"Erməni diasporu tərəfindən Bakı-Tbilisi-Qars (BTQ) layihəsinə çoxlu maneələr olub və bu vəziyyət davam edir". "APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov "The Business Year” jurnalına müsahibəsində deyib.
"Biz Azərbaycan şirkəti olaraq bu dəmir yolunun inşasına başlayanda Ermənistanın Bakı-Tbilisi-Qars layihəsindən kənarda qalacağı ilə bağlı narazılıqlar var idi", - deyə C. Qurbanov əlavə edib.