Cümə günü, 03 aprel 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarixdə iz buraxanlar: Mövlanə
Tarix: 11.05.2016 / 01:48
Bölmə: Siyasət
Mövlanə islam alimlərinin və övliyanın böyüklərindəndir. 1207-ci ildə anadan olub. Atası Sultanül-üləma Məhəmməd Bahəddin Vələd, anası Möminə xanımdır. Soyu atası tərəfindən Hz.Əbu Bəkr Siddiqdən gəlir. Əsl adı Məhəmməddir. Ləqəbi Cəlaləddin olub, Anadoluya gəlib yerləşdiyinə görə Rumi deyə də anılıb.
Bundan əlavə Molla Hünkar, Xudavəndigar, Sultanül-aşiqin, Sultanül-məhbubin, Mollayi-Rumi kimi ləqəbləri də anılıb, Mövlanə deyə məşhur olub. Mövlanə - əfəndimiz mənasına gəlir. Onun soyundan gələnlərə Çələbi deyilməkdədir. 1273-cü ildə Konyada vəfat edib.
Atası Sultanül-üləma Məhəmməd Bahəddin Vələdin bəzi səbəblərlə özünə bağlı olan üç yüz adamla birlikdə Bəlxdən ayrıldığı zaman Mövlanə beş yaşında idi. Mövlanə ailəsi ilə birlikdə Nişapurda olduqları zaman Fəridəddin Əttar həzrətləri Mövlanədəki yüksək qabiliyyəti görüb: "Bu uşaqda bir Nuri-ilahi və yaradılışında bir istedad var", - deyərək məşhur və qiymətli kitabı "Əsrarnamə"nin və ya "Məntiq-ut-Tayr"ın bir nüsxəsini ona hədiyyə etdi. Yeddi il Larendədə (Karaman) yaşadı. Bu səyahətlər əsnasında atasından bir çox müxtəlif elmi biliklər aldı. Onlar Şamda olduqları zaman Şeyx Mühyiddin Ərəbi, Şeyx Sadəddin Haməvi, Osman Rumi kimi alimlərin söhbətlərində iştirak edib onların elm və iltifatlarına qovuşdu.
Atasının vəfatına qədər ərəb alimlərindən müxtəlif elmlər haqqında məlumatlar aldı. Təfsir, hədis, fiqh, məntiq, üsul, ədəbiyyat, riyaziyyat və tibb kimi bir çox elmi sahələrdə mütəxəssis səviyyəsinə gəldi. Bundan əlavə, Mövlanə Şamda olduğu zaman Kəmaləddin ibn Adimdən də dərslər aldı. Sultanul-üləma Məhəmməd Bahəddin Vələdin vəfatından sonra dərs oxutmağa başladısa da, atasının Seyid Bürhanəddin Tirmiziyə mənəvi işarəti ilə mənəvi elmləri ondan öyrənməyə başladı. Seyid Burhanəddin Tirmizinin xidmətində olub riyazət (nəfsin istədiklərini etməmək) və mücadilə edərək (nəfsin istəmədiklərini edərək) təsəvvüfdə yüksək məqamlara yüksəldi. Xızır əleyhissalamdan da mənəvi olaraq istifadə etdi.
Doqquz il müddətində Seyid Bürhanəddin Tirmizinin xidmətində olan Mövlanə Bürhanəddin Tirmizinin Kayseriyə dönüşündən sonra elm və irfan mənbəyi Mövlanə Konyada minlərlə tələbə yetişdirdi. Bu zamanlar Kayseridə Seyid Burhanəddin vəfat etdi. Şəms Təbrizi Kayseriyə gəlib Seyid Burhanəddinin qəbrini ziyarət etdikdən sonra Konyaya, Mövlanənin yanına gəldi. Mövlanə ilə Şəms Təbrizi altı ay birlikdə qalıb müxtəlif mövzularda söhbət etdilər, zikr və ibadətlə məşğul oldular. Bu hal bəzilərinin həsədinə, qısqanclığına səbəb oldu və "Şəms Təbrizi Mövlanəyə tədrisat, yəni dərs oxutmağı tərk etdirdi" kimi dedi-qoduların yayılmasına yol açdı. Nəticədə Şəms Təbrizi Konyanı tərk edərək Şam tərəfinə getdi.
Mövlanə Şəms Təbrizidən ayrıldıqdan sonra bir müddət tək qaldı. Bu böyük elm adamı və həssas insan Təbrizi ilə keçirdikləri günlərin, müzakirə etdikləri mövzuların təsiri ilə bu ayrılığa dözə bilməyib, onun gəlməsini rica etmək üçün oğlu Sultan Vələdi Şama göndərdi. Şəms Təbrizi də Mövlanə ilə keçirdiyi günləri tez-tez xatırlayır, Cəlaləddin ilə aralarında etdikləri söhbətləri unuda bilmirdi. Sultan Vələdin rica ilə gəlişi onu yenidən həyata qaytardı və o, heç düşünmədən bu təklifi qəbul edib Konyaya döndü.
1247-ci il idi. Bir gecə Mövlanə ilə oturarkən yeddi kişi gəlib Şəms Təbrizini çölə çağırdı və onu şəhid etdilər. Mövlanə Cəlaləddin Ruminin həyatında ən ciddi və tarixi günlərdən biri olan bu gün onu Şəms Təbriziyə qarşı olan məhəbbətini səkkiz min beytlik "Divani Kəbir"i ilə ortaya qoymağa sövq etdi. Bu "Divan" Şəmsə izafətən "Divani Şəms" deyə də anılmışdır. Daha sonra Mövlanə müridlərindən Səlahəddin Zerkübi Konevini özünə yaxın seçdi. Onun vəfatından sonra isə Çələbi Hüsaməddini xəlifə seçdi. Bu zamanlar məşhur əsəri "Məsnəvi"ni yazdı. Nəhayət, bir payız günü, 1273-cü il dekabr ayının 17-də Konyada vəfat etdi. Məzarı Konyada Mövlanə türbəsindədir.
Mövlanə Cəlaləddin Ruminin ən mükəmməl, nöqsansız bağlılıq yönündən məsləyinin sonuna qədər gedən və bundan böyük xoşbəxtlik hissi keçirən bir elm adamı olaraq istirahət etdiyi və yatdığı görülməyib, aclığı hər zaman son həddinə çatıb. O: "Tam qırx il müddətində mənim mədəmdə bir gecə də olsun təam (yemək) olmadı", - deyib. "Mənim sinəmdə bir əjdaha vardır. Onun qidaya təhəmmülü yoxdur", - deyib. "Oruc süfrəsi sirrin sevdasını artırar, lakin belə bir süfrədən Allah Təalaya büsbütün bağlanmış olan sadiq qullar yeddi beyza taparlar", - deyib. Ona görə həqiqi oruc Allah Təaladan başqa hər şeyi tərk etmək olub özündə hasil olan bir haldır. Ən çox yediyi iftar yeməyi olardı, onda da yediyi 12 loxmanı keçməzdi.
Mövlanə namazda tam Allah qorxusu üzrə olar və tamamən Haqqın sifətləri ilə bulunmağı əldə edərdi. O: "Namaz Allah Təalaya qovuşmadır. Lakin bu qovuşmanın nə şəkildə olduğunu zahir əhli bilməz", - deyib. Mövlanənin inam və təqvası o dərəcədə olub ki, açıqlamağa sığmazdı. O: "Təqva nəfsə aid zövqləri tərk etməkdir", - deyib.
Din və fənn elmləri sahəsində çox yüksək bilgilərə sahib olan Mövlanə gözəl əxlaqlı bir insan olub. O, əhli-sünnət və camaat etiqadında idi. Xüsusilə batil inama qarşı olduğunu ortaya qoyan Mövlanə xurafatlarla da mücadilə etmiş, onların səhvlərini dəlillərlə açıqlamışdır.
İbadətlər barədə çox diqqətli davranan Mövlanə təmizlik şərtlərini hər fürsətdə açıqlayıb, içki və qumar barəsində Allah Təalanın Qurani-Kərimdə bildirdiklərini anlamaqda aciz olan ilahiyyatçıların işi olduğuna işarət edərək, onsuz da çox qısa olan ömrün və sağlığın qiymətini bildirib.
Mövlanə, dünyadakı bütün elm adamlarının təsdiq etdikləri kimi, sözün əsl mənasında qeyri-adi dahi bir şəxsiyyət, islam alimlərinin ən böyüklərindən biri olub. Bu dahi insan üçün elmi-tədqiqat işləri fitri bir arzu, təbii bir ehtiyac dərəcəsində olub. O, başqa şeylərə etibar etməz, dünya malında gözü olmazdı.
Mövlanə Cəlaləddin hər şeydən əvvəl çox yüksək zəka sahibi alim bir müsəlman idi. Onun başqalarını, şərqdən və qərbdən olan müxtəlif din adamlarını özünə heyran buraxan mərhəməti, insan sevgisi, təvazökarlığı kimi üstün vəsfləri mənsub olduğu İslam dininin yüksək əxlaq anlayışından bəzi nümunələrdir. Onda bunlardan başqa İslam əxlaqının digər xüsusiyyətləri də mükəmməl dərəcədə olub. Bunların hamısını saymaq, islamiyyəti tam olaraq anlamaq anlatmaqla mümkün olar. Mövlanəni yalnız bir mütəfəkkir, şair və humanist kimi anlamağa çalışmaq əsl varlığı buraxıb hər hansı bir xüsusiyyəti içərisində sıxışıb qalmağa bənzər. Bu isə Mövlanəni çox əskik və ya qismən, natamam anlamağa səbəb ola bilər. Belə ki, Mövlanəni anlamanın açarlarını özü bir rübaisində belə dilə gətirir:
"Mən sağ olduğum müddətcə Quranın quluyam.
Mən Məhəmməd muxtarın yolunun tozuyam.
Mənim sözümdən başqasını kim nəql edərsə,
Mən ondan da bezərəm, o sözlərdən də bezərəm."
Mövlanə Cəlaləddin Rumi təsəvvüf dəryasına dalmış bir Haqq aşiqidir. Elmi, təşbihləri, sözləri və nəsihətləri bu dəryadan saçılan hikmət damlalarıdır. O, bir təriqət qurucusu deyildir. Yeni üsullar və ibadət şəkilləri yaratmayıb. Ney, rübab, tambur kimi müxtəlif çalğı alətləri çalınaraq keçirilən mərasim və ayinlər ilk dəfə on beşinci yüzildə ortaya çıxıb. İlk mövləvi bəstələrinin bəstələnməsi də eyni zamana rast gəlir. Bu tarix Mövlanənin yaşadığı dövrdən 3-4 əsr sonradır. Onun "Məsnəvi"sində keçən "ney" kəlməsi bəzi ədəbiyyatçılar tərəfindən çalğı aləti olan ney şəklində düşünüldüyünə görə səhv olaraq onun ney çaldığı və ya dinlədiyi zənn edilmişdir.
Halbuki, Mövlanə Cəlaləddin ney və dümbələk çalmadı, fırlanmadı, rəqs etmədi. Bunları sonra gələnlər uydurdular. İyirmi dörd mindən artıq beytilə dünyaya yayılan "Məsnəvi"sinə hər məmləkətdə bir çox dillərdə şərhlər, açıqlamalar edilib. Bunların ən qiymətlisi Mövlanə camisinin kitabıdır. Bunun da bir çox şərhləri vardır. Türkcə şərhlərdən Ankara valisi Abidin paşanın şərhi çox qiymətlidir. Abidin paşa bu şərhində neyin insanın kamil olduğunu doqquz cür isbat etmişdir. Neyin üç mənası vardır. Birincisi, İslam dinində yetişən, kamil, yüksək səviyyəli insan deməkdir. İkincisi, fars dilində yox deməkdir. Neyin üçüncü mənası isə qamış deməkdir ki, bundan da insani-kamil işarət edilməkdədir. (Bax.Nihad S. "Banarlı-Rəsmli türk ədəbiyyatı tarixi," I cild, s.316).
Məvləvilik sonradan cahillərin əlinə düşdüyünə görə neyi bir çalğı aləti sanaraq, ney, dümbələk kimi şeylər çalmağa, fırlanmağa başlamışlar. İbadətə İslam dininin qadağan etdiyi çirkin şeylər qarışdırmışlar. İslamiyyətin bəyənmədiyi belə şeyləri Mövlanənin icra etməsi mümkün olan şey deyildir. Ney çalmaq, oynamaq, oxumaq bir tərəfə dursun, Mövlanə Cəlaləddin Rumi həzrətləri yüksək səslə zikr belə etməmişdir. Belə ki, o, "Məsnəvi"sində:
"Pes zi can kün, vasl-ı canan-ra taleb, bi leb-ü qam mığü nam-ı rab."
Yəni "O halda sevgiliyə qovuşmağı canı-könüldən istə. Dodağını və damağını oynatmadan, Rəbbinin ismini qəlbindən söylə", - deməkdədir.
Bu gün bu böyük insanın, təsəvvüf ustadının türbəsinə sonradan qoyulan çalğı alətləri üzündən işin həqiqətini bilməyənlər bu zatın çalğı çaldığını zənn edirlər. O həqiqət günəşini yaxından tanıyanlar bunlara etiraz etməz. Onsuzda bu böyüklər şübhəli şeylərdən qaçdıqları kimi, şişirtmələri belə ölçülü istifadə ediblər. Bu vəziyyətdə musiqilə məşğul olmaq tək Mövlanəni deyil, onun tabe olduğu din böyüklərini də tanımaq və onlara iftira etmək deməkdir.
O böyük alimin hikmət dolu bəzi sözləri belədir:
Halal qazanıb halaldan yeməli, geyinməli, çalışmalıdır.
Küsülülər barışmalıdır. Əvvəl davranan əvvəl cənnətə gedər.
Tənha, yalqız qalınca da günahdan qaçınmalıdır.
İnsan nəfsi məğlub etmək üçün onu narahat etməlidir, istədiyi şeyi verməməlidir. Ən təsirlisi gündüzləri oruc tutmaq, gecələri az yatıb namaz qılmaqdır.
Az danışılmalıdır. Altı yerdə dünya kəlamıyla məşğul olan insanın otuz illik qəbul olmuş ibadətləri rədd edilir. Bu danışma yerləri: məscidlər, elmi məclislər, ölünün yanı, qəbristanlıqlar, əzan oxunarkən və Qurani-Kərim oxunarkəndir.
Göllənmiş at sidiyində üzən saman çöpünə qonan milçək sidiyi dərya, saman çöpünü gəmi, özünü də dəryanın kapitanı sanar.
Mövlanə əzan səsini eşitdiyi zaman ya dizləri üstündə oturar və ya ayağa qalxaraq əzan bitincəyə qədər o vəziyyətini heç dəyişməzdi.
Fazil QARAOĞLU,
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 03.04.2026 / 12:08
Çin və Pakistan Trampın 15 maddəlik İran sülhünə 5 maddəlik sənəd çıxardı...
Tarix: 03.04.2026 / 11:56
Putin Paşinyanı Ukraynanın taleyi ilə hədələyir...
Tarix: 03.04.2026 / 11:47
Erməni müxalifətində dərinləşən parçalanma Paşinyan iqtidarının qalibiyyət şanslarını artırır
Tarix: 02.04.2026 / 20:57
Paşinyan Putinin sirrini açdı
- “siz bunu mənə həm də şəxsən demişdiniz”...
Tarix: 02.04.2026 / 20:45
Pezeşkian Prezident İlham Əliyevə zəng etdi
Tarix: 02.04.2026 / 19:44
Tramp ABŞ-ın ən “qədim” müttəfiqi ilə də münasibətləri pozdu
Tarix: 02.04.2026 / 19:15
Putin etiraf etdi
- “Qarabağın tanınması KTMT-nin siyasətini dəyişdi”...
Tarix: 02.04.2026 / 18:52
Rusiya sahibkarları Paşinyan hakimiyyətinə qarşı üsyana qaldırır...
Tarix: 02.04.2026 / 18:14
İrəvana hibrid təhdid oyunu
- Zaxarova nəyi nəzərdə tutdu...
Tarix: 02.04.2026 / 17:35
Hörmüzdən sonra Bab əl-Məndəb boğazı da bağlana bilər
– qlobal neft böhranı daha da dərinləşəcək...
Tarix: 02.04.2026 / 17:21
Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qətnamə qəbul edildi
Tarix: 02.04.2026 / 16:56
“Bizdə media azaddır, seçki var, rus pasportluları seçkiyə buraxmarıq”
- Paşinyan Putini həssas yerlərdən vurdu...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 02.04.2026 / 19:15
Putin etiraf etdi - “Qarabağın tanınması KTMT-nin siyasətini dəyişdi”...
Tarix: 02.04.2026 / 17:35
Hörmüzdən sonra Bab əl-Məndəb boğazı da bağlana bilər – qlobal neft böhranı daha da dərinləşəcək...
Tarix: 02.04.2026 / 14:23
NATO və AB-nin acığına Tramp Rusiya ilə "Dostluq sazişi" imzalayacaq...(?)
SON XƏBƏRLƏR
03.04.2026 / 12:20
Tramp İranda hakimiyyəti dəyişdirmək niyyətindən əl çəkdi...
03.04.2026 / 12:08
Çin və Pakistan Trampın 15 maddəlik İran sülhünə 5 maddəlik sənəd çıxardı...
03.04.2026 / 11:56
Putin Paşinyanı Ukraynanın taleyi ilə hədələyir...
03.04.2026 / 11:51
Problemli kreditlərin təhlükələri artmaqda davam edir...
03.04.2026 / 11:47
Erməni müxalifətində dərinləşən parçalanma Paşinyan iqtidarının qalibiyyət şanslarını artırır
03.04.2026 / 11:39
"Türkiyə və Azərbaycanın qətiyyətli liderlərinin olması böyük üstünlükdür" -
Cevdet Yılmaz
03.04.2026 / 11:19
Ermənistanın konteynerləri Bəndər Abbasda itib…
03.04.2026 / 08:01
Dövlət Duması Moldovanın MDB-dən çıxmasını intihar adlandırdı
03.04.2026 / 07:44
Avstraliya Xüsusi Təyinatlılarını Yaxın Şərqə yerləşdirir -
Telegraph
03.04.2026 / 07:32
ABŞ İrana hücumlarda bir illik JASSM raket tədarükünü xərcləyib…
03.04.2026 / 07:14
ABŞ-ın Aya göndərdiyi kosmik gəmidə tualet problemi yaranıb
03.04.2026 / 06:49
Tramp ABŞ Baş prokurorunu işdən çıxardı -
Epşteyn işi…
02.04.2026 / 23:26
Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər: Şamaxı soyqırımı
(Mart-aprel 1918-ci il)
02.04.2026 / 22:10
Mənim yadkən doğma anam
02.04.2026 / 20:57
Paşinyan Putinin sirrini açdı
- “siz bunu mənə həm də şəxsən demişdiniz”...
02.04.2026 / 20:45
Pezeşkian Prezident İlham Əliyevə zəng etdi
02.04.2026 / 19:44
Tramp ABŞ-ın ən “qədim” müttəfiqi ilə də münasibətləri pozdu
02.04.2026 / 19:15
Putin etiraf etdi
- “Qarabağın tanınması KTMT-nin siyasətini dəyişdi”...
02.04.2026 / 18:52
Rusiya sahibkarları Paşinyan hakimiyyətinə qarşı üsyana qaldırır...
02.04.2026 / 18:41
Plüralizmin inkişafı Azərbaycanda sosial rifaha və sabitliyə müstəsna töhfələr verir
02.04.2026 / 18:28
İnklüziv inkişafda özəl sektorun rolu
- Elnar Musayev yazır
02.04.2026 / 18:14
İrəvana hibrid təhdid oyunu
- Zaxarova nəyi nəzərdə tutdu...
02.04.2026 / 17:35
Hörmüzdən sonra Bab əl-Məndəb boğazı da bağlana bilər
– qlobal neft böhranı daha da dərinləşəcək...
02.04.2026 / 17:21
Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qətnamə qəbul edildi
02.04.2026 / 17:08
Sürücülər üçün yeni sığorta formulu tətbiq edildi...
02.04.2026 / 16:56
“Bizdə media azaddır, seçki var, rus pasportluları seçkiyə buraxmarıq”
- Paşinyan Putini həssas yerlərdən vurdu...
02.04.2026 / 16:40
Biləsuvarın Çaylı kəndində doğuldu, Qarabağımızda Zəfər tarixini yazanlardan oldu – Amid Əliyev
02.04.2026 / 16:33
Azərbaycanda TikTok istifadəçiləri üçün yeni qayda tətbiq olundu
02.04.2026 / 16:17
Paşinyan Moskvaya mesaj
- "Rusiya şirkəti ilə sazişi pozmaq üçün rıçaqımız var, ancaq..."
02.04.2026 / 16:01
Namiq Dəlidağlının Qırğızıstanda kitabı nəşr edilib
02.04.2026 / 15:25
Vensin İrəvanda imzaladığı nüvə sazişinə Kreml dərhal “kontr” qoydu...
02.04.2026 / 15:08
Bu universitetdə dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb olunur
- Dövlət Agentliyindən açıqlama...
02.04.2026 / 14:55
Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol...
02.04.2026 / 14:55
Nizami Kino Mərkəzi müdaxilə
- polis araşdırmaya başladı- FOTO
02.04.2026 / 14:35
Paşinyan Putinə üz-üzə mesaj verdi
- "biz bu hərəkatı davam etdirməyəcəyik"...
02.04.2026 / 14:23
NATO və AB-nin acığına Tramp Rusiya ilə "Dostluq sazişi" imzalayacaq...(?)
02.04.2026 / 14:20
"Orta Dəhliz hər birimizin marağına cavab verir"
- Prezident
02.04.2026 / 14:07
Prezident İlham Əliyev: "Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir"
02.04.2026 / 14:03
Sabiq prezident Sarkisyanın partiyası 7 iyun seçkisindən imtina etdi
- Kreml taktika dəyişir?...
02.04.2026 / 14:01
"Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq"
- Prezident
02.04.2026 / 13:57
Prezident: "Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir"
02.04.2026 / 13:55
"Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək"
- Prezident
02.04.2026 / 13:52
TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edildi
02.04.2026 / 13:33
Yeni nazirlik İcbari Tibbi Sığortada nələri dəyişməlidir?..
02.04.2026 / 13:21
Tramp İranla bağlı aprelin 6-nı gözləməyəcək...
02.04.2026 / 13:18
Paşinyandan Putinə “tərs sillə”...
02.04.2026 / 12:58
Müharibə başlayandan Türkiyənin 60 ton qızılı hara yox oldu?..
02.04.2026 / 12:34
Türk dünyasının ortaq ali təhsil məkanının yaradılması təklif olunur
02.04.2026 / 12:22
İranda müharibənin miqyası genişlənir, BƏƏ Hörmüz boğazına görə savaşa daxil olur...
02.04.2026 / 12:16
Putinlə Paşinyan Kremldə “atışdı”, iki ölkənin ziddiyyətləri daha da dərinləşdi...
02.04.2026 / 12:03
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
- FOTO
02.04.2026 / 11:57
Növbəti köç karvanı Kəlbəcərə yola salındı
02.04.2026 / 11:43
Əli Əsədov TDT hökumət başçılarının görüşündə Zəngəzur dəhlizinin əhəmyyətindən danışdı...
02.04.2026 / 11:27
Bakıda TDT-yə üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidentlərnin görüşü keçirilib
- YENİLƏNDİ
02.04.2026 / 11:16
İlham Əliyev TDT üçün yeni strateji hədəfi göstərdi - "bunu birlikdə etməliyik..."
- FOTO/YENİLƏNDİ
02.04.2026 / 11:04
Tramp indi də “göylə əlləşməyə” qərar verdi...
02.04.2026 / 10:57
Mərkəzi Bank inflyasiya gözləntilərini açıqladı...
02.04.2026 / 10:23
Azərbaycanın da iştirak etdiyi böyük enerji platforması qurulur
02.04.2026 / 08:29
İsrailin Xəzərdə ticarətə yaratdığı təhdidlər qəbuledilməzdir -
Rusiya XİN
02.04.2026 / 08:14
Trampın NATO ilə bağlı şikayətləri bloku zəiflətmək planının bir hissəsi ola bilər -
Kaja Kallas
02.04.2026 / 07:56
“İranı yaxın həftələrdə "Daş dövrü"nə - layiq olduğu yerə qaytaracağıq” -
Tramp
02.04.2026 / 07:37
ABŞ İsfahanı müvəqqəti işğal altında saxlayacaq -
zənginləşdirilmiş uranı çıxarmaq üçün…
02.04.2026 / 07:20
İranın sabiq XİN rəhbərinin evi bombalandı
02.04.2026 / 00:23
Bu gün aprel zəfərindən 10 il ötür
02.04.2026 / 00:13
İsrail Hizbullah Cənub cəbhəsinin komandirini öldürdü
01.04.2026 / 23:44
Turizmin Cənnəti Türkiyə: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Şəhərlər…
01.04.2026 / 23:31
AB Kiyevə dondurulmuş Rusiya aktivlərindən 1,4 milyard avro verəcək
01.04.2026 / 23:19
Abşeron nahiyəsinin Xəzər dənizi sahilləri... XX əsrin əvvəlləri...
Qanlı sənələr
01.04.2026 / 21:39
Ağ Ev İran müharibəsinin xərcini körfəz ölkələrindən tələb etdi...
01.04.2026 / 21:16
Lavrov 3-cü dünya müharibəsini rəsmən bəyan etdi...
01.04.2026 / 20:43
Trampın “İranı məhv etmişik” yalanlarının konkret hədəfi var...
01.04.2026 / 20:17
Rusiya Ukraynanın Luqansk bölgəsini tam ələ keçirdi…
01.04.2026 / 19:57
İran ABŞ-la bağlı Bolqarıstana nota verdi
- Hava limanlarınızı onlara açmayın...
01.04.2026 / 19:38
Azərbaycanda hüquq-mühafizə orqanlarının adı ilə minlərlə vətəndaşı aldatmağa cəhd edildi
01.04.2026 / 19:25
"Prezident İlham Əliyev və Paşinyanın səyləri ilə Azərbaycan-Ermənistan münasibətləri sabitləşib"
- Putin
01.04.2026 / 19:07
Əvvəlki illərdə ÜDM artımı 7 faizə yaxın idi, indi isə...
01.04.2026 / 18:42
Əli Əsədov TDT-nin baş katibi ilə əməkdaşlıq məsələlərini müzakirə edib
01.04.2026 / 18:30
Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul etdi
01.04.2026 / 18:16
Amerikada Tramp əleyhinə etiraz hərəkatı geniş vüsət alır
01.04.2026 / 18:04
Husilər neft qiymətlərinin daha sürətlə bahalaşmasını tətikləməyə başladılar
01.04.2026 / 18:00
İranın ballistik raketləri Tramp üçün daha ciddi problemə çevrilir
Plüralizmin inkişafı Azərbaycanda sosial rifaha və sabitliyə müstəsna töhfələr verir
Populyar xəbərlər
Tarix: 18.03.2026 / 20:57
Avropa Birliyi Ermənistana “seçki mühafizə qüvvələri” göndərir
- Kremlə qarşı gediş...
Tarix: 20.03.2026 / 16:55
10-a yaxın ölkə SEPAH-ı terror təşkilatı kimi tanıdı
Tarix: 21.03.2026 / 18:37
İran ən yüksək nominallı əskinasları dövriyyəyə buraxıb
Tarix: 21.03.2026 / 21:16
İraq İrandan qaz tədarükünün bərpa olunduğunu bildirib
Tarix: 23.03.2026 / 17:27
İctimai nəqliyyatda "BirKart" ilə ödəniş məhdudlaşdırılıb...
XƏBƏR ARXİVİ