şənbə günü, 21 noyabr 2026
     

"Transxəzər" çəkişməsi yenidən şiddətlənir

Image


Xəzərin hüquqi statusunun hələ də tam şəkildə müəyyən edilməməsindən əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Status məsələsində yaşanan problemlər burada ölkəmizə bir sıra mühüm enerji layihələrinin həyata keçirilməsində hələ də ciddi əngəl yaradır. Düzdür, Xəzərin şimal hissəsi artıq bölüşdürülüb, amma cənub hissədə bu sahədə problemlər davam edir.
Rusiya prezidentinin federasiya sərhədlərinin MDB-nin iştirakçı dövlətləri ilə delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bratçikov da bildirir ki, Azərbaycan, Qazaxıstan və Rusiya arasında Şimali Xəzərdə dənizin dibindən istifadə zonalarının bölüşdürülməsi həyata keçirilib. Xəzərin dibinin bölüşdürülməsi məsələsinə toxunan Bratçikov Xəzəryanı dövlətlərin başçılarının Həştərxan bəyanatını xatırladıb. O bildirib ki, altında Rusiya prezidentinin imzası olan bəyanatda "Xəzər dənizinin dibinin və təkinin bölünməsinin beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş norma və prinsipləri əsasında tərəflərin razılığı ilə aparılmalı" olduğu qeyd olunur: "Əslində, işlərin yarısı artıq görülüb: Azərbaycan, Qazaxıstan və Rusiya arasında Şimali Xəzərdə dənizin dibindən istifadə zonalarının bölüşdürülməsi həyata keçirilib, həmçinin Qazaxıstan və Türkmənistanın dib sektorları arasında sərhədlər müəyyənləşdirilib". Amma qeyd olunduğu kimi, cənub hissədə status problemi davam edir və bundan da ən çox əziyyət çəkən Azərbaycandır. Məsələn, məşhur "Transxəzər" kəmərinin həyata keçməsi məhz status probleminə görə düyünə düşüb. Yeri gəlmişkən qeyd edək ki, Moskva növbəti dəfə bu kəmərə qarşı çıxıb. İqor Bratçikov "Caspian Energy" jurnalına müsahibəsində bildirib ki, Xəzər dənizində boru kəmərlərinin tikintisi üzrə birtərəfli qərar yolverilməzdir: "Rusiyanın bu məsələ ilə bağlı mövqeyi əsaslıdır və çox açıqdır. Xəzər dənizinin hər mənada məxsus olduğu unikal hövzədə magistral boru kəmərlərinin çəkilişinə, hər şeydən əvvəl, ekologiya prizmasından və yalnız bundan sonra iqtisadi nöqteyi-nəzərdən baxmaq lazımdır". Bratçikov bununla yanaşı qeyd edib ki, məsələnin ekoloji tərəfinin bütün Xəzəryanı dövlətlərə aidiyyəti var və buna görə bütün qərarlar bir-biri ilə əlaqəli şəkildə qəbul olunmalıdır: "Və burada beş Xəzəryanı dövlətin hamısı səs hüququna malikdir, çünki Xəzər dənizinin gələcəyinə görə həmrəy məsuliyyət daşıyırlar. "Transxəzər" boru kəmərlərinin tikintisi üzrə birtərəfli fəaliyyət yolverilməzdir".
Beləliklə, Xəzərdə güclü hərbi donanma saxlayan Rusiya "Transxəzər"ə qarşı çıxır. Moskva dəfələrlə qəti şəkildə bildirib ki, Xəzərin dibindən kəmərlərin çəkilməsi ancaq bütün sahilyanı ölkələrin ümumi razılığı əsasında baş tuta bilərdi. İran da analoji mövqedən çıxış edir.
Moskvada hesab olunur ki, "Transxəzər" qaz kəməri layihəsi birbaşa Rusiyaya qarşıdır. O, Avropanın qaz bazarında "Qazprom"un mövqelərini zəiflətmək üçün irəli sürülüb. Uzun müddət gündəmdən düşən layihə Ukraynaya görə Qərblə Rusiya arasında yaranan gərginlik kontekstində Avropada yenidən gündəmə gəlib. Avropa layihənin baş tutması üçün Azərbaycan və Türkmənistanla intensiv danışıqlar aparır və qarşıdakı 4 ildə "Transxəzər"in çəkilməsini istəyir.
Azərbaycan isə "Transxəzər" layihəsində həmişə ehtiyatlı mövqe nümayiş etdirib, bu məsələdə öndə gedən tərəf olmaq istəmir. Ancaq Türkmənistan tərəfi "Transxəzər" layihəsində xeyli fəallıq edir və bu marşrutu qaz nəqlinin şaxələndirilməsi strategiyasının mühüm hissəsi sayır. Türkiyə də layihədə maraqlı tərəflərdən biridir, çünki türkmən qazının Azərbaycan və Gürcüstandan keçməklə bu ölkəyə, oradan Avropaya nəqli Ankaranın geosiyasi mövqelərini daha da gücləndirəcək. Ancaq Avropa İttifaqının ABŞ-ın "Transxəzər" qaz kəməri layihəsinin qarşısındakı ciddi maneələri aradan qaldırmaq üçün ciddi addımlar atması da vacibdir. Sirr deyil ki, hazırda bölgədə əsas geosiyasi güc Rusiyadır. Rusiyanın qarşı çıxdığı hansısa təşəbbüs ya baş tutmur, ya da təşəbbüsə qoşulan ölkələr üçün fəlakətlə nəticələnir. Digər tərəfdən o da bəllidir ki, Moskva son zamanlar Xəzərə daha çox hərbi qüvvə cəmləşdirmək qərarına gəlib. Xəzər Donanmasının komandanı, kontr-admiral İqor Osipov bildirir ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanması 2016-2017-ci illərdə yeni gəmilərlə təchiz olunacaq. Onun sözlərinə görə, donanmanın silahlanmasına "Murena" desant katerləri də veriləcək. Osipov bildirib ki, 2020-ci ilə kimi donanma 6 döyüş gəmisi və katerlə təchiz olunacaq. Komandan qeyd edib ki, artıq Xəzər donanmasının gəmi parkının 80 faizi müasir və modernləşdirilmiş gəmilərdən ibarətdir. 2020-ci ilə kimi isə bu proses gəmi parkının 90 faizini əhatə edəcək.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin bir müddət əvvəl açıqladığı xəbərdə bildirilmişdi ki, son 2 il ərzində Xəzər donanmasının silahlanmasına 13 yeni gəmi, o cümlədən "Qrad Sviyajsk", "Uqliç", "Velikiy Ustyuq", 7 qəza-xilasetmə kateri, SB-45 xilasetmə gəmisi və qaldırıcı qurğusu olan BTR-79 gəmisi verilib. Ekspertlər bildirir ki, Moskvanın Xəzərdə güc nümayişinin digər konkret məqsədləri var həmin məqsədlərdən biri məhz Transxəzər" qaz kəməri layihəsinin qarşısını almaqdır.
Tahir TAĞIYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ