şənbə günü, 21 noyabr 2026
     

Ermənistanın Qarabağı tanımaq şantajının iflas səbəbləri...

Image


Aqşin Əliyev: "Həmin fakt Azərbaycan üçün irimiqyaslı hərbi əməliyyatların bərpasına tam əsas verərdi"

"Azərbaycanın həm diplomatik, həm də hərbi müstəvidə atdığı addımlar, verdiyi bəyanatlar kifayət etdi ki, Ermənistan öz səhvi və ya blefindən yarana biləcək fəsadların fərqinə varsın"

"DQR"in tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentinin növbədənkənar iclasının gündəliyinə daxil edilməyib. Bu xəbəri BBC Ermənistan parlamentinə yaxın mənbələrə istinadən verib. Növbədənkənar iclasda 15 məsələ və 4 beynəlxalq saziş müzakirə ediləcək, lakin Dağlıq Qarabağın "müstəqilliyi"nin tanınması barədə qanun layihəsi bunların arasında yoxdur.
Ermənistan baş nazirinin mətbuat katibi Qoar Poqosyan özünün "Facebook" səhifəsində ölkə hökumətinin "DQR"in "müstəqilliyi"nin tanınması ilə bağlı qanun layihəsini bəyənməsi barədə xəbərləri təkzib edib.
"Hökumətin yekun fikrində qeyd olunur ki, icra orqanı qanun layihəsinin qəbulunu Ermənistanla Dağlıq Qarabağ arasında hadisələrin sonrakı inkişafı, o cümlədən xarici amillər nəzərə alınmaqla, müzakirələrin nəticəsi ilə şərtləndirəcək. Başqa sözlə, indiki mərhələdə hökumət "DQR"in "müstəqilliyi"nin tanınması barədə qanun layihəsini bəyənməyib", - deyə o bildirib.
"Qarabağ Respublikası"nın tanınması haqqında" qanun layihəsi müxalifətçi deputatlar Zarun Postancyan və Qrant Baqratyan tərəfindən hazırlanıb. Daha öncə bildirilmişdi ki, Ermənistan hökuməti bu qanun layihəsini bəyənib.
Ermənistanın bu şəkildə geriyə addım atması nə ilə bağlıdır?
Konfliktoloq Aqşin Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanın bu addımı atması gözlənilən idi: "Bu, cəbhədəki son gərginləşmənin fonunda edilən erməni şantajı idi. Ağır məğlubiyyətdən özünə gələ bilməyən Ermənistan bu yolla daxili auditoriyanı sakitləşdirmək istəyirdi. Ermənistan rəhbərliyinin düşdüyü isterik durum yalnız bununla bağlı deyildi. Yadınızdadırsa, sülh danışıqları ilə bağlı da ikili mövqe ortaya qoyuldu. Əvvəl prezident bəyan etdi ki, danışıqlardan imtina edir, sonra xarici işlər naziri onun səhvini düzəltdi. Dağlıq Qarabağın "müstəqilliyi"nin tanınması məsələsi də ona bənzədi. Ermənistan rəhbərliyinin həmin anonsa görə ciddi şəkildə beynəlxalq qınağa tuş gəldiyi faktdır. Onlar həm də bununla məsələyə veriləcək reaksiyanı öyrənmək istədilər və son nəticədə bəlli oldu ki, elə də asan məsələ deyil. Həmin hadisə baş versəydi, Azərbaycan bütün danışıqları dayandıracaqdı və heç bir sülh danışığından söhbət gedə bilməzdi. Budan əlavə, həmin fakt Azərbaycan üçün irimiqyaslı hərbi əməliyyatların bərpasına tam əsas verərdi. Həmin anonsdan sonra Azərbaycanın həm diplomatik, həm də hərbi müstəvidə atdığı addımlar, verdiyi bəyanatlar kifayət etdi ki, Ermənistan öz səhvi və ya blefindən yarana biləcək fəsadların fərqinə varsın".
Azərbaycan Ermənistanın Dağlıq Qarabağdakı qondarma separatçı rejimin tanınması ilə bağlı ortaya atdığı fikri təxribat kimi dəyərləndirir. "Trend"in məlumatına görə, bunu isə jurnalistlərə YAP sədrinin müavini, icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib. Ə.Əhmədov hesab edir ki, ilk növbədə, Ermənistanın belə bir addımı atmağa cürəti və cəsarəti çatmaz: "İkincisi isə, bu cür addımın atılması beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin yekunlaşması olardı. Təbii ki, bu da Azərbaycana torpaqlarını işğaldan azad etmək üçün məqbul saydığı istənilən addımı atmağa şərait yaradardı. Bu baxımdan mən bunu bir təxribat hesab edirəm. Əlbəttə, bunun böyük bir təxribat olduğunu Ermənistan parlamenti də anlayıb və bu qərarı qəbul etməkdən imtina edib".
Baş nazirin müavini deyib ki, Ermənistanın bu mövqeyindən geri çəkilməsində beynəlxalq və regional güclərin də öz təsiri olub.
Ə.Əhmədov əlavə edib ki, hətta Rusiya Xarici İşlər Nazirliyi belə bir qərarın qəbul edilməsinin danışıqlar prosesinə nə qədər çətinlik yaradacağı ilə bağlı xəbərdarlıq edib: "Hesab edirəm ki, bu xəbərdarlığın da öz təsiri olub. ABŞ və münaqişənin tənzimlənməsi ilə məşğul olan digər tərəflərin də belə bir qərarın qəbul edilməsində öz təsiri olub. Ermənilər indiyədək belə təxribatlar edirlər, indi də bundan əl çəkmirlər və gələcəkdə də edəcəklərini istisna etmirəm".
O qeyd edib ki, Ermənistanın nə qədər təxribatlar törətməsindən asılı olmayaraq, Azərbaycan öz haqq işindən əl çəkməyib və bundan sonra da əl çəkməyəcək: "Azərbaycanın münaqişənin həlli ilə bağlı danışıqlar prosesinə üstünlük verməsi, heç bir halda, işğal altında olan torpaqlardan imtina edilməsi niyyətinin alternativi kimi qəbul oluna bilməz".
Baş nazirin müavini bildirib ki, əgər Ermənistan destruktiv siyasətini və təxribatçı hərəkətlərini davam etdirərsə, bunun bir cavabı olacaq: "Bu da Azərbaycan Ordusunun və xalqının atılan hər bir destruktiv addıma layiqli cavabı olacaq".
Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ