şənbə günü, 21 noyabr 2026
     

Beynəlxalq Atom Enerjisi Agentliyi Ermənistanı qanunsuz nüvə ticarətində öncül yerə qoydu

Image


Ermənistanın regionda radioaktiv maddələrin yayılmasında bu gün əsas mənbə rolunda çıxış etməsi artıq beynəlxalq miqyasda etiraf edilir və bununla bağlı çoxsaylı faktlar açıqlanır. Belə bir vaxtda Gürcüstan mətbuatı dövlət qurumlarının rəsmi statistik informasiyalarına əsasən məlumat yayıb ki, son 10 il ərzində Gürcüstan Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Xidməti nüvə və radioaktiv maddələrin qaçaqmalçılığı ilə bağlı 24 fakt aşkar edib.
Mətbuat son 10 ildə məhz bununla əlaqədar olaraq 70 nəfərin həbs edildiyini bildirib. Gürcüstana radioaktiv maddələr daha çox Ermənistandan, Rusiya və Abxaziyadan gətirilib. Qeyd edək ki, Gürcüstana sonuncu dəfə 2016-cı ilin aprelində Ermənistandan radioaktiv maddə keçirilməsinə cəhd olunub. Nəticədə altı nəfər həbs edilib.
Ermənilərin radioativ maddəni istismar müddəti çoxdan keçən "Metsamor" atom elektrik stansiyasından (AES) əldə etmələri də danılmaz həqiqətdir. Bu səbəbdən hesab edilir ki, məsələnin qarşısının birdəfəlik alınması üçün məhz "Metsamor" atom elektrik stansiyasının fəaliyyətinin dayandırılması zəruridir. İstanbuldakı Böyükçəkməcə Təbiəti Mühafizə və Yaşıllaşdırma Dərnəyinin sədr müavini Səlahəddin Bulud isə qeyd edir ki, istismar vaxtı keçmiş "Metsamor" atom elektrik stansiyasında yarana biləcək hər hansı bir texniki nasazlıq Çernobıl faciəsindən dəfələrlə ağır nəticələr risqi yaradır. Bu AES-in seysmoloji ərazidə yerləşməsinin bəşəri fəlakət təhlükəsi olduğunu bildirən Səlahəddin Bulud deyib ki, istismar müddəti çoxdan başa çatan "Metsamor"un köhnə avadanlıqlarla fəaliyyətini davam etdirməsi ətraf mühit üçün ciddi təhdiddir. Bu AES-dəki köhnə avadanlıqlar ixrac olunan radioaktiv tullantıların həcmini dəfələrlə artırır. Belə vəziyyət isə radiasiyanın təbii formada bölgə ölkələrinə yayılmasına səbəb olur. Ekspert bildirib ki, "Metsamor" AES-in gələcək taleyi sülhsevər dünya ictimaiyyəti qarşısında dayanan ən başlıca məsələlərdən biridir.
Avropanın təhlükəsizlik məsələləri üzrə eksperti Petra Posegan isə bəşəriyyətin təhlükəsizliyi üçün bir çox risqlərin mövcud olduğu müasir dövrdə nüvə silahı istehsal etmək məqsədilə müvafiq materiallara sahib ölkələrin qarşısını almağın vacibliyini vurğulayır. Onun fikrincə, bu cür addımların atılması Cənubi Qafqaz kimi münaqişəli ərazilərdə daha mühümdür. Vyanada yerləşən Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) hesabatına istinad edən ekspert bildirir ki, Ermənistan nüvə və digər radioaktiv materialların qanunsuz ticarətinə görə ilk yerlərdədir: "1999-cu ildən bəri bu ölkədə bir neçə ciddi hadisə baş verib. Son vaxtlar baş verən hadisələr isə birbaşa Ermənistandan keçən nüvə qaçaqmalçılığı marşrutunun olduğunu deməyə əsas verir. Ermənistan vətəndaşları Gürcüstanda nüvə qaçaqmalçılığına görə saxlanıb. Dəlillər göstərir ki, qaçaqmalçılıq zamanı daşınan nüvə maddələri nüvə silahının hazırlanmasında istifadə olunur. Nüvə silahlarının həddindən artıq təhlükəli olması bu faktlara ciddi yanaşma tələb edir.
Aprel ayında Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan ölkəsinin nüvə silahına malik olduğunu və bunu daha da inkişaf etdirməyə qadir olduğunu deməklə dünya ictimaiyyətini xeyli təəccübləndirdi. Ermənistanın bu silaha malik olmasının yeganə səbəbi Türkiyə və Azərbaycan kimi ölkələri təhdid etməkdir. Son dövrlərdə Cənubi Qafqazda yüksək dərəcədə radioaktiv maddə olan uran 238-in qaçaqmalçılıq yolu ilə satılması kimi hallar aşkarlanır".
Ekspert diqqəti ona yönəldir ki, "Metsamor" AES-in yerləşdiyi ərazi olduqca seysmik zonadır: "Yəni təkcə vaxtı keçmiş sistem və texnologiya deyil, həm də baş verə biləcək təbii fəlakət ciddi təhlükə yarada bilər. Erməni rəsmiləri əhalini qorumalı və nüvə faciəsinin baş verməsinə şərait yaratmamalıdırlar. Amma əksinə, onlar özləri üçün təhlükə yarada biləcək stansiyanın işini davam etdirirlər. "Metsamor" AES Asiya, Yaxın Şərq və Avropadakı milyonlarla insanın təhlükəsizliyi üçün ciddi təhdid hesab olunmalı və ləğv edilməlidir".
Gürcüstan-Qafqaz Strateji Tədqiqatlar İnstitutunun prorektoru Simon Kopadze də eyni mövqeni sərgiləyir. O bildirib ki, bu gün Ermənistan həm də regionda radioloji təhlükə mənbəyidir: "Metsamor"AES buna ən böyük misaldır. Bu stansiya öz ömrünü, istismar müddətini başa vursa da, onun bağlanması və ya modernləşdirilməsi mümkün deyil. Bunun üçün ilk növbədə siyasi iradə lazımdır. Siyasi müstəqilliyi olmayan ölkə olaraq Ermənistan bunu edə bilməz. Çünki müstəqil siyasəti yoxdur. Ermənistan hakimiyyəti başa düşmür ki, "Metsamor" AES təkcə azərbaycanlılar, türklər və gürcülər üçün deyil, erməni xalqının özü üçün də ciddi fəlakət mənbəyidir. Biz tarixdən atom silahının nəyə qadir olduğunu yaxşı bilirik. Yaxın keçmişimizdə Çernobılda baş verən partlayışı da xatırlayırıq. Otuz ilə yaxın vaxt keçib, amma hələ də Çernobıl problemi yaşanır. Ona görə də hesab edirəm ki, bu stansiya bağlanmalıdır".
Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ