"Metsamor" AES bütün region üçün təhlükə törədir, çünki bu elektrik stansiyasının reaktorları çoxdan köhnəlib və etibarlı deyil.
Bunu Trend-ə ABŞ-ın Şərqi Karolina Universitetininin Təhlükəsizlik və politologiya araşdırmaları kafedrasının müdiri, professor Cəlil Roşandel deyib.
Onun sözlərinə görə, Aİ-nin təhlükəzilik standartlarına əsasən, AES-in reaktorları çoxdan köhnəlib.