Hələb və Şərqi Qutada davam edən qarşıdurmalar və Humusdakı neft yataqlarının itirilməsindən sonra Rusiyanın Suriyada hərbi gücünü yenidən artırmağa başladığı iddia edilir.
Baki-xeber.com xəbər verir ki, Əsəd rejimindən adının açıqlanmasını istəməyən mənbə "Arabi21” saytına açıqlamasında Rusiyanın son günlərdə Lazkiyedəki Humeymim hərbi hava bazasına çox sayda əsgər və ləvazimat gətirərək hərbi gücünü artırdığını deyib.
Yüksək rütbəli 45 rus zabitinin Dəməşqə gələrək Bəşər Əsədlə hərbi məsələlərə həsr edilmiş müşavirələrə qatıldığını deyən mənbə, müdafiə nazirinin də yığıncaqlara qatıldığını bildirib. Rejim nümayəndəsi Əsəd rejimi ilə birgə İŞİD-ə qarşı əməliyyatlarda yer aldığı iddia edilən rus əsgərlərinin də Putinin qərarı ilə ölkədən ayrılmalarına baxmayaraq, Hələbdə qarşıdurmalar güclənəndən sonra Suriyaya döndüklərini bildirib.