şənbə günü, 21 noyabr 2026
     

Qardaş Türkiyənin siyasi gündəmində "4 may dövlət çevrilişi" dartışmaları...

Image


Ölkəmizin əsas müttəfiqi sayılan Türkiyənin siyasi gündəmini məşğul edən əsas məsələ baş nazir Əhməd Davudoğlunun istefasından sonra onun xələfinin kim olacağıdır. Hazırda bu məsələ ətrafında müxtəlif fikirlər səslənir və ölkə müxalifəti də baş verənlərə görə hakim partiyanı sərt şəkildə tənqid etməkdədir. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əhməd Davudoğlunun hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayında sədrliyə namizədliyini irəli sürməyəcəyi haqda dediklərinin əslində müxalifətə heç bir aidiyyətinin olmadığını bildirib:
"Bu günlərdə məlum çətinlikləri yaşayırıq. Birliyimizi daha da gücləndirməliyik. AKP qurultay keçirmək haqda qərar qəbul edib. Hörmətli baş nazir də namizəd olmayacağını açıqladı. Bu qərarın xeyirli olmasını Allahdan təmənna edirəm. Baş nazirə öz adımdan və millətim adından gördüyü işlərə görə təşəkkür edirəm. Belə vəzifələr bayraq yarışıdır. Mən də bu vəzifəni prezident Abdullah Güldən almışdım. 40 illik mübarizə dostlarımın olduğu bir partiya ilə yaxından maraqlanmağım bəzilərinin narahat edir. Hər dəyişiklik bir həyəcan gətirir".
Türkiyə müxalifətini təmsil edən Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu isə ölkədə əslində "saray çevrilişi"nin baş verdiyini deyir. O bildirib ki, baş nazir Əhməd Davudoğlunun istefasında məqsəd Rəcəb Tayyib Ərdoğanı daha güclü prezident etməkdir və bu, saray çevrilişidir. Kılıçdaroğlu onu da vurğulayıb ki, buna hakim partiya daxilində problem kimi baxmaq olmaz, bu 64-cü hökumətə qarşı çevrilişdir və Davudoğlu istefası ilə buna zəmin yaradıb. O deyib ki, bütün respublikaçılar, demokratlar və ziyalılar buna qarşı çıxmalıdır.
Türkiyə müxalifətini təmsil edən Cumhuriyyət Xalq Partiyasının fraksiya sədrinin müavini, millət vəkili Engin Altay da məsələ ilə bağlı çox maraqlı açıqlamalar verib. O da 4 mayda Türkiyədə yeni bir çevrilişin olduğunu deyib: "Bu çevriliş 28 fevral və 12 mart çevrilişlərinin qardaşıdır. Bu hadisə göstərdi ki, saraya biət etmək, itaət etmək onu razı salmır. Sarayın və diktatorun qəzəbinə tuş gəlməmək üçün ona ibadət etmək lazımdır. Yaxşı ki, respublika var. Osmanlı olsaydı, Davudoğlunun qılıncla kəlləsi də gedəcəkdi. Çox şükür, respublika var ki, Davudoğlunun başı bədənində qalır".
Qeyd edək ki, Əhməd Davudoğlu mayın 4-də Ədalət və İnkişaf Partiyasının liderliyi və baş nazirlikdən gedəcəyini bəyan edib. Davudoğlu deyib ki, partiyanın qarşıdan gələn qurultayında bu vəzifələr uğrunda mübarizə aparmayacaq.
Bu arada Davudoğlunu əvəzləyəcək namizədlərin əvvəlcə 5 olduğu xəbəri yayıldı. Bunlar dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bekir Bozdağ, Ərdoğanın kürəkəni olan enerji və təbii qaynaqlar naziri Berat Albayrak, səhiyyə naziri Mehmet Müezzinoğlu və baş nazir müavini Numan Kurtulmuşdur. Lakin Mehmet Müezzinoğlu ilə Numan Kurtulmuşun geri çəkildiyi dəqiqləşib. İndi baş nazir postuna namizəd kimi qalan üç şəxsin adı çəkilir. Amma belə bir vaxtda "Hürriyyət" nəşrinin yazarı Metehan Demir Türkiyənin yeni baş nazirinin adını açıqlayıb. Nəşrin Ankara nümayəndəsinin sözlərinə görə, Əhməd Davudoğlunu Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz əvəz edəcək: "İsmət Yılmazın adını da namizədlərinin siyahısına əlavə edək. Qurultayla əlaqədar məlumatlı şəxslərdən biri mənə mesaj göndərdi. "İsmət Yılmazı da kənara qoymayın" dedi". Baş verənlər fonunda hazırda Berat Albayrakın da şansları kifayət qədər yüksək qiymətləndirilir. Yeri gəlmişkən qeyd edək ki, Berat Albayrak ölkədə idarəçilik mexanizmində müəyyən problemlərin olduğunu etiraf edib: "Türkiyədə rejim problemi yoxdur. Türkiyədə bir sistem, idarəçilik problemi var. Bu problemi isə yalnız Konstitusiya həll edə bilər. Kimlərinsə idarəçiliklə bağlı dilə gətirdiyi şübhələri qulaqardı etməyin. Sistemdə olan problem özünü hər gün daha da açıq-aşkar büruzə verəcək". Hesab edilir ki, Berat Albayrak və ya yuxarıda adları çəkilən namizədlərdən hər hansı biri baş nazir olarsa, Ərdoğanın ölkədə prezident üsul-idarəsi tətbiq etməsi daha asan olacaq.
Türkiyəli ekspert Həsən Oktay isə bildirir ki, Əhməd Davudoğlunun istefası Türkiyədə böyük bir siyasi böhrana yol açıb: "Artıq bu istefanın Türkiyədə diktatorluğa yol açacağı barədə fikirlər səslənir. Heç şübhəsiz, belə bir yanaşma da Türkiyəyə daha çox zərər verəcək". Həsən Oktayın sözlərinə görə, bütün bunlar yaxın aylarda Türkiyədə siyasi proseslərin bir qədər də gərginləşməsinə yol aça bilər: "Hətta Türkiyədə erkən seçkilərin keçirilməsi kimi məsələ də gündəmə gələ bilər. Hər halda, Davudoğlunun istefası Türkiyə siyasi səhnəsinə yeni sürprizlər bəxş edəcək". Qeyd edək ki, AKP-nin növbədənkənar qurultayı mayın 22-də keçiriləcək. Məhz burada yeni baş nazirin adı bəlli olacaq.
Tahir TAĞIYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ