şənbə günü, 21 noyabr 2026
     

Böyük Britaniya Parlamentindən Azərbaycanın haqlı mövqeyinə dəstək...

Image


Böyük Britaniya Parlamentinin İcmalar Platasında Ermənistan-Azərbaycan münaqişəsinə dair ictimai dinləmələr keçirilmişdir. Britaniya Parlametində Azərbaycan Parlamenti ilə dostluq qrupunun sədri Bob Blekmenin ev sahibliyi ilə baş tutmuş dinləmələrdə Lordlar Palatasının üzvləri Lord Kilkluni və Lord Roqan, İcmalar Palatasının üzvü Bob Blekmen, Londonun Vestminster və Hekni rayonlarının bələdiyyə şuralarının üzvləri, region üzrə ixtisaslaşmış araşdırmaçı mütəxəssislər, Avropa-Azərbaycan Cəmiyyətinin nümayəndələri və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişdir.

Dinləmələri giriş sözü ilə açan Bob Blekmen bildirmişdir ki, aprelin əvvəllərində qoşunların təmas xəttində baş vermiş hadisələr Böyük Britaniyada narahatlıqla qarşılanmış və baş verən hadisələrlə bağlı şəxsən özü Böyük Britaniyanın xarici işlər nazir Filip Hammonda məktub ünvanlamışdır. Britaniyalı deputat ünvanladığı məktubun və həm də Avropa məsələləri üzrə dövlət naziri Devid Lidinqtonun ona ünvanladığı cavab məktubunun mətni ilə tədbir iştirakçılarını tanış etmişdir. Avropa məsələləri üzrə dövlət naziri Lidinqton cavab məktubunda cari ilin aprel ayının əvvəllərində artan gərginlik nəticəsində insan itkilərindən təəssüfləndiyini bildirərək, 5 aprel tarixində atəşkəsin əldə edilməsindən məmnunluğunu ifadə etmişdir. Böyük Britaniyanın ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətindəki səylərini qətiyyətlə dəstəklədiyini, münaqişənin həllinin Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması və daha sonra Dağlıq Qarabağın statusunun təyin olunmasından keçdiyini vurğulamışdır.

Dinləmələrdə geniş məruzə ilə çıxış edən Milli Məclisin üzvü, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev iştirakçılara münaqişənin tarixi haqqında məlumat verərək bildirmişdir ki, 19-cu əsrin birinci yarısında çar Rusiyası ilə İran arasındakı müharibələrdən sonra Rusiyanın erməniləri Qafqaza köçürmək siyasəti nəticəsində ermənilərin ilk dəfə Qafqazın siyasi və demoqrafik səhnəsində ortaya çıxması çox da uzaq olmayan tarixi faktdır. 1978-ci ildə Xankəndində ermənilərin onların Qafqaza köçürülməsinin 150 illiyi münasibəti ilə abidənin ucaldılması və ermənilərin bu tarixi böyük şənliklərlə bayram etdiyi bu tarixi həqiqəti bir daha təsdiqləyən faktdır.

Millət vəkili ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinə toxunaraq bildirmişdir ki, onlar öz xalqları və guya nə zamansa mövcud olmuş "erməni dövləti” haqqında ağlasığmaz miflər uydurmaqla dünya ictimaiyyətini çaşdırmağa çalışırlar.Əslində isə tarixdə ilk erməni dövləti 1918-ci ildə, məhz Azərbaycan torpaqları üzərindəcəmi 9 min kv. km ərazidə yaradılmışdır. O zaman ilk erməni dövlətinin yaradılması üçün həmin torpaqların 90 il öncə bu ərazilərə köçürülmüş ermənilərə verilməsi müstəqilliyinin tanınması müqabilində böyük dövlətlər tərəfindən Azərbaycanın qarşısında qoyulmuş zəruri şərt olmuşdur. Azərbaycanın bu şərtə əməl etməsi ilə qalan bütün ətraf ərazilərdə Azərbaycan Demokratik Respublikasının suveren hüquqları təsbit edilmiş və bu ərazilər çərçivəsində Azərbaycanın müstəqilliyi dünya birliyi tərəfindən tanınmışdır. Azərbaycanın sovetləşdirilməsindən sonrakı illərdə də Azərbaycan əraziləri hesabına Ermənistanın genişləndiyini diqqətə çəkən Cavanşir Feyziyev Dağlıq Qarabağ münaqişəsinə də məhz bu kontekstdən, yəni ermənilərin tükənməyən torpaq iddiası və qonşu dövlətlərin ərazisi hesabına ekspansiya siyasəti kontekstdindən baxılmalı olduğunu qeyd etmişdir.

Sovetlər Birliyinin süqutu fonunda Ermənistan tərəfindən Dağlıq Qarabağın və ətraf rayonların işğalına gətirib çıxarmış proseslərə aydınlıq gətirən C. Feyziyev, Ermənistanın işğalçı siyasətinin BMT TŞ-nin məlum dörd qətnaməsi başda olmaqla bir sıra beynəlxalq təşkilatların qətnamə və qərarlarında pislənildiyini, lakin bu günə qədər Ermənistanın heç nəyə məhəl qoymayaraq işğalçılıq siyasətindən əl çəkmədiyini diqqətə çatdırmışdır. Keçmiş Sovet məkanında Moldova, Gürcüstan və Ukrayna kimi ölkələrdə mövcud olan münaqişələrin mahiyyətcə oxşar olduğunu və Dağlıq Qarabağ münaqişəsinin də bu sıraya daxil edilməli olduğunu, digər adıçəkilən ölkələrin ərazi bütövlüyünə Qərbin dəstəyinin eyni qətiyyətlə Azərbaycanın da ərazi bütövlüyünə verilməli olduğunu nəzərə çatdırmışdır. Millət vəkili Azərbaycan və Böyük Britaniya arasında beynəlxalq təşkilatlar çərçivəsindəfaydalı qarşılıqlı əməkdaşlığın mövcud olduğunu vurğulamış, Cənab Terri Devisin və Bob Volterin nümunəsində britaniyalı parlamentarilərin bir qayda olaraq beynəlxalq təşkilatlar çərçivəsində Qarabağ münaqişəsinə dair obyektiv və dolğun hesabat hazırladıqlarını yüksək qiymətləndirdiyini ifadə etmişdir. Çıxışının sonunda milət vəkili Azərbaycanın haqlı mövqeyinə dəstək verdiklərinə görə Böyük Britaniya hökumətinə və Parlamentinə minnətdarlığını bildirmiş və onları münaqişənin sülh yolu ilə ədalətli həllinə nail olmaq üçün öz səylərini artırmağa çağırmışdır.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə müəyyən dairələr tərəfindən bəzi mətbuat səhifələrində münaqişəyə dini don geyindirmək cəhdlərinə toxunaraq bildirmişdir ki, Ermənistandan fərqli olaraq Azərbaycan özünün rəngarəng dini, etnik və mədəni müxtəlifliyi ilə fəxr etdiyini və Ermnistandan fərqli olaraq ölkəmizdə heç zaman heç bir etnik və ya dini icmanın tarixi və mədəni mirasına qarşı təcavüzkar addımların atılmadığını vurğulamışdır. Nümunə kimi Bakının mərkəzində yerləşən erməni kilsəsini, Azərbacanda 30 mindən artıq etnik erməni əhalinin yaşadığını qeyd edən səfir Ermənistanın həm öz ərazisində, həm də işğal altında saxladığı ərazilərdə azərbaycanlılara məxsus tarixi və mədəni irsin məhv edilməsi siyasəti yürütdüyünü və mədəni irsin qorunması üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdən də boyun qaçırdığını qeyd etmişdir.

Aprel ayının əvvəllərində baş verənləri şərh edən səfir T. Tağızadə bildirmişdir ki, Azərbaycan ordusunun son addımları sırf Ermənistanın uzun zamandan bəri davam edən təxribatçılıq hərəkətlərinə və mülki əhalini hədəf alan fasiləsiz atəşlərinə cavab olaraq, qoşunların təmas xəttində yerləşən kəndlərdə yaşayan mülki əhalinin müdafiəsi zərurətindən ordumuz Azərbaycan torpaqlarında yerləşən erməni hərbi birləşmələrinə cavab atəşi açmağa məcbur olmuşdur. Bəzi mətbuat səhifələrində davamlı olaraq müharibəni kimin başladığı sualının ortaya atıldğını, özünün də bir neçə həftə öncə "Financial Times” qəzetinə verdiyi müsahibədə buna aydınlıq gətirdiyini bildirən səfir, bu sualın ümumiyyətlə düzgün qoyulmadığını, hərbi əməliyyatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində baş verdiyini qeyd etmişdir. Bir çox hallarda Azərbaycana səbrli davranmaq və siyasi iradə nümayiş etdirməklə bağlı tövsiyələrin verildiyini, lakin 1994-cü ildən bəri davam edən nəticəsiz sülh danışıqlarında Azərbaycanın kifayət qədər səbr və iradə nümayiş etdirərək, problemin həllini hərbi müstəviyə keçirmədiyini vurğulamışdır.

Səfir bildirmişdir ki, son günlər Ermənistan parlamentinin üzvlərinin, qondarma separatçı rejimin nümayəndələrinin çıxışlarında Azərbaycana qarşı nüvə silahından istifadə, təmas xəttindən uzaqda yerləşən hərbi və mülki infrastruktura zərbə endirilməsi və növbəti hücumun Naxçıvana qarşı olacağı kimi bəyanatlar səslənməsi bir daha bu münaqişədə kimin təcavüzkar olduğunu aydın şəkildə ortaya qoyur.

Çıxışların ardınca tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır. Bob Blekmen, Lord Kilkluni ATƏT-in Minsk Qrupunun fəaliyyətinin he? bir nəticə vermədiyini vurğulamışlar. Vestminster bələdiyyəsinin üzvü, əslən qarabağlı olan Murad Həsənli müzakirələrə qoşularaq nəzərə çatdırmışdır ki, Dağlıq Qarabağdan söhbət gedərkən beynəlxalq ictimaiyyət və həmsədr ölkələr azərbaycanlı icmasına yetərli diqqət vermir, daha çox Dağlıq Qarabağdaki etnik ermənilərdən bəhs edirlər. Dağlıq Qarabağın müqəddəratı yalnız yerli azərbaycanlı icması öz torpaqlarına geri qayıtdıqdan, Dağlıq Qarabağın münaqişədən əvvəlki demoqrafik tərkibi bərpa edildikdən və onların təhlükəsizliyinə tam təminat verildikdən sonra baş verə bilər. Erməni təbliğatının bir sıra hallarda guya bu iki millətin bir arada yaşaya bilmədiyi kimi mülahizələrə söykəndiyini, lakin tarixən bu iki millət arasında çox yaxın insani münasibətlərin olduğunu, çoxsaylı qarışıq nikahların məhz bu iki xalq arasında normal təmasların olduğunun göstəricisi olduğunu qeyd etimişdir.

İctimai dinləmələr istər münaqişənin tarixi ilə bağlı məqamların, istərsə də aprel ayındakı hərbi əməliyyatlarla bağlı həqiqətlərin və ölkəmizin mövqeyinin Böyük Britaniya parlamenti vasitəsilə təqdim olunması və münaqişəyə ictimai marağın artırılması baxımından faydalı olmuşdur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ