Türkiyə xüsusi xidmət orqanlarından 15-20 nəfərlik bir qrupun Suriyaya keçdiyi iddia edilir. Qrupun Kilis şəhərinə raket hücumlarını davam etdirən İŞİD-in raket qurğularını məhv etmək üçün kəşfiyyat apardığı bildirilir.
Baki-xeber.com "Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, dünən gecə keçirilən əməliyyat 4 saat davam edib.
Xəbərdə bildirilir ki, xüsusi qrup, Suriyaya giriş-çixiş zamanı təhlükəsizlik məqsədilə müxtəlif nöqtələrdən istifadə edib. Bölgəyə müdaxilədən əvvəl ABŞ və Rusiya hərbi səlahiyyətliləri əməliyyatla əlaqədar məlumatlandırılıb.
"Yeni Şafak”ın əldə etdiyi məlumatlara görə, Türkiyə Silahlı Qüvvələri İŞİD-in hücumlarının qarşısını almaq və Kilisin cənubunda bufer zona yaratmaq üçün əməliyyatları davam etdirəcək.