şənbə günü, 21 noyabr 2026
     

Tarixdə iz buraxanlar: Ər Manas

Image


Cakıp xan, hər cür çətinliyə baxmayaraq, çalışıb-çabalayıb, bağlar, bağçalar, sürülər sahibi olub, amma bir uşaq sahibi ola bilməyib. Bu vəziyyətə dayana bilmir, ara-sıra ağlayırdı. O gün də ağlayırdı və: "Əsarətdən sonra çox çalışdım, keçmiş gücümə yetişdim, bağlarım, bağçalarım, heyvan sürülərim var. Çox şükür gücləndim, qüvvətləndim.
Bu qədər malımda, mülkümdə zərrə qədər də olsun haram yoxdur. Fəqət heyflər olsun ki, uşağım yoxdur. Mən yaşlandığımda əlimdən tutacaq və ya öldüyüm zaman arxamca ağlayacaq bir övlad sahibi ola bilmədim. Mən nə bəxti qara bir bəyəm", - deyirdi Cakıp xan.
Böyük xanımı Çayırdı xanım qocaman Cakıp bəyi ağlayan gördü və dayana bilmədən sordu:
- Evimin dirəyi, de görüm, niyə belə qara yaşlar axıdırsan? Sənin dərdin nədir?
Cakıp bəy acıyan gözlərilə Çayırdı xanımı süzdü və:
- Səninlə evləndiyimiz tam 14 il oldu. Sənə uşaqlarımın anası deyə bilmədim. Belini sağlam bağlayıb mənə bir övlad verə bilmədin. Mövlaya yalvarıb bir övlad diləmədin, - dedi.
Çayırdı xanım heç bir şey deyə bilməyib, boğazı düyünlənib qalmışdı. Öz otağına keçdi, başını qoyduğu yastıq gözlərindən axan yaşlarla islandı.
Səhər-səhər Cakıp xan nəşə içərisində oyandı: "Oyan, Çayırdı xanım, oyan! Çox gözəl bir yuxu gördüm", - dedi.
İkinci xanımı Bakdövlət xanım da bir yuxu görmüşdü. Cakıp xan yuxusunu yozmaq üçün böyük bir ziyafət hazırladı və Bayyeğid adlı qoca bir qırğız röyanı belə yozdu: "Çayırdı xanım bir oğlan və bir qız uşağı doğacaq. Bakdövlət xanım isə ekiz oğlan doğacaqdır" - dedi.
Beləcə, doqquz ay, doqquz gün sonra Çayırdı xanım bir oğlan uşağı doğdu. Cakıp xan elə sevinmişdi ki, axı necə sevinməyə bilərdi, ikinci xanımı Bakdövlət xanım da ekiz oğlan uşağı doğmuşdu. Cakıp xan 60 yaşından sonra üç oğlan uşağının atası olmuşdu. Allah Təalaya şükr etdi, ağladı. Amma budəfəki göz yaşları sevinc göz yaşları idi...
Cakıp xan Çayırdı xanımdan olan oğluna Manas adını qoyacaqdı. Bu düşüncəsini dostu Ağbaltaya açıqladı. Ancaq Ağbalta yaxın dostuna xəbərdarlıq edərək: "Ey Cakıb xan, bu uşağın adının Manas olduğunu yalnız biz bilək, kalmıklar, çinlilər və monqollar bilməsinlər. Gəl bu uşağın adının Devcinli olduğunu elan edək", - dedi. Ağbalta bir az durdu, ətrafı seyr etdi, sonra sözlərinə belə davam etdi: "Bilirsənmi, çinli Əsən xan hər yerdə bu uşağı axtarır. Çünki onların kahinləri, alimləri Manas adlı bir uşağın doğulacağını və qırğızları azadlığa qovuşduracaq olan bu uşağın irəlidə kalmıklara və çinlilərə böyük bəla olacağını söyləmişlər. Ey Cakıp xan, sən nə xoşbəxtsən, nə şanslı bir atasan. Oğlun Manas kalmıklardan, çinlilərdən və monqollardan qırğızların qisasını alacaq. 12 yaşına gəldikdə "Qaplan Manas" adı ilə ad çıxaracaq. Qoy düşmənlərimiz hələlik onu Manas olaraq bilməsinlər".
Beləcə, qırğızlar bu fikirdə birləşib, doğum mərasimində Manasa Devcinli adını qoyublar. Bu mərasimdə iştirak edən hər kəs Manas adını ağızlarına almayacaqlarına söz verdikdən sonra dağılıblar.
Manas səkkiz yaşına gəlmişdi. Qırx evdən topladığı dostları ilə oynadığı tək oyun əsgərlik oyunu idi. Bir gün onlar oyun oynayarkən kalmık uşaqları yenə onlara həqarət edərək hücum etdilər. Manasın dostları çəkinirdilər. Çünki onlar da boyunlarının bükük olduğunu bilirdilər, eynən böyükləri kimi əsirdilər. Qırğız uşaqları beləcə kalmık-mançu uşaqlarının qarşısında əzilib pərişan olurdular. Ancaq bu dəfə Manas: "Etməyin" - deyə bağırdı. Bir şey əldə edə bilmədikdə dayana bilmədi və bir şir kimi nərə çəkib kükrədi, qarşısına çıxanları devirib dostlarını qurtardı.
Manasın bu halını görən dostları da ürəkləndilər, nəticədə, kalmık-mançu uşaqları qurtuluşu qaçmaqda gördülər. Cakıp xan bu davanı gördükdə oğluna tərəf gəldi və: "Devcinli sən nə edirsən?" - deyərək oğlunu danlamağa başladı. Bu vaxt bu hadisələri izləyən biri daha vardı. Bu, Ağbalta idi. O, bütün davanı görmüşdü. Ağbalta Cakıp xana yaxınlaşıb Manasın rahat buraxılmasını və onu kalmıkların gözündən uzaq tutulmasını istədi və onu çobanbaşı Ospurbəyin yanına verilməsini tövsiyə etdi: "Yoxsa kalmıklar onu öldürərlər", - dedi. Elə də etdilər.
Getdikcə böyüyən Manas bir dəfə at çobanı Kançarqulunu çox pis döydü. Kançarqulu Ospurbəyin yanına gedib şikayət etdi. Ospurbəy də Manasın qolundan tutub, onu atasının yanına gətirdi və: "Ey Cakıp xan, sənin bu oğlundan adam olmaz. Onun yanında oynayan dostları ona "Qaplan Manas" deyə bir ləqəb uydurublar, o da hər tərəfi vurub dağıdır", - dedi.
Yenə bir gün Ospurbəy Manasdan onun atasına şikayət etdi, amma bu dəfəki şikayəti cox ciddi idi. Çünki bu dəfə Manas bir at sürüsünün cobanı ilə bir qoyun sürüsünün çobanını öldürmüşdü. Cakıp xan da oğlunu qarşısına alıb ona bağırmağa başladı. Ancaq bu dəfə Manas susmadı, o da Cakıp xana cavab verdi:
- Vay atacan, vay. Sən nə deyə bu qədər malı güdürsən? Boş yerə güdüb hansı murada çatacaqsan? Belə başımız öndə, hər əziyyətə dözüb səssizmi qalacağıq? Zamanı gəldikdə biz özümüzü qoruya bilməliyik. Artıq bir ovuc karluklarla mançuların əllərində qaldığımız yetər. Biz də lazım olan cavabı verməliyik, - dedi.
Qara xəbərlər ard-arda gəlirdi. Bir gün biri gəlib bağırmağa başladı: "Qaçın, hər kəs bir yerə sığınsın, çinli komandan Koçku bir alay əsgərlə buraya gəlir".
Həqiqətən də çox keçmədən yeddi yüz süvarinin çıxartdığı toz buludu görünməyə başladı. Esen xanın çox güvəndiyi komandanlarından olan Koçkunu qarşılayan Cakıp xan, doğrusu, bu qədər də əks-təsir gözləmirdi.
- Ey nankor Burut (Kalmıklarla Çinlilərin qırğızlara verdikləri ad), demək gizli-gizli planlar qurur, bu cənnət kimi torpaqlarda mal-mülk sahibi olub, sonra da üsyan bayrağı açıb ayrılmaqmı istəyirsən?
- Səhv eşitmişsiniz.
- Necə, necə? Necə yəni səhv eşitmişik? Sən bizləri aldatmaq üçün oğlun Manasa Devcinli adını veribsən. Sən, ocağı kor olası adam, tez ol Manası bizə təslim et!
- Oğlum indi burada deyil.
- Nə!.. Demək bizə qarşı çıxırsan, eləmi? Sənin ocağını söndürüb, mallarını qarət etməsəm mənə də Koçku deməsinlər. Əsgərlər, hücum edin, hər yeri yaxıb-yandırın!
Qırğız qadınlarının, uşaqlarının ağlayıb fəryad etmələri bir fayda vermədi. Çadırlar qarət edilib yandırılmağa başlandı. Qadınların, qızların fəryadları arasından birdən göy gurultusuna bənzər bir səs gəldi.
- Mən buradayam, ey pis çinli!..
Bütün bu gurultu 12 yaşlı Manasdan gəlirdi. Hələ uşaq deyiləcək yaşda olan Manas silahlanaraq Aymanboz adlı atına minib meydana atıldı. Qarşısına çıxan mühafizləri anında yox edib Koçkunun qarşısına dikildi:
- Qadınlara, qızlara əl qaldırmaq mərdliyə sığmaz, ey çarıqlarımın komandanı Koçku.
Koçku əsəbdən küplərə mindi.
- Vay, vay! Buna baxın, hələ qıç boyda olan bir uşaq mənim qarşıma çıxıb, mənə meydan oxuyur. Sən kimsən?
- Sənin axtardığın Manas mənəm.
Cakıp xan qorxudan dodaqlarını gəmirirkən Koçku gülməyə başladı.
- Demək, o qorxu ilə bəhs etdikləri Manas bu qıç boyda olan uşaq imiş. Gözlə baxaq, Burut uşağı, gözlə!
Koçku ani bir hərəkətlə atına mindi. Şimşək kimi atılmış Koçkunu yaxşı tanıyan mühafizləri onun qılıncını nə zaman çıxardığını görə bilmədilər. Eyni anda Manas da ona qarşı döyüşə qatıldı. Koçkunun havada dairələr cızaraq parıl-parıl parlayan ucu kəsik qılıncı hələ enmədən Manasın incə qılıncı Koçkunun yəhər qayışını kəsdi. Koçku nə olduğunu anlamadan özünu yerdə gördü. Cakıp bəy kimi mühafizəçilər də çaşqınlıqdan donub qalmışdılar. Manas bir anda atından endi və Koçkunun başının üstünü aldı. Koçku çaşqınlıqdan yuvalarından fırlamaq üzrə olan gözlərini açdığı anda Manasın kəskin soyuq qılıncı ilə burun-buruna qaldığını gördü. Çaşqınlığını ilk dəf edən Cakıp xandı. O, dərhal araya girərək oğlu Manası geriyə çəkdi. "Dayan, Manas! Vurma!" - dedi.
Qılıncın soyuq üzü ilə qarşı-qarşıya qalan Koçkunun alnında bir anda muncuq-muncuq tərlər toplanmışdı. Adamlarının yanında biabır olan Koçku yerdən necə qalxıb atına mindiyini xatırlamırdı. Çaşqınlığını atıb özünə gəldikdən sonra təhdidlər sovuraraq atını dörd nala çapdırıb oradan uzaqlaşdı.
Zurnalar çalınıb, nağaralar vuruldu, hazırlıqlar görüldü. Silahlarını da qurşanan çin, monqol və kalmık əsgərlərindən əmələ gələn böyük bir ordu qırğızların üzərinə doğru yola düşdülər. Hələ yığışa bilməyən qırğızlar Esen xanın gəlib çatdığı xəbərini aldılar və çox sarsıldılar, qaçıb qurtulmaq mümkün deyildi. Cakıp xan olduqca narahat idi. O: "Heç etiraz etmədən nə istəsələr qəbul edəyin. Nə qədər malımız varsa, verib canımızı qurtarağın. Biz burada sürgünə gələn sıxıntılı bir xalqıq. Onlara müqavimət göstərə bilmərik. Artıq əlimizdən bir şey gəlməz", - deyirdi.
Manas beynindən vurulmuşa bənzəyirdi. O, dayana bilməyib heç kəsə söz haqqı vermədən meydana atıldı və:
- Atacan, sən nə deyirsən? Nəyə görə bu qədər alçalırsan? Belə namus və qürur qırıcı bir iş görməkdənsə, qürurla öləyin. Beləsi daha xeyirli olar. Aymanboza minib, lazım olarsa, düşmənə qarşı qılıncımı təkbaşına sallaram. Ey qırğız xalqı, mənə dəstək verin! - dedi.
Manasın sözləri təsirli olub, sanki qırğızların üstündəki ölü torpağını sovurub atıb. Çox çəkmədi, düşmən ordusu zurna, nağara gurultusu ilə gəlib tam qarşılarındakı yaylağa yerləşərək döyüş vəziyyəti aldı. Denke alp meydana döğru irəliləməyə başladığı anda qarşısında Manası gördü. Manas bir şir kimi hücum edərək ilk həmlədə Denke alpı atından yuvarladı. Denke alp hələ ayağa qalxmadan aldığı yeni bir zərbə ilə can verdi.
Cakıp xan və Ağbalta bu böyük zəfərdən sonra sevinc içərisində göz yaşlarına boğuldular. Deyəsən, onların qurtuluş günləri yaxınlaşırdı. Cakıp xanın qardaşlarından olan Bay Ağa kalmık istilası sonrası Qaşqar tərəflərində idi. Qardaşı Cakıp və onun oğlu Manasın qəhrəmanlıqlarını eşitdikə onları axtarmağa çıxdı. Yolda kalmık xanlarından Niskara alpın böyük bir ordu ilə Manasın üzərinə getdiyini xəbər alınca tez davranaraq Cakıp xanı tapdı və qardaşını bu məsələdən xəbərdar etdi.
Özündən olduqca əmin olan Niskara qarşısında Manası və onun əsgərlərini gördükdə çox sevindi. Çünki öz gücləri ilə müqayisə edildikdə qırğızlar olduqca az və zəif görünürdülər. Ancaq Qazax baş komandanı Gökçə ilə digər türk bəylərinin də qatılması ilə güclənən qırğızlar döyüş meydanında kalmıkları pərişan etdilər. Qəhrəman Manas kıtay-kalmık döyüşçülərini döyüş meydanına çağırır, qarşısına çıxanı məhv edirdi. Manasın döyüş gücünü görən kalmıklar dağılmağa başladılar. Qənimətləri meydanda buraxıb arxalarına baxmadan qaçmağa çalışan kalmıkların əksəriyyəti yox edildi. Beləcə, Manas tarixi bir zəfər əldə etdi. Bu zəfər günü altaylardakı sürgün qırğızlar üçün qurtuluş günü olub. Manasın əldə etdiyi bu zəfər nəticəsində qırğızlar bir daha çin-kalmık boyunduruğu altında yaşamayacaqdılar.
Azadlıq atəşi Cakıp bəyin içini isitmiş, itirilən, yox olan qürurunu yenidən təzələmişdi. O, sıra-sıra qazanlar qurduraraq tayı-bərabəri görülməyən bir ziyafət verdi. Bu ziyafət bir qurultay halını almışdı. Belə ki, bir çox çıxışlar oldu. Sonra Aynagül söz alıb danışmağa başladı və zəfərin əldə edilməsində baş rol oynayan qəhrəman Manasdan söz açıb hədəfi göstərdi. O: "Biz ovda olduğumuzda ağ başlı bir qurban kəsib Manası xan seçmişdik", - dedi. Hər şey bəlli olmuşdu. Qurultay səviyyəsində keçən bu ziyafət iştirakçıları Manası xan seçdilər. Beləcə, müstəqilliyinə qovuşan qırğızlar xanlarını da seçmiş oldular.
Manas xan olduqdan sonra boş durmadı. Dağınıq vəziyyətdə olan qırğızları bir araya toplamağa başladı. Alevkəyə məğlub olduqdan sonra qırğızların bir qismi Aladağa yerləşib, bir qismi də qırğız torpaqlarında qalıb kalmıklara müqavimət göstərib. Bu müqavimət hərəkatında Alp Koşay baş rol oynayıb. Manas Alp Koşayın həyatda olduğunu xəbər alınca igidlərini də yanına alıb Alp Koşayı ziyarət etdi. Lob dərya ətrafında və digər başqa yerlərdə dağınıq halda olan qırğızlar haqqında məlumat toplayıb Altaylara geri döndü. Qırğızlar onun nəql etdiklərini can qulaqları ilə dinlədilər. Cakıp xan oğlunun sağ-salamat dönməsi şərəfinə bir ziyafət təşkil edib qurultayı yenidən topladı.
Manas Aladağda, Isıkgöldə Alevkenin buyruğu altında yaşayan qırğızların acı hekayələrini, onların çətin vəziyyətdə yaşadıqlarını anlatdıqdan sonra çıxışına belə davam etdi: "Qorxu içərisində oturub düşmənə yalvarmaqla zalım düşməndən qurtula bilmərik. Atalarımız kimi bir araya gəlib savaşmalı, torpaqlarımız olan Aladağı düşmən əlindən almalıyıq. Düşməndən qorxub qaçmaq nə qədər utancvericidirsə, ona yalvarmaq, baş əymək o dərəcədə alçaldıcıdır. Savaşağın, qazanarıq və ya məğlub olarıq. Məğlub olsaq, şəhid olarıq. Erkək quzu böyüdükdən sonra Allah üçün qurban edilir. Erkək uşaq isə böyüyüb igid olursa, Vətəni üçün ya şəhid, ya da qazi olur. Torpaqlarımızı düşmənin əlində görməkdənsə, Mövlanın yazmış olduğu qismətimə razıyam..."
Bax belə sürüb gedər "Manas" dastanı. Bu ulu dastan X əsrdə Qırğız elində başlamış, dalğa-dalğa bütün türk elinə yayılmışdır və eynilə "Dədə Qorqud" kimi bütün Türk dünyasının malıdır. Türk xalqları geniş bir coğrafi əraziyə dağılmış olsalar da, dastanları onları bir tarixdə, bir coğrafiyada birləşdirir.
Fazil QARAOĞLU,
professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ