ABŞ Enerji Nazirliyi dünya enerji bazarı ilə bağlı yeni proqnozlarını açıqlayıb. Proqnozların əks olunduğu hasabata görə, Vaşinqton 2040-ci ildə neftin qiymətinin 141 dollara yüksələcəyini gözləyir.
Baki-xeber.com xəbər verir ki, ABŞ Enerji Nazirliyi 2040-ci ildə gündəlik neft istehlakının 2012-ci ilə müqayisədə 31 milyon barrel artacağını və neft barrel qiymətinin 141 dollara yüksələcəyini təxmin edir.
Hesabatda, neft istehlak tələbinin 2040-ci ilə qədər ən az, Rusiyanın da daxil olduğu Avropa və Avrasiya ölkələrində (14 faiz) artacağı nəzərdə tutulur.
Avropa və Avrasiyada neft istehlak tələbinin az artacağı ilə bağlı proqnozların səbəbi kimi isə, bu bölgələrdə yaşanan əhalinin azalması və Sovet avadanlığının dəyişdirilməsinə görə enerji fəaliyyətində gözlənilən ciddi artım göstərilir.
ABŞ neft istehsalının ildə orta hesabla 1 milyon barrel artacağını təxmin edir. OPEK bu gün gündə 33 milyon barrel neft istehsal edir, ancaq bu rəqəmin 2040-ci ildə 47 milyon barelə yüksələcəyi gözlənilir.