şənbə günü, 21 noyabr 2026
     

Sarkisyanın Vyana görüşünün erməni cəmiyyətinə eyforik təqdimatının arxa səbəbləri var...

Image


Qabil Hüseynli: "Ermənilər də, onların ağaları da əvvəlki dövrlərə nisbətən diplomatik oyunlardan əl çəkməyə məcbur olacaq"

"Bunu tam anladıqları üçün Vyana görüşünün detallarını məqsədli şəkildə təhrif edirlər"

Vyanada baş tutan prezidentlərin görüşündən sonra ermənilər ictimaiyyətə sevincək materiallar ötürür. Belə rəy yaradılır ki, sanki həmin görüşdə fundamental razılaşma əldə edilib. Hətta Azərbaycanın üzərinə hansısa öhdəlikləri götürməsi haqda da məlumatlar tirajlayırlar.
Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə verdiyi açıqlamada vəziyyətin heç də ermənilərin təqdim etdiyi kimi olmadığını deyib. Vyanada mayın 16-da keçirilən görüşə fikir bildirərkən N.Məmmədov deyib ki, Azərbaycanın istədiyi yalnız münaqişənin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasıdır: "Bunun üçün də biz doğrudan da danışıqlara və sülh yoluna üstünlük veririk".
N.Məmmədov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Vyana görüşündən sonra səlahiyyətlərinin artırılmasını şərh edərkən, həmçinin, qeyd edib ki, Azərbaycan bununla bağlı rəsmi mövqe bildirib: "Burada əsas ideya atəşkəs rejiminin möhkəmləndirilməsi idi. Yəni aprelin əvvəllərindəki kimi və ondan sonra da Ermənistan tərəfi daim təxribatlarla məşğuldur. Bunların olmaması üçün bir neçə təklif irəli sürüldü, onlardan biri də ATƏT-in nümayəndəsinin monitorinq aparması üçün mandatının genişlənməsi idi. Prinsip etibarilə biz dedik ki, bu təklifləri həmsədr ölkələrin təklifləri kimi qəbul edirik, yəni buna etiraz etmirik".
N.Məmmədov əlavə edib ki, ATƏT-in nümayəndəsinin monitorinq imkanları bu vaxta qədər də olub: "Bizim istədiyimiz burda yalnız budur ki, monitorinq olursa-olsun, etiraz etmirik, müəyyən mənada genişləndirmə imkanları varsa da, genişləndirilsin. Amma bu ədalətli olsun, bununla bağlı, baş verən hadisələrlə bağlı nümayəndə heyəti düzgün fikir bildirsin, bəyanat versin, açıq-aydın desin". N.Məmmədov deyib ki, baş verən hadisələrlə bağlı dəqiq, qərəzsiz, reallığı əks etdirən mövqenin ortaya qoyulması böyük bir problemdir.
"Ermənistan tərəfi fosforlu bomba işlədir, bununla bağlı nə həmsədrlər, nə ATƏT-in nümayəndəliyi bir mövqe bildirir, məgər bu normal haldır?", deyə Məmmədov vurğulayıb.
Prezident Administrasiyası rəhbərinin müavini, həmçinin, Ermənistanın sabiq baş naziri, ölkə parlamentinin deputatı Qrant Baqratyanın mətbuat konfransında Ermənistanın atom silahının olması barədə bəyanatına belə fikir bildirib: "Buna bir mövqe bildirmək lazımdır axı. Əgər bu varsa, bu tək Azərbaycan üçün yox, region üçün geniş bir təhlükədir. Buna görə də bizim istəyimiz budur ki, orada olan missiya ədalətli mövqe tutsun, real proseslərə qiymət versin".
Göründüyü kimi, hansısa konkret razılaşmadan söhbət getmir. Ümumi mövzularla bağlı Azərbaycan sülhə təkan verə biləcək proseslərə etiraz etmədiyini deyib.
Ermənilərin danışıqların motivini fərqli tərəfə yönəltməklə bağlı seçdikləri taktika nəyə hesablanıb?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan Ordusunun aprel zəfəri diplomatiyamızı xeyli gücləndirib: "İndi danışıqlar stolu ətrafında daha inamlı və daha haqlı mövqedən çıxış edirik. Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən görüşlərdə ABŞ və Fransanın yaxından iştirak etməsi Cənubi Qafqazdakı Rusiya inhisarının müəyyən qədər məhdudlaşdırılması deməkdir. Amerika hələ birinci dəfədir ki, Dağlıq Qarabağ probleminə bu qədər israrla müdaxilə edir. Con Kerrinin Lavrovla 7 dəfə telefon danışığı məhz Vyana görüşünün baş tutmasına səbəb oldu. Moskvaya qalsa idi, yenə də yarımçıq görüş keçiriləcək, başdansovdu qərarlar qəbul ediləcəkdi. Budəfəki görüş isə əvvəlkilərdən həm hazırlıq səviyyəsinə, həm də məsələlərin müzakirəsinin sərtliyinə görə xeyli fərqlənir. Ancaq heç də ermənilərin dediyi kimi deyil. Ermənistan bilir ki, konkret müddəalar üzrə danışıqlar prosesinin başlanması üçün vaxt aazalır. Vyana görüşündə danışıqlar prosesinin başlamasına bir ay vaxt verilib. İyunda prezidentlər yenidən görüşəcək. Onadək isə ekspertlər və xarici işlər nazirləri sülh danışıqlarının ümumi yol xəritəsini hazırlamalıdır. Gündəmdə işğal edilmiş rayonların mərhələ-mərhələ azad edilməsi məsələsidir.
Doğrudur, ermənilər həmişə dəbbələməyə öyrənib. Ancaq bu dəfə dəbbələməyə yol yoxdur. Əgər danışıqların ümumi əldə edilmiş razılaşmasına riayət edilməsə, müharibə variantı yenidən gündəmə gələcək və Ermənistan Azərbaycan Ordusunun sarsıdıcı zərbəsini alacaq.
Güman edirəm ki, ermənilər də, onların ağaları da əvvəlki dövrlərə nisbətən diplomatik oyunlardan əl çəkməyə məcbur olacaq. Bunu tam anladıqları üçün Vyana görüşünün detallarını məqsədli şəkildə təhrif edirlər ki, bir qədər psixoloji üstünlük əldə etsinlər".
Məhəmmədəli QƏRİBLİ






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ