May ayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri planlaşdırılmayıb. Bu barədə APA-nın Moskva müxbirinə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, V. Putinin may ayında Bakıya səfər edəcəyi ilə bağlı xəbərlərin heç bir əsası yoxdur: "Bu ay ərzində prezidentin Azərbaycana səfəri planlaşdırılmır”.