şənbə günü, 21 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarixdə iz buraxanlar: Osman Batur
Tarix: 21.05.2016 / 02:01
Bölmə: Siyasət
Türk millətinin tarix boyunca yetişdirdiyi ən böyük əsgəri qəhrəmanlarından biri olan Osman Batur çağımızda yaşamış olduğu halda, ən az tanınanlardan biridir. Böyük yaradılış qüdrəti ilə pis tale onda birləşib. Doğrudur, qüdrətli adam öz taleyini də yenər. Dahi şəxsiyyət Osman Batur bunu da bacarıb. Silahsızlıqdan və tarixin tərs dövranından ortaya çıxan çətinlikləri bir-bir yenməyə, türk millətinin tarixini türkə layiq davam etdirməyə müvəffəq olub.
Osman Baturun ən böyük talesizliyi gec doğulmuş olmasıdır. Onun döyüşlərini tədqiq edən ingilis Godfrey Lias deyir: "Əgər Osman Batur təyyarə və motosikl çağından əvvəl, yalnız topun və qılıncın olduğu çağda yaşamış olsaydı, çox güman ki o, Orta Asiya türklərinin azadlığını təmin etmiş olardı".
Altay qazaxlarından İslam Bayın oğlu Osman 1889-cu ildə anadan olub. Köçəri qazax həyatını yaşayaraq böyüdü. Dostları kimi o da 10 yaşından çox əvvəl yaxşı süvari və ovçu idi. 12 yaşında həyatının bir dönüm nöqtəsinə gəldi. Qazaxların böyük qəhrəmanı Boko Batur ondakı böyük istedadı görüb onu yaxşı bir əsgər olaraq yetişdirmək üçün yanına götürdü. Ona çətə döyüşlərinin bütün incəliklərini öyrətdi. Eyni zamanda rusa və çinliyə qarşı sönmək bilməyən bir kin aşıladı. İki il sonra Boko Baturun böyük məğlubiyyətləri oldu. Bu məğlubiyyətlərdən sonra Boko Batur Osmana: "Mənim işim bitdi, amma qabaqda sənin kimi bir başqası daha doğulmayacaq. Məndən ayrıl", - buyurdu. Osman bu acı buyruğa boyun əydi. Boko Batur məğlubiyyətdən sonra Türkiyəyə gəlmək üçün Tibetdən keçərkən yaxalandı və boynu vurularaq şəhid edildi.
Bundan sonra Osman Baturun həyatı köçlər, gizli əməliyyatlar və basqınlarla keçdi. O, kiçik dəstələrilə Çin və Rusiya qüvvələrini pusquya düşürər, öldürərək qaçardı. Nişançılığı əfsanəvi dərəcədə sərrast idi. At belində hərəkət halında belə olduğu zaman avtomat tüfənglə atəş açıb düşmən dəstəsinin içərisindəki zabitləri seçərək vurmaq onun hər səfər gördüyü işlərdən idi. Onun şöhrəti qısa zamanda ətrafa yayıldı. Qazax ərləri onu yalnız Boko Baturun deyil, Çingizin də varisi kimi görürdülər. Osman cəsur və məğrur bir döyüşçü idi. Əsgərlərinə yüklədiyi bütün sıxıntıları özü də səmimi qəlbdən onlarla paylaşırdı. Osman Baturun qayəsində fədakarlıq etdiyi, düşmənə acıdığı və ya dostuna xəyanət etdiyi heç bir zaman olmadı.
İkinci Dünya Müharibəsinin qarışıq günlərində Şərqi Türküstan türkləri zülm altında əzilirdilər. Bir çox böyüklər ruslarla və ya çinlilərlə siyasi cəhətdən mənfəət qoparmaq ardınca gedirdilər. Osman, insansevərliyinə baxmayaraq, müharibədən başqa bir çıxış yolunun olmadığına inanırdı. O, yavaş-yavaş Altaylar bölgəsini çinlilərdən təmizlədi. Bu zamanlarda ona "Batur" adı verdilər. 22 iyun 1943-cü ildə altaylar çinlilərdən tamamən təmizləndi. Bulqunda təşkil edilən bir mərasimlə Osman Batur Altay qazaxlarının xanı elan edildi.
Osman Batur 1,85 boyunda, əsmər, gözləri yarı bağlı deyiləcək dərəcədə qısıq, qaşlarının arası qırışıq, az danışan bir adam idi. Şəxsinə aid heç bir ehtirası yox idi. Yalnız böyük məqsədinin ehtirasını daşıyırdı. Onun daxildən gələn məqsədi, Çingiz xanın zamanında olduğu kimi, Altaylardan başlayaraq bütün türk yurdunu çinlilərdən, eləcə də ruslardan təmizləmək idi. Bu, tarixi şəxsiyyət Baturun arzusu idi. Azadlıq atəşi Baturun içini isitmiş, itirilən qürurunu yenidən təzələmişdi. Türklərin ana yurdu Orta Asiya olduğuna görə tarixin ən qədim türk dövlətinin də buralarda qurulmuş olması təbiidir. Çin və yunan mənbələrindən əldə edilən məlumatlardan bəlli olur ki, ən qədim türk dövlətlərinin sırası və yeri Orta Asiya ətrafındadır.
Türk dövlətlərinin müxtəlif adlarla ortaya çıxması türk kütlələrinin ara-sıra başına keçən və ailə təşkilatı ilə dövlət quran təşkilatçıların işidir. Bunların bir və ya bir neçə yüz il öz təşkilatlarını idarə etdikləri zaman xalqı öz milləti kimi saymaları, türklərin ayrı-ayrı millət və ya dövlətlərdən ibarət olduğunu zənn etmək səhvdir. Məsələn, Anadolu türklüyü bir zaman bütövlükdə Səlçuq oğullarının, müxtəlif adlarla ayrı-ayrı, uzun və ya qısa müddətli bir çox bəylərin və ən son olaraq da 600 ildən artıq Osman oğullarının adını daşımışdır. Osmanlı dövlətlərində Osman oğulları damğasını daşıyan və həqiqətdə sayı məhdud olan bu xanədanın Türkiyədən çəkilib getmələrilə yerində qalan Anadolu türklüyü Türkiyə Cumhuriyyəti adı ilə yeni bir dövlət olaraq ortaya çıxdı. İstər milli, istərsə də yarı milli böyük-kiçik bütün türk dövlətlərini xronoloji sırada tədqiq etmək hər bir qələm sahibinin borcudur.
İndiyə qədər aparılan tarixi araşdırmalarda ən çox diqqət verilən yerlər Ön Asiyadır. Ön Asiya məmləkətlərindən sayılan İran, Mesopotamiya və Anadoluda tarixin qədim dövrlərində qurulan bir çox dövlətlər və mədəniyyətlər vardır. Bunları quranların bu yerlərə Orta Asiyadan gəldikləri daha çox səs toplamaqdadır.
Türklərin ana yurdu Orta Asiya olduğuna görə tarixin ən qədim türk dövlətinin də buralarda qurulmuş olması təbiidir. Lakin Orta Asiyada aparılan araşdırmalar hələ o qədər irəli getməyib. Çin və yunan mənbələrindən əldə edilən məlumatlar da m.ə. I və II minillərdən o yana keçmir. Belə səbəblər ən qədim türk dövlətlərinin zaman kəsiyindəki sırası və yeri hələlik Ön Asiya ətrafındadır. Məhz buna görə tarixdə qurulan türk dövlətlərini sıralarkən Ön Asiya məmləkətlərindən başlamaq lazımdır.
Osman Batur Türk dünyasının ən başda gələn qəhrəmanlarındandır. O, kiçik yaşlarından hərbi və ordu təlimi görüb. Özü şəxsən döyüşlərdə iştirak edərdi. Belə döyüşlərin birini Osman Baturun əmrində döyüşən, bir zamanlar ona yavərlik edən Nurqoçay Batur belə anladır:
Düşmən çinlidir... Döyüşün baş verdiyi yer yuxarı Altay dağlarının ən şərqi ətəklərində Monqolustan sərhədlərinə yaxın Tokuz Tavdır. 15 iyul 1944-cü il idi. Düşmənin sayı təxminən 7000 nəfərdi, biz isə 4000 nəfərdik. Amma silah baxımından düşmən bizdən qat-qat üstün idi. İki gün idi ki döyüş halında idik. Bizim güvvələrimiz iki cinaha ayrılmışdı. Sol cinahda komandanlıq edən Cənab Batur (Osman Baturun birinci yavəri) idi. Sağ cinahda isə şəxsən Osman Batur komandanlıq edirdi. Hücum edən tərəf biz idik. Hər iki tərəfdən hücumlar təşkil edir, düşməni çətin vəziyyətə salırdıq. Amma düşmənin sayı və silah gücü bizimkindən üstün idi. Ona görə gəti bir nəticə əldə edə bilmirdik. Bir də çox yorulmuşduq, susuzluq çəkirdik. Bizim toplandığımız yer sudan uzaq idi. Top-tüfəng səsləri gah davam edir, gah da cəhənnəm vəziyyəti alırdı. Biz bir hiylə işlətmək istədik: özümüzü uduzmuş kimi göstərməyə çalışdıq. Bizi təqib edəcək düşməni pusquya düşürmək istəyirdik. Amma düşmən bir az irəliləyib durdu. Onlar atəş xətti aldılar, yaxınlıqlarındakı vadi suyunu tərk etmək istəmirdilər. O ətrafda başqa su yox idi.
Vaxt irəliləmişdi. Biz ikindi namazını qılıb, düşmənin hərəkətini izləyirdik. Bir ara komandanlardan Abbas gəldi. Əsgərlərin susuzluqdan daha artıq dayana bilməyəcəkləri vəziyyətdə olduqlarını söylədi. Osman Batur üfüqlərə baxır, düşünürdü. Onun dalğın bir halı var idi. Mən hiss etmişdim, o, qərar verməzdən əvvəl belə vəziyyət alırdı. Birdən bu əmri verdi:
- Mənim komandamdakılar, atlara, atlara! Hücum! Hədəfimiz çinlilərin əlində olan sudur! - deyə gurladı.
Osman Batur əlində mauzeri düşmənin üzərinə ildırım kimi çaxırdı. Düşmənin əlindəki avtomat silahlar da üzərilərinə gələn türkləri darayırdı.
Biz durduğumuz yerdən baş verənləri seyr edir, həyəcandan qısqacı kəsilən kimi gərgin keçən döyüşü seyr edirdik. Nəticədən o qədər də əmin deyildik. İki min atlı, önlərində böyük komandanları olduğu halda, bilə-bilə ölümə gedirdi. Az sonra bizimkilər vadi bölgəsinə çatdılar. Havaya toz-duman qalxır, top-tüfəng səsləri daha şiddətli gəlirdi. Mən döyüşü durbinlə seyr edirdim. Kimlərin döyüşdüklərini o qədər də seçə bilmirdim. Sinə-sinə vuruşmalar gedirdi. Yarım saat sonra çinli birlikləri döyüşü tərk edərək canlarını qurtarmaq üçün qaçmağa başladılar. Nəticədə, bir az əvvəl Çin bayrağının dalğalandığı yerdə ay-ulduzlu Türk bayrağı dalğalanmağa başladı. Artıq böyük komandanımız sayəsində suyu biz doya-doya içə bilirdik.
Osman Baturun ən başarılı çağında 1944-cü ildə Tanrı dağlarının şimalındakı bütün Şərqi Türküstan qazaxlarının torpaqları, bir neçə şəhər istisna olmaqla, azad edilmişdi. Sonra kommunist ordularının təzyiqi ilə əvvəl Altaylar, sonra Tarbağatay dağları, sonra yavaş-yavaş digər yerlər əldən çıxdı. 1949-cu ildə Osman Batur əsgərlərilə dar bir dağ bölgəsinə sıxışdırıldı. Osman gerila döyüşünün tam bir ustası idi. Tanklı və təyyarəli düşmən ordusu, üstün gücə sahib olmasına baxmayaraq, qalib gələ bilmirdi.
Başlanğıcda Osman Baturun 30 min döyüşçüdən ibarət hərbi qüvvəsi 1950-ci ildə, qadın və uşaq daxil olmaqla, 3-4 minə düşmüşdü. Onun son sığındığı yer Makay bölgəsi idi. Çox pis bir vəziyyət yaranmışdı. Nəyin bahasına olursa olsun, Çin mühasirəsindən qurtulmaq lazım idi. Osman Batur dəstəsilə irəliləməyə başladı. 1951-ci ilin fevral ayı idi. Onlar Qaramal ətrafına gəlmişdilər. Hər yer buz bağlamışdı. Qarşılarına çıxan buzlu çayı keçmək lazım idi. Çünki arxadan çinli ordusu gəlirdi. Keçməyə başladılar. Bir də gördülər ki, buzun üstü çox sürüşkəndir, atlar sürüşüb yıxılır. Bir çox əsgərin atları sürüşüb yıxıldı. Osman bəyin qızının atı da sürüşüb yıxıldı. Bu zaman çinlilərin ordusu arxadan bağırışırdı. Onlar Osman Baturu diri yaxalamaq əmrini almışdılar. Odur ki, atəş etmədən Osmana tərəf bağırırdılar: "Ey Osman Batur, ya təslim ol, ya da hamınız öldürüləcəksiniz." Çox acınacaqlı bir vəziyyət yaranmışdı. Çıxış yolu yox idi. Osman Batur yanındakıların xətrinə təslim olub özünü fəda etdi.
Çinlilər Osman Baturu 80 km irəlidə Tunq-Hukanq şəhərinə apardılar. Orada ona işgəncə verdilər. Bununla da ürəkləri rahatlamadı, onun əl-qolunu bağladılar, atın üstündə küçələri dolaşdırdılar və: "Türküstanı çinlilərdən qurtaraçağam" deyən adamın halına baxın", - deyirdilər. Çox ağır bir vəziyyətdə olan Osman Batur: "Mən ölə bilərəm, amma dünya durduqca mənim millətim mübarizəyə davam edəcəkdir!" - deyə bağırdı. Sonra çinlilər onu Urumçiyə aparıb orada 1951-ci il aprel ayının 29-da şəhid etdilər. Osman Batur son dəqiqəyə qədər mətanətini heç itirmədi. Bir gün yeni Osman Baturların ortaya çıxacağına və son zəfərin onlarda olacağına inamı da heç sarsılmadı.
Qazax xalqının inkişafının ən mühüm mərhələlərindən biri onun adı ilə bağlıdır. Osman Batur doğma zəminə möhkəm bağlı olan bir adam kimi millətinə rəğbətlə yanaşıb, milli məsələlərdə nümunəvi bir əsgər, böyük bir dövlət adamı olub. Bütün ömrünü millətinin birliyinə və böyüklüyünə həsr edən Batur, sözün əsl mənasında, yaxşı münasibətlər tərəfdarı idi.
Fazil QARAOĞLU,
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
Tarix: 20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
Tarix: 20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
Tarix: 20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
Tarix: 20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
Tarix: 20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
Tarix: 20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
Tarix: 20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
Tarix: 20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
Tarix: 20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
Tarix: 20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
Tarix: 20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı
– nələrin baş verəcəyini görəcəyik…
20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...
20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ