şənbə günü, 21 noyabr 2026
     

Prezidentlərin Vyana görüşünə dövlətlərdən geniş reaksiyalar var

Image


Rusiyalı politoloq: "Həmsədr ölkələr Ermənistana təzyiq etməlidir"


Qarabağda vəziyyətlə bağlı Azərbaycan və Ermənistan liderlərinin görüşünün nətiəcələri üzrə təmkinli nikbinlik üçün əsas var. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

D.Peskov bildirib: "Biz ümid etmək istəyirik ki, daha sabit dövrün davam etməsinə imkan vermə baxımından təmkinli nikbinlik üçün əsas var".

Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Romen Nadal isə bildirib ki, Fransa hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyanada keçirilmiş beynəlxalq görüşün nəticələrini alqışlayır.

O qeyd edib ki, Vyanada tərəflərin üzərinə götürdükləri öhdəliklər böyük əhəmiyyətə malikdir: "Fransa həmin öhdəliklərə əməl etməyə çağırır və Minsk qrupunun həmsədri qismində rusiyalı və amerikalı tərəfdaşları ilə vasitəçiliyini davam etdirəcək".

Böyük Britaniya da Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Vyana görüşünü alqışlayır. Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin "Facebook" səhifəsinə istinadən xəbər verir.

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün nəticələrindən ruhlanıb. Bunu isə amerikalı həmsədr Ceyms Uorlik deyib.

C.Uorlik bildirib: "Biz ötən gün keçirilmiş görüşdən çox ruhlanmışıq. Hər iki prezident atəşkəs rejimi razılaşmasına əməl etmək, etimadın möhkəmləndirilməsi üzrə vacib tədbirləri aktivləşdirmək və gələn ay danışıqlara başlamaq öhdəliklərini götürüblər ki, bu da hərtərəfli nizamlanmaya gətirib çıxara bilər".

Onun sözlərinə görə, prezidentlər status-kvo çərçivəsindən çıxmaq və regionda bütün insanlara fayda verə biləcək tədbirlər görmək üçün siyasi iradə nümayiş etdirdilər: "ABŞ və həmsədrlər bu işdə istənilən zəruri köməyi göstərməyə hazırdırlar".

Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) isə deyiblər ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır.

XİN-dən bildiriblər ki, Türkiyə ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə daha aktiv fəaliyyətə çağırır: "Türkiyənin mövqeyi dəyişməz olaraq qalır - münaqişə sülh yolu ilə həll olunmalıdır".

Ermənistanın atom silahına malik olması ilə bağlı bəyanata gəlincə, Türkiyə XİN-dən qeyd ediblər ki, belə bəyanat hətta Ermənistanın özünün marağında deyil: "Kimyəvi və ya nüvə silahından istifadə bəşəriyyətə qarşı cinayətdir. Biz əminik ki, Ermənistanın nüvə silahı yaratmaq üçün imkanları yoxdur".

"Həmsədr ölkələr Ermənistana təzyiq etməlidir"

"Əgər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yaxın vaxtlarda ikinci raundu keçirilməsə, təmas xəttində vəziyyət yenidən gərginləşəcək". Bunu isə APA-nın Moskva müxbirinə açıqlamasında rusiyalı politoloq, «Alte et Certe» Analitik Mərkəzinin rəhbəri Andrey Yepifanstev bildirib. Onun sözlərinə görə, prezidentlərin Vyana görüşünün keçirilməsi özü müsbət faktdır: "Nəzərə alaq ki, bir ay bundan qabaq qoşunları təmas xəttində gərginlik pik həddə idi. Ermənistan danışıqlar prosesindən, ümumiyyətlə, çıxdığını bəyan etmişdi. Bundan başqa, Yerevan danışıqlara başlamaq üçün ilkin şərtlər irəli sürmüşdü. Bu, Azərbaycan tərəfinin atəşkəs rejiminə əməl edəcəyinə zəmanət verməsi və digər şərtlərdən ibarət idi. Lakin göründüyü kimi, Ermənistanın irəli sürdüyü şərtlərin heç biri yerinə yetirilmədi və Yerevan da danışıqlar masasına oturdu".

Rusiyalı ekspertin fikrincə, əgər danışıqlar prosesində real irəliləyişlər olmasa, real addımlar atılmasa, müharibə təhlükəsi yenidən gündəmə gələcək: "Ermənistanın mövqeyi münaqişə bölgəsində "status-kvo"nu qoruyub saxlamaqdır ki, bu da münaqişənin həlli prosesi ilə bağlı danışıqları bəhrəsiz edir. Həmsədr ölkələr Azərbaycanı daim danışıqlar prosesində saxlamaq istəyirlər. Ona görə ki, Azərbaycan danışıqlar masasına oturanda, döyüşmür. O ki qaldı həmsədr ölkələrin tərəflərin güzəştlər tapmasına yardımçı olacağına, deyə bilərəm ki, danışıqlar prosesində güzəşt ilkin olaraq Ermənistanın işğal etdiyi rayonlardan bir neçəsini nəqliyyat blokadasının aradan qaldırılması müqabilində Azərbaycana qaytarması ola bilər. Hesab edirəm ki, həmsədr ölkələr Ermənistana bu addımı atmağa təzyiq etməlidir. Son 20 ildə Ermənistan "status-kvo"nu saxlamaqla uğur əldə etdiyini düşünürdü. Lakin aprel hadisələri bunun əksini sübut elədi. Son 20 ildə Ermənistan hərbi vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyini gördü. Ona görə də hesab edirəm ki, hazırkı hərbi-siyasi vəziyyət Ermənistanın uzun illərdir ki tutduğu mövqedən əl çəkməsini mümkün edir. Bu zaman müəyyən imkan yaranacaq ki, kompromis əldə olunsun".

Rusiya İctimai Palatasının üzvü, Siyasi Təhqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov isə APA-ya prezidentlərin həmsədrlərin iştirakı ilə Vyanada baş tutan görüşünü belə şərh edib: "Prezidentlərin Vyana görüşü zahiri cəhətdən nəticəsiz olsa da, vacib görüş idi. Bu görüşdə heç bir razılıq əldə olunmadı, bircə təmas xəttindəki insidentlərin araşdırılması ilə bağlı razılıqdan başqa. Bu görüş bir neçə mərhələdə məlum formula çıxmaq üçün lazım idi. Bu, münaqişənin həlli ilə bağlı Kazan formuludur ki, özündə Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması müqabilində Ermənistan blokadasının yarılmasını əks etdirir. Bu formula çıxmaq üçün bir neçə belə görüş keçirilməlidir. Vyana görüşünü "dörd günlük müharibə"dən sonra danışıqlar prosesinin bərpası da adlandırmaq olar. Hesab edirəm ki, bu ilin sonuna kimi danışıqlar prosesində nailiyyət əldə olunacaq".

S. Markov onu da qeyd edib ki, münaqişə tərəfləri arasında Kazan formulu üzrə 95 faiz razılıq əldə olunub: "Qalan 5 faizdə isə fikir ayrılığı mövcuddur. Ermənistan tərəfi ilkin mərhələdə 5 rayonu qaytarmağa razılıq verib, Azərbaycan tərəfi isə 5 deyil, 6,5 rayonun (Laçından Ermənistan üçün dəhliz saxlamaq şərti ilə) qaytarılmasını tələb edir. İkinci fikir ayrılığı isə qəbul olunacaq yekun sənəddə BMT Təhlükəsizlik Şurasının məşhur qətnamələrinin hansısa formada xatırlanması ilə əlaqədardır. Azərbaycan bu məsələdə qəti təkid edir. Çünki bu qətnamələr Dağlıq Qarabağın Azərbaycana aid olmasını özündə ehtiva edir. Ermənistan tərəfi isə bunun əleyhinədir, çünki bu qətnamələr onun marağına uyğun deyil. Əlbəttə ki, digər vacib məqamlardan biri Dağlıq Qarabağda keçiriləcək referendumda azərbaycanlı köçkünlərin iştirakı məsələsidir. Azərbaycan bu məsələnin yekun sənədə salınmasına çalışır".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ