Belarus Prezidenti Aleksandr Lukaşenko Dnestryanı, Dağlıq Qarabağ problemlərinin və MDB üçün digər aktual məsələlərin həlli ilə daha fəal məşğul olmağa çağırıb. Trend-in BELTA-ya istinadən verdiyi məlumata görə, bunu A.Lukaşenko MDB ölkələrinin Təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 40-cı iclasında nümayəndə heyətlərinin başçıları ilə görüşdə deyib.