Soçidə cümə günü Rusiya prezident Vladimir Putinlə Yaponiya baş naziri Şinzo Abe arasında üç saatdan çox davam edən zirvənin detalları açılır. Tokioda iddia edilir ki, görüşdə Abenin Putinə 8 maddəlik bir plan təqdim edib.
Baki-xeber.com xəbər verir ki, "Nikkei” agentliyi 2-ci Dünya Müharibəsində Stalin tərəfindən SSRİ torpaqlarına qatılan Kuril adası Yaponiyaya qaytarılacağı halda, Rusiyanın uzaq şərq bölgələrinə Yaponiyanın milyardlarla dollar investisiya yatıracağı vədini verdiyini bildirir.
"İqtisadi əməkdaşlıq planı" adı altında təqdim edilən təkliflərdə, hələ də iki ölkə arasında həqiqətən "müharibə vəziyyəti"nin davam etməsinə səbəb olan Kurtil adaları anlaşılmazlığı həll edilsə, Yaponiyanın Rusiyanın inkişaf etməmiş uzaq şərq bölgələri üçün yatırım fondu yaradaraq, limanlar , aerodromlar, xəstəxanalar və digər infrastruktur sərmayələri sözü verdiyi bildirilir.
Yazıda, bu əməkdaşlığın əsas şərtinin, Yaponiyanın öz ərazisi saydığı Kuril adaları mövzusunda razılığa gəlinməsi olduğu qeyd edilir.
Soçidə Putinlə görüşü dəyərləndirən Abe, problemin həllilə bağlı addım atıla biləcəyinə inandığını deyib. Rusiya xarici işlər naziri Sergey Lavrov da, Rusiya və Yaponiyanın böyük investisiya layihələrində əməkdaşlıq mövzusunda razılaşdıqlarını deyib.
Putin-Abe görüşünü şərh edən Lavrov bildirir: "Açıq-aşkar görünür ki, ticarət dövriyyəsində müxtəlif səbəblərdən eniş davam edir. Liderlər, bunun qarşısını almaq yollarını axtardıqlarını vurğuladılar. Bunu, yalnız ticarət əlaqələrin inkişafı ilə deyil, böyük investisiya layihələri ilə də reallaşdıracaqlar".
Moskva və Tokionun ticarət və iqtisadi əməkdaşlığı mövzusunda hökumətlər arası komissiyalara təkliflər təqdim etdiyini ifadə edən Lavrov, bu istiqamətdə addımlar atılması üçün qərar verildiyini bildirib.
Qeyd edək ki, adalarla mövzusunda anlaşılmazlıq 2-ci Dünya Müharibəsindən indiyədək Moskva və Tokio əlaqələrində gərginlik yaradır. Bu mübahisəyə görə iki ölkə arasında müharibədən sonra hələ də rəsmi sülh müqaviləsi imzalanmayıb.