şənbə günü, 21 noyabr 2026
     

Sarkisyan İlham Əliyevlə Vyana görüşünə "silahsız" gəlir...

Image


Azərbaycanın cəbhədə düşmən üzərində birmənalı şəkildə hərbi üstünlüyü fonunda indi Ermənistanda da çoxları dərk edir ki, Qarabağ münaqişəsinin dinc yolla, danışıqlar vasitəsilə tənzimlənməsi vacibdir. Əks təqdirdə ermənilər cəbhədə daha böyük itkilər verməli olacaq. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan dövlət başçısı Serj Sarkisyanın gələn həftə Avstriyanın paytaxtı Vyanada görüşünə böyük diqqət var.
Xatırladaq ki, belə bir görüşün olacağına dair İrəvandakı diplomatik mənbə Rusiyanın TASS agentliyinə bildirib. Qeyd olunur ki, görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.
Yeri gəlmişkən qeyd edək ki, Minsk Qrupu həmsədrlərinin yeni birgə bəyanatında da belə bir görüşün mümkünlüyünə toxunulub. Həmin bəyanatda qeyd olunur":Təmas xəttində bir müddət əvvəl müşahidə olunan zorakılığı və gərginliyin azaldılmasının zəruriliyini nəzərə alaraq hesab edirik ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı çatıb. Xarici işlər nazirlərimiz bu görüşün gələn həftə Vyanada keçirilməsinə yardım etməyə hazırdırlar. Onların əsas vəzifəsi atəşkəs rejimini gücləndirmək və müzakirə olunan element və prinsiplər əsasında münaqişənin hərtərəfli həlli barədə danışıqların bərpa edilməsi üçün əlverişli şərait yaradacaq etimad tədbirləri üzrə konsensus əldə etmək olacaq".
Hesab olunur ki, Vyanada keçirilməsi nəzərdə tutulan görüşdə Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi istiqamətində müəyyən addımlar atıla bilər. Əks təqdirdə müharibə qaçılmazdır və erməni tərəfi münaqişənin yenidən alovlanmasının onun üçün fəlakət olacağını yaxşı bilir. Digər tərəfdən artıq beynəlxalq vasitəçilərin də Ermənistana təzyiqləri artmaqdadır. Bunu Ermənistanın "armenianreport" saytı da təsdiq edir. Sayt yazır ki, "Ermənistanın bütün hərbi müttəfiqləri tam heyətlə Azərbaycanı dəstəkləyir: "Dördgünlük müharibə"də bunun şahidi olduq. Amma hökmdarlarımız bizi axmaq yerinə qoyub. Həm də bunu utanmadan mütəmadi olaraq edirlər. Onlar xalqın qəzəbinə tuş gələcəklərini düşünmürlər. Görünür, bizdən qorxmurlar. Misal üçün, bizim "əla" müdafiə nazirimiz Seyran Ohanyan bazar ertəsi keçirdiyi brifinqdə Dağlıq Qarabağın tanınması haqda danışır. Axı müdafiə naziri bu məsələdən necə danışa bilər? O dürüst olsaydı, bu yaxınlardakı müharibədə məğlubiyyətin səbəblərini izah etməli idi. Amma o, diplomatiyadan danışır".
Qeyd edilir ki, aprel döyüşlərində Ermənistan nə Rusiyadan, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək aldı: "Əksinə, bizim hərbi müttəfiqlərimiz tam heyətlə Azərbaycanı dəstəklədi. Rusiya diplomatiyası da Bakıya üstünlük verdi. Sergey Lavrov rəsmi Bakının ünvanına əbədi dostluq tərifləri səsləndirdi, amma İrəvanda heç kimin nazı ilə oynamaq istəmir. Bunu ümumiyyətlə lazımsız hesab edir. Çünki bizim hökmdarlarımız Kremldən gələn istənilən əmri yerinə yetirməyə, bizi də daim gic yerinə qoymağa hazırdır".
Beləliklə, aydın görünür ki, Ermənistan yeni danışıqlar prosesinə zəif tərəf kimi qatılır və burada onun güzəştə getməsi də düşmən tərəfin özü üçün ən yaxşı çıxış yoludur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, ermənilərin Qarabağdan başlanan köçü də düşmən tərəfin burada mövqelərini sürətlə zəiflədir. Hətta məlumatlara görə, qarabağlı ermənilər Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin buradan çıxarılmasını, İrəvanın nəzarət etdiyi Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsini istəyirlər. Ermənistanın "1in.am" saytı yazır ki, Qarabağın sıravi sakinləri əmindirlər ki, apreldəki "dördgünlük müharibə"yə qədər olan situasiya artıq yaşanmayacaq: "Dağlıq Qarabağdakı "dördgünlük müharibə"dən sonra qarabağlı ermənilər arasında psixoloji inqilab baş verib. Səngərlərdə 19 gün olmuş hərbçi ilə geri qayıdırdıq. Artilleriyaçı idi, ehtiyatdan çağırılmışdı, döyüşə göndərilmişdi. Bax, o dedi ki, varlılar davranışlarını dəyişməsələr, hər şeyi öz mülkiyyətləri saymağa davam etsələr, sadə camaat buna dözməyəcək. Partlayış olacaq. O deyir: "Belə vəziyyətdən bezmişik. Tanrıya and olsun ki, usanmışıq artıq! Çünki artıq dözmək mümkün deyil. Səhhətimlə, həyatımla boş-boşuna risq etmək, əvəzində heç nə almamaq istəmirəm. Belə getsə, qarabağlı ermənilər buranı tam tərk edəcəklər. Onlar dözə bilmirlər, səbrləri tükənib". Daha sonra yaşlı, qoca qarabağlı ermənilərlə görüşdük. Onlar dedilər ki, "dördgünlük müharibə" Qarabağdakı cinayətkar hakim dəstənin şüuruna təsir etməlidir. Yerli sakinlərin dediklərinə görə, Dağlıq Qarabağda hər şey inhisardadır. "Bako Saakyan milyonlar qazanır, amma bizi eşşək sayır. Sanki heç nəyi anlamırıq", - qarabağlı ermənilər deyir. Hadrutdakı qoca sakinlərdən biri dedi: "O torpaqlar bizim olmayıb, bizim deyil. Bizim də olmayacaq. Hamısını Azərbaycana qaytaracaqlar". Bununla yanaşı, erməni mediasında o da qeyd olunur ki, Qarabağı tərk edən ermənilərin sayı artır. Təbii ki, bütün bunlar münaqişənin həllinə də təsirsiz ötüşmür. Belə vəziyyətdə Ermənistan üçün ən yaxşı çıxış yolu işğal edilmiş ərazilərin danışıqlar yolu ilə azad olunmasıdır.
"Azərbaycan və Ermənistan prezidentləri Serj Sarkisyan və İlham Əliyev mayın 16-da Vyanada görüşə bilər". APA-nın xəbərinə görə, bu barədə Rusiyanın "İnterfaks" agentliyi məlumat yayıb. "İstisna deyil ki, prezidentlərin görüşü mayın 16-na təyin olunacaq", - deyə agentlik qeyd edib.
Hələlik tərəflərin rəsmi mənbələri prezidentlərin mümkün görüşü barədə şərh verməyib.
Agentliyin əldə etdiyi məlumata görə, görüşdə həmsədr ölkələrin xarici işlər nazirlərinin də iştirakı gözlənir.
"Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyanada görüşə biləcəyini təsdiqləyirlər". Bu barədə isə RİA "Novosti"yə diplomatik mənbə bildirib. "Bəli, biz belə bir görüşün mümkünlüyünü təsdiqləyirik. Görüş iki ölkə prezidenti və Rusiya, ABŞ, Fransa xarici işlər nazirlərinin iştirakı ilə planlaşdırılır", - deyə mənbə söyləyib.
Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü ilə bağlı sualı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da cavablandırıb. O deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsində gərginliyin azaldılması ilə bağlı hər bir addımı alqışlayır. Görüşün keçirilib-keçirilməyəcəyi haqda məlumata malik olmadığını deyən D.Peskov bildirib ki, Rusiya münaqişənin deeskalasiyası və tərəflərin dialoqa qayıtması ilə əlaqədar atılan addımları alqışlayır.
"Mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır". Bunu isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə bildirib. O deyib ki, prezidentlərin görüşündə Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin də iştirakı gözlənir":Görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi risqləri azaltmaqdan ibarətdir. Görüşün vaxtı və formatı dəqiqləşən kimi əlavə məlumat veriləcək". M.Zaxarovanın sözlərinə görə, Moskva hesab edir ki, belə görüşlər danışıqlar prosesinin bərpa olunmasına kömək edəcək.
Bu arada, ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinə çağırır. "Trend"in məlumatına görə, bu barədə ATƏT-in saytında yayılan bəyanatda deyilir. Məlumatda qeyd edilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına tam sadiq olaraq qalırlar.
Bəyanatda bildirilir ki, gərginliyi azaltmaq üçün (qoşunların təmas xəttində) Azərbaycan və Ermənistan prezidentlətinin görüşünün vaxtı çatıb. Həmsədr ölkələrin XİN rəhbərləri gələn həftə Vyanada görüşün təşkilinə kömək etməyə hazırdırlar.
Bəyanatda danışıqlar prosesinin vacibliyi vurğulanır və qeyd edilir ki, göstərilən münaqişənin hərbi həll yolu yoxdur.
Nahid SALAYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ