Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü çox müsbət faktdır. Trend-in məlumatına görə, bunu Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
O bildirib: "Biz müxtəlif tədbirlərin keçirilməsi, insidentlərin araşdırılması, hərtərəfli sülh danışıqları üçün "yol xəritəsinin" planlaşdırılması, yaxın vaxtlarda ikinci görüşün planlaşdırılması barədə qərarı dəstəkləyirik".