şənbə günü, 21 noyabr 2026
     

"Milli Məclisin sədri Tofiq Qasımov olmalı idi, İsa Qəmbər yox"

Image


Yunus Oğuz: "Heydər Əliyevin may hadisələrində müstəsna xidmətləri olub"

Son günlər 1992-ci ilin may hadisələri yenidən gündəmə gəlib. Məsələyə daha dolğun aydınlıq gətirmək üçün "Olaylar" agentliyi xalq azadlığı hərəkatının öncüllərindən, may hadisələrinin birbaşa iştirakçılarından olan yazıçı Yunus Oğuzdan müsahibə götürüb. Yunus Oğuz 1991-1992-cı illərdə "Ordu" qəzetinin baş redaktoru vəzifəsində çalışıb.
1990-cı ildə AXC Ali Məclisinə, sonra AXC idarə heyətinə üzv seçilib. 1992-ci ildə AXC idarə heyəti ləğv olunduqdan sonra AXC sədrinin müavini olub. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri təyin edilib.
- 1992-ci ilin may hadisələri ondan başladı ki, mart ayında artıq Ayaz Mütəllibov istefa vermişdi, yeni prezident seçkilərinin keçirilməsi üçün qərar verilmişdi və iyunun 7-də prezident seçkiləri keçirilməli idi və keçirildi də. May hadisələri, Ayaz Mütəllibovun istefa verməsi əslində Xocalı soyqırımı ilə bağlı idi. Çünki Ayaz Mütəllibovun administrasiyası xalqı aldatmışdı. Administrasiya bəyan etmişdi ki, Xocalı hadisələrində cəmi 2 nəfər ölən var. Lakin Xocalı soyqırımının video görüntüləri əldə edildikdən sonra əvvəlcə Xalq Cəbhəsinin Məclisində, daha sonra isə Milli Məclisdə göstərildi. Bundan sonra Ayaz Mütəllibovun impiçment məsələsi qoyuldu və bununla da o, istefa ərizəsini yazdı. May hadisələri də bundan sonra başladı. Artıq Hacı Əbdülün dəstəsi mayın 14-dən bir neçə gün öncə Milli Məclisin qarşısına toplaşmışdı. Orada çadırlar qurulmuşdu, təxminən yüzə qədər insan Ayaz Mütəllibovun geri qayıtmasını tələb edirdi. Mayın 14-də Milli Məclisdə guya Ayaz Mütəllibovun "bərpası" təmin olundu. Əslində isə bu, qanun pozuntusu idi. Çünki yeni prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdu. Hadisələr də məhz bundan sonra cərəyan etməyə başladı. Təbii ki, mayın 14-də Milli Məclisdə Azərbaycan Xalq Cəbhəsi toplandı. Mitinqi mən, Tahir Kərimli və Mərdəkandan olan Məşədi idarə edirdik. Əslində isə mitinqi daha çox mən aparırdım.
- Sizə elə gəlmirmi ki, illərlə xalq hərəkatında birbaşa xidmətləri olan şəxslərin sıradan çıxarılması prosesi aparılır?
- Əslində hər kəs may hadisələrini özü gördüyü kimi danışmır. Çünki bu hadisələrin birbaşa iştirakçısı olan bir çox insanları unutdurmağa çalışırlar. Təəssüf ki, çox zaman da buna nail olurlar. Məsələn, may hadisələrinin fəallarından olan Qurban Məmmədovun xidmətləri tamamilə danılıb. Eyni zamanda, mənim, Tahir Kərimlinin, Çingiz Qənizadənin xidmətlərini tamamilə danırlar. Elə təəssürat yaradılır ki, sanki bu insanların heç bir xidmətləri olmayıb, ümumiyyətlə bunlar orada olmayıblar. Həmçinin İsgəndər Həmidovun xidmətlərini danırlar. Məsələn, bəzən deyirlər ki, Heydər Əliyevin o vaxt insanların toplanmasında, Xalq Cəbhəsinin hakimiyyətə gəlməsində xidmətləri olmayıb. Əslində bu fikirlər böyük səhvdir. Məsələn, mayın 14-də Qurban Məmmədov mənim yanımda, Xalq Cəbhəsinin qərargahından Naxçıvana, Heydər Əliyevə zəng etdi. Heydər Əliyev də may hadisələrində Konstitusiya pozuntusunun baş verdiyini nəzərə alaraq birbaşa elan elədi ki, Xalq Cəbhəsini dəstəkləyir və Xalq Cəbhəsi ilə bir yerdədir. Mən də Heydər Əliyevin bu fikirlərini elan etdim. Elan olunandan sonra ki, Heydər Əliyev Xalq Cəbhəsini, bu aksiyanı dəstəkləyir və Konstitusiyanın pozulmasına imkan verməyəcək, səhəri gün Xalq Cəbhəsinin qərargahı qarşısına bir milyona yaxın adam toplaşdı. Heydər Əliyevin may hadisələrində müstəsna xidmətləri olub. Həmin insanlar oradan Milli Məclisin qarşısına qədər yürüş etdilər. May hadisələri zamanı biz xüsusi fəallıq nümayiş etdirirdik. Məsələn, mən, Çingiz Qənizadə, Fəhmin Hacıyev və Pənah Şahsevərli Salyan kazarmasına gedərək təbliğat aparırdıq. Nəticədə bir batalyon bizim təbliğatımıza inandı və Salyan kazarmasından əmr verildi ki, həmin batalyon öz silahları ilə Xalq Cəbhəsinin qarşısında olsun. Həmin batalyon bizimlə sona qədər bir yerdə oldu. Təəssüf ki, bu hadisələri yada salan yoxdur, sanki belə bir şey olmayıb, hadisələrdə bir-iki adam iştirak edib və s.. Əslində isə həmin bir-iki adamlar yürüşdə də yox idilər, öndə İsgəndər Həmidov, Fəhmin Hacıyev və mən gedirdik. Biz yürüşə gedəndə Çingiz Qənizadə artıq televiziyaya hücuma keçmişdi. Bəlkə də o batalyonlar xalqın köməyinə gəlməsəydi, insanlar hücuma keçməyəcəkdi. Yaxud Heydər Əliyev dəstək verməsəydi, insanlar yürüşə qatılmayacaqdı. Nəyə görə bu xidmətləri danırlar? Əsas məsələlərdən biri də ondan ibarət idi ki, o zaman Heydər Əliyevin namizədliyini irəli sürməyə imkan vermirdilər. Heydər Əliyev kifayət qədər müdrik siyasətçi olduğundan, yəqin ki, həmin seçkilərə qatılmayacaqdı. O, Xalq Cəbhəsindən əvvəl hakimiyyətə gəlsəydi, yəqin ki, hadisələr tamamilə başqa cür cərəyan edəcəkdi. Bu hadisələrdən sonra Xalq Cəbhəsinin namizədi Əbülfəz Elçibəy müəyyən edildi. Onun iyunun 7-də hakimiyyətə gəlməsi artıq de-fakto var idi, de-yure qanuniləşdirilməli idi.
- Necə oldu ki, xalq hərəkatında xidmətləri olmayan şəxslər sonradan hakimiyyəti ələ ala bildilər?
- Mayın 17-də axşam bir neçə şəxsin, o cümlədən mənim də iştirakımla Tofiq Qasımovun Milli Məclisin sədri olması razılaşdırılmışdı. Lakin gecə biz gedəndən sonra nə oldusa, səhəri məsələ dəyişdi. Məlum oldu ki, Milli Məclisin sədri İsa Qəmbər olacaq. Tofiq Qasımovu inandırdılar ki, sən xarici işlər naziri olsan daha yaxşı olar. Əslində isə Tofiq Qasımov Milli Məclisin sədrliyinə razılıq vermişdi. Bu da xəyanət idi. Çünki məsələ ilə bağlı Tofiq Qasımovun ətrafındakı insanların razılığını almışdılar. Milli Məclisdə sədr Tofiq Qasımov olmalı idi, İsa Qəmbər yox. Bu hadisələrin hamısı mənim gözümün qarşısında baş verib. Elə insanlar var ki, onlar faktiki olaraq bu hadisələrdə iştirak etməyiblər. İndi üzə çıxırlar ki, guya xalq hərəkatının ən fəalları onlar olublar. Hansı ki, biz yürüş edəndə onlar qaçıb bir şöbə müdirinin evində çay içirdilər. Onlardan birinə dedim ki, bu faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyindən sənədlər çıxarıla bilər, nəticədə indi "bərkgedən"lərdən biri gedib MTN-in binasını mühasirəyə aldı. Mən isə o zaman mitinqləri aparırdım. Bu faktların hamısı insanların gözü qarşısında baş verib. İndi biri mətbuata çıxır, biri danışır, biri danışmır, elə bilirlər ki, hər şey unudulub. Əslində İsa Qəmbər Məmməd Əmin Rəsulzadə də ola bilmədi. Çünki Məmməd Əmin Rəsulzadə hakimiyyətə gəldi və baş hazir postunu tamam bitərəf adama verdi. O vaxt Tofiq Qasımov da bitərəf idi, amma İsa Qəmbər özü hakimiyyətə gəlmək istədi. Ayın 18-dən iyunun 7-dək prezidentin səlahiyyətlərini icra etdi. Nəticəsi də hamıya bəllidir.
- Bəlkə o vaxtkı tənqidi fikirləriniz Sizə qarşı münasibətin dəyişməsinə səbəb olub?
-Mən "Ordu" qəzetində baş redaktor idim. Mən tənqidi yazı yazan kimi İsa Qəmbər mətbuat konfransında hədələyici tonla danışırdı. Elçibəy isə demişdi ki, mən demişəm o yazını yazsın, sonra? Belə şeylər tez-tez olurdu. İnsanlar özlərini göstərdikləri kimi demokratik ola bilmirdilər. Hətta dedikləri sözləri danırdılar ki, belə söz deməmişik. Lakin insanlar ayıldı, hər şeyi dərk etdilər, ona görə də indi həmin şəxslər yox dərəcəsindədir. İndiki liderlərin əksəriyyəti o vaxt yox idi. Lakin o vaxt xalq hərəkatında xidmətləri olanları sıradan çıxarmağa çalışırlar. Məsələn, Qurban Məmmədovun xalq hərəkatında böyük xidmətləri olub. Lakin o, sanki Azərbaycan miqyasında unudulub. Mən xalq hərəkatının fəallarından yox, öncüllərindən biri idim. Mitinqləri aparırdım. 1992-ci ildə AXC idarə heyəti ləğv olunduqdan sonra AXC İcraiyyə Komitəsinin üzvü oldum. O vaxtlar mən həm də Xalq Azadlığı Partiyasının sədri idim. Buna baxmayaraq, hakimiyyətə yeni gələnlərin nöqsanlarını deyir, mənfi fəaliyyətlərini tənqid edirdim. Tənqid ona görə olmalı idi ki, o vaxt hakimiyyətin necə idarə olunmasını bilmirdik. Ona görə gördüyümüz nöqsanları dilə gətirməli idik. Necə ki, indi tənqid edirik. Tənqid ona görə lazım idi ki, siyasi hakimiyyəti almışdıq, amma iqtisadi hakimiyyət kommunistlərin əlində qalmışdı. Aparıcı iqtisadi postlarda hakimiyyəti öz əlimizdə cəmləşdirə bilməmişdik. Çörək qıtlığı da bu səbəbdən yarandı, son nəticədə sabotajla üzləşdik. Belə nöqsanları deyəndə bildirirdilər ki, onlar da bu xalqın nümayəndələridir. Lakin onlar faktiki kommunistlərdən qalmış kadrlardı və sabotajla məşğul idilər. Heydər Əliyev həmin kadrları tədricən dəyişdi. Amma biz bir il ərzində yalnız baş nazirimizi dəyişə bildik ki, o da uğursuz alındı. Demək istəyirəm, hələ ki, bu hadisələrin canlı şahidləri var.
"Olaylar", Alim



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ