Ermənistan hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qanun layihəsinə rəy verib və parlamentə göndərib. APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, rəydə bildirilir ki, sözügedən qanun layihəsinin qəbulu "DQR” ilə Ermənistan arasındakı müzakirələrin nəticələrindən asılıdır.
Həmin qanun layihəsinin müəllifləri müxalifətçi deputatlar Zarui Postancyanla Qrant Baqratyandır.
Qondarma "Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qanun layihəsi mayın 10-da Ermənistan parlamentinin növbədənkənar iclasında müzakirə olunacaq.