar günü keçirilən növbədənkənar qurultayında ölkənin ikinci şəxsi və partiyanın sədri seçilən İTU-nun başqa bir məzunundan - Binəli Yıldırımdan danışır...

Zahirən sərt, daxilən səmimi, sadə bir xalq adamı

Bu tarixi günlərdə mənimsə yadıma Binəli Yıldırımla təsadüfdən, ya qismətdən ortaya çıxan bir görüş düşdü. Əslində, bu görüş həmişə yadımda olub, sadəcə... 2014-cü il 30 mart bələdiyyə seçkilərində İzmir Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd olan B.Yıldırımın Türkiyədə, o cümlədən İzmirdə olduğum müddətdə, demək olar ki, bütün görüşlərini izləməyə çalışmışam. Bölgənin hər bir meydan və küçələrini az qala addım-addım gəzən, İzmirin məşhur Cumhuriyyət, Gündoğdu, Konak meydanlarında, Bornova, Kamalpaşa, Karşıyaka, Balçova, Konak, Torbalı, Berqama, Menenen kimi onlarca ilçəcində seçiciləri ilə böyük bir məhəbbət və vurğunluqla görüşən Binəli bəyin yorğunluq bilməyən proqramına heyranlığımı da gizlədə bilməmişəm.
Düzü, o günlər mənə əsl seçki izdihamının nə olduğunu yaşatdığı kimi, adamların seçkilərə necə bir ruh yüksəkliyi ilə qatıldığını görməyə də ciddi bir marağım yaranmışdı. Baş nazir Ərdoğanın İzmir səfərində söylədiyi "İzmir AKP-yə möhtac, İzmir Binali Yıldırıma möhtac" təqdimatı da, əslində, bu mübarizədə yanan ocağa atılan benzin kimiydi.
Maraqlıdır ki, Binəli bəy bu mübarızəsini son ana kimi apardı. Böyük İzmirə gətirəcəyi yüzlərlə layihələrdən, açılacaq iş yerlərindən danışmaqdan nəinki doymayan, əksinə, güc-qüvvət alan bir insanın dəyanəti adamı heyran etdiyi qədər də qürurlandırırdı. İsti olmayan yağışlı havanın və Egey dənizinin axşam rüzgarının söyuğundan qorunmaq üçün kürəyinə və çiyinlərinə atmış olduğu dama-dama şal onun mübariz görkəmini tamamlamaqda idi. Səsi bir az batsa belə, yorğunluğunu büruzə vermədən mübarizəsini davam etdirirdi. Belə tədbirlərin birində ona qələbə arzulamışdım. Mən onda zahirən çox sərt və ciddi görünən Binəli Yıldırımın çox səmimi, sadə bir xalq adamı olduğunu da görmüşdüm. İzmir Böyükşəhər Bələdiyyəsinin sədri kimi ondan intervü alacağıma da razılaşmışdıq, hətta görüş üçün birbaşa əlaqə telefonu da vermişdi. Sadəcə o vaxtlar Binəli bəyin qazana bilmədiyi seçki məni bir jurnalist kimi onunla növbəti görüş fikrimdən daşındırdı.
Amma o gərgin mübarizədən sonra Binəli bəy CHP-nin "alınmaz qala"sı sayılan İzmirdə AKP-nin səslərini 36 faizə yüksəltdi, qazandığı bələdiyyə sayı 1-dən 6-ya çatdı. Yenidən İzmir Böyükşəhər Bələdiyyə sədri seçilən Əziz Kocaoğlunun qələbəsini isə faciə kimi yox, İzmirin növbəti uğurları üçün yeni addım kimi dəyərləndirdi, izmirlilərə isə uğurlar arzuladı. O da yadımdadır ki, bələdiyyəyə yenidən sədr olmuş Əziz Kocaoğluna təkcə keçən 10 ildə gördüyü işlərinə görə yox, həm də Binəli Yıldırım kimi bir nəhənglə mübarizədən qalib çıxdığı üçün təbrik ünvanlamışdım.

Uzunmüddətli nazir karyerası

Düzü, o vaxtdan sonra Türkiyənin günlərimizdəki tarixini izləmək mənim üçün həm də Binəli Yıldırımın həyat yolunu izləmək qədər maraqlı və doğma idi. Ərzincana yolum düşməsə də Trabzonda, Bayburtda, Samsunda olanda fikrimdən keçən bir həqiqət də bu olub ki, burdan Binəli bəyin doğulduğu Refahiyə şəhərinə neçə kilometr məsafə qalıb. Düzdür, onda kifayət qədər sayılıb-seçilən bir nazirin vətəninə gedə bilməsəm də, indi baş nazir olmuş həmin şəxsin vətəni ilə tanışlıq bir jurnalist kimi məndə daha ciddi maraq döğurur.
Binəli Yıldırım Türkiyə tarixində nəqliyyat və rabitə naziri vəzifəsində ən uzun müddət - 12 il çalışmış şəxs olduğundan, qardaş Türkiyədə olanların onun adını tez-tez eşitməsi heç kəsdə təəccüb yaratmır. Bu ad ilk dəfə Türkiyədə böyük yol qəzası kimi tarixə düşən "Pamukova faciəsi"ndən sonra gündəmə şimşək kimi gəldi. Onda da B.Yıldırım nazir idi - 22 iyul 2004-cü ildə "Pamukova faciəsi" kimi tanınan qatar qəzası bütün Türkiyəni silkələdi. Ankara ilə İstanbul arasında sürətləndirilmiş səfər keçirən və içərisində 291 nəfər sərnişinin olduğu qatar Sakarya şəhərinin Pamukova bölgəsində relsdən çıxaraq qəzaya uğradı və 41 sərnişin həyatını itirdi. Qəzanın səbəbi kimi maşinistin sürət həddini aşdığı bildirildi. Amma nazir B.Yıldırımın KİV- lərdə səbr və sübütlu dəlillərə əsaslanan müsahibələri reallıqları ortaya qoymaqla, onu istefa çağırışlarından da xilas etdi...
2014-cü ilin 30 mart bələdiyyə seçkilərindən sonra yenidən nazir postuna qayıtmasa da, iyun ayında baş nazir olan, iki ay sonra isə prezident seçilən Rəcəb Tayyib Ərdoğanın müşaviri təyinatını aldı. AKP-nin 2015-ci il noyabr zəfərindən sonra isə baş nazir Əhməd Davudoğlunun təşkil etdiyi 64-cü hökumətdə nəqliyyat, dənizçilik və kommunikasiya naziri yenidən Binəli Yıldırım oldu. Onun nazir olduğu dövrdə 17 min 500 km yol təmir olundu, aktiv hava limanlarının sayı 26-dan 55-ə çatdı, dünyada cəmisi 5 faiz böyüyən hava sektorunun Türkiyədə 15 faiz böyüdüyü həqiqətə çevrildi. Ümumilikdə, ölkədə 3668 layihə həyata keçirildi, davam edən layihələrin həcmi isə 168 milyard dollardır.
Türkiyənin çox nəhəng yol infrastruktur layihələrinə imza atan Binəli Yıldırımın fəaliyyəti o qədər geniş və əhatəlidir ki, bu haqda danışanda haradan başlamağın özü də bir çətinlik yaradır. Körfəz keçid Körpüsü kimi tanınan və Türkiyə prezidenti Ərdoğanın Osman Qazi Körpüsü adını verdiyi asma körpü ən son layihələrdəndir. Uzunluğu 2682 metr olan bu körpü dünyanın dördüncü ən uzun asma körpüsü olmaqla İstanbul - İzmir yolunu 6-7 saat əvəzinə, 3 saat yarıma qət etməyə imkan verəcək. Ərdağanın dediyi kimi körpü 1 saata keçilən körfəzi 6 dəqiqədə kecməyə imkan verəcək.
Tarixi İpək yolunun bərpası Azərbaycan, eləcə də Avropa və Asiya ölkələri üçün böyük önəm daşıyan layihədir. Böyük İpək yolunun davamı olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də nəqliyyat naziri kimi Binəli Yıldırım xüsusi önəm verdiyi layihələr sırasında olub. Belə layihələr Azərbaycanı yenidən dünyanın tranzit, nəqliyyat və ticarət mərkəzlərindən birinə çevrilməsi yönündə atılan uğurlu addımlardandır. Amma vaxtilə Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi qonşu Rusiya və Qərb dövlətləri tərəfindən dəstəklənməyəndə, hətta ABŞ-ın rəsmi dairələrinin məsələyə biganə münasibətindən sonra Azərbaycan bu layihəni, demək olar ki, xilas etdi. Onda da Türkiyənin nəqliyyat naziri olan Binəli Yıldırım bunu xüsusi vurğulamışdı: "Əgər Azərbaycan Prezidenti İlham Əliyev qətiyyət göstərməsəydi, bu layihənin gerçəkləşməsi qeyri- mümkün olardı. Gürcüstan hissəsinin maliyyələşdirilməsinə dair Azərbaycanın qərarı bu layihənin həyata keçirilməsində ən vacib addım idi".

Onun zamanı gəldi...

Hakim partiyanın Mərkəzi İdarə Heyətinin toplantısında deputatlar və mərkəzi aparat işçiləri arasında keçirilən seçkilərdə böyük çoxluq sədr olaraq rabitə və nəqliyyat naziri Binəli Yıldırımı görürdü. Mayın 16-da AKP baş qərargahında keçirilən toplantıda 81 vilayətdən gəlmiş yerli təşkilat sədrləri, gənclər və qadınlar təşkilatları, eləcə də əyalət bələdiyyə sədrləri və vilayət partiya məclisi sədrlərinin qatıldığı toplantıda da iştirakçılar Binəli Yıldırımı partiya sədri və baş nazirliyə yeganə namizəd kimi təqdim etmişdi. Hətta kürsüdə Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Ömər Çəlikin Binəli Yıldırımın adını çəkməyi ilə salondakı alqışların gurultusu xeyli sürdü.
Yeri gəlmişkən, Binəli Yıldırım 2015-ci ilin payızında AKP qurultayı zamanı 1300 nəfərlik qurultay nümayəndəsindən 900-dən çoxunun dəstəyini alsa da, sonradan prezident Ərdoğanla Davudoğlu arasında anlaşma əldə olunması nəticəsində sədr ola bilmədi. 7-8 ay əvvəl baş nazir və partiya sədrliyinə bir addım məsafədən geri çəkilən və istefası gözlənildiyi halda AKP komandasına sadiq olan Binəli Yıldırımın zamanının gəldiyi təsdiqini tapdı. Nəhayət, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası bazar günü keçirilən qurultayında seçiləcək yeni sədrini təqdim etdi. Növbədənkənar qurultayda 65-ci hökuməti qurmağı Türkiyə Respublikasının yeni baş naziri Binəli Yıldırıma həvalə etdi.
Bu onun səsi idi, həmişəki kimi inamlı...
...22 may bazar günü seçkiləri sona yetəndən az sonra təbrik üçün Binəli bəyin telofonunu yığdım. Düzü, telefona cavab verəcəyinə əminliyim olmasa belə, nömrəni yığdım.
Bu onun səsi idi, həmişəki kimi gürultulu, inamlı... Təbrik etdim, Bakıdan salamlarımı yetirməklə uğuruna çox sevindiyimi dedim, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına yeni töhfələr verməsini arzuladım. İzmirdə - iki il əvvəlki görüşümüzü xatırladandan sonra intervü üçün ən yaxın vaxtlarda görüşməyimi istədim. Yeni baş nazir minnətdarlıq və təşəkkürlərindən sonra, mütləq görüşərik dedi...
Hər halda, iki il əvvəl baş tutmayan görüşümdən sonra daha statuslu görüş üçün vaxt almağım məni sevindirdiyi qədər də təəcübləndirdi: qardaş Türkiyənin baş naziri bu qədər yaxın, bu qədər əlçatan imiş...
Namiq Əhmədov,
Azərbaycan Respublikasının əməkdar jurnalisti,
"Qızıl qələm", "Araz", Həsən bəy Zərdabi və
TÜRKSOY-un Beynəlxalq media mükafatçısı




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ