"Aprel hadisələri zamanı 800 hektar ərazi itirmişik”. APA-nın "Panarmenian”a istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Vyanadan qayıdarkən təyyarədə jurnalistlərə deyib.
"Nəyisə itirirsənsə, əvvəlcə anlamaq lazımdır ki, o hansı əhəmiyyətə malik olub. Bu, strateji, taktiki və bəzən psixoloji əhəmiyyət kəsb edə bilər”, - deyə o vurğulayıb.