şənbə günü, 21 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Sarkisyan nüvə qaçaqmalçısı, İlham Əliyev nüvə məhsulları sahəsində ABŞ-ın strateji müttəfiqi kimi...
Tarix: 05.05.2016 / 00:11
Bölmə: Siyasət
Mehman Muradlı: "Barak Obama öz çıxışında Azərbaycana bu istiqamətdə böyük önəm verdiyini deyib"
"Bu müqayisənin özü bizim daha aktiv olmağımıza tam əsas verir"
Ermənistanın adı növbəti beynəlxalq və təhlükəli cinayət əməlində hallanır. Söbhət nüvə qaçaqmalçılığından gedir. Konkret faktlara keçməzdən öncə, bu istiqamətdə Azərbaycanla onlar arasında bir paralel aparmaq istərdik. Dünyanın ən nüfuzlu dövlətlərindən olan ABŞ-ın dövlət başçısı Barak Obama Azərbaycanı nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında son dərəcə vacib tərəfdaş adlandırıb.
ABŞ prezidenti bu bəyanatla nüvə təhlükəsizliyi sammitinin yekunu üzrə keçirilən mətbuat konfransında çıxış edib.
O, Azərbaycanın yerləşdiyi coğrafi mövqeyə görə bu fikirdə olduğunu izah edib. "Elə ölkələr var ki, nüvə materiallarının qaçaqmalçılığı üçün potensial tranzit məntəqəsidir. Azərbaycan yerləşdiyi coğrafi mövqeyə görə bu prosesdə son dərəcə mühüm tərəfdaşdır", - deyə Obama əlavə edib. O bildirib ki, bütün ölkələr ümumi təhlükənin qarşısının alınmasına mümkün qədər töhfə verməlidir. Ancaq dünya mətbuatının yazdığına görə, Ermənistan, əksinə olaraq, nüvə qaçaqmalçılığı ilə məşğul olur.
Gürcüstanda beş nüvə qaçaqmalçısı saxlanıb. Bu ölkədə son həftələrdə nüvə qaçaqmalçılığı yüksək həddə çatıb. Saxlananların əksəriyyəti isə ermənilərdir.
ABŞ-ın "Huffington Post" qəzeti yazır ki, nüvə materialları satmaq məqsədilə qonşu Gürcüstana keçirməyə cəhd edən ermənilərin həbsi son iki ildə kəskin artıb. Ermənistanın dənizə çıxışı olmadığına görə qaçaqmalçılar cinayət əməllərini, bir qayda olaraq, Gürcüstanda həyata keçirir. Çünki Gürcüstanın Yaxın Şərqə və digər ölkələrə nüvə materialları daşımağa imkan verən Qara dəniz limanları var.
Bir sıra kəşfiyyat rəsmiləri hesab edir ki, İŞİD və digər terrorçu qruplaşmalar Avropa və ABŞ-da partladacaqları "çirkli bombalar"ın hazırlanması üçün material əldə etməyə çalışır. Təbii ki, müxtəlif məqsədlərlə törədilən bu kimi cinayətlər minlərlə mülki vətəndaşın həyatını təhlükə altında qoyur.
Ermənilər regionda nüvə materiallarının qaçaqmalçılığı üzrə kifayət qədər aktivdir. "Huffington Post"un yazdığına görə, saxlanan ermənilərdən biri Gürcüstanda iki dəfə (2003-cü və 2010-cu ildə) partlayış törətmək məqsədilə bu ölkəyə yüksək həddə qədər saflaşdırılmış uran keçirməyə cəhd edib.
MDB-də nüvə materialları qaçaqmalçılığı ilə mübarizəyə yardım məqsədilə Amerika Birləşmiş Ştatları bir neçə il öncə Gürcüstana 50 milyon dollar vəsait ayırmışdı. Ayrılan vəsaitin bir hissəsi Gürcüstanın sərhəd-keçid məntəqələrində xüsusi radiasiya detektorlarının quraşdırılmasına xərclənib. Məhz bu tədbirin nəticəsi olaraq, erməni qaçaqmalçı Qarik Dadayanın törədəcəyi fəlakətin qarşısı alınmış oldu.
Detektordan yaxa qurtarıb Gürcüstanın içərilərinə doğru qaçmağa cəhd edən Dadayan polislər tərəfindən həbs olunub 2.5 il müddətinə azadlıqdan məhrum edilsə də, bir neçə ay sonra azadlığa buraxıldı. Güman ki, burada rüşvət böyük rol oynayıb. Belə yüngül cəza, əlbəttə ki, Dadayanı yarımçıq qalmış cinayət əməlini təkrarlamaqdan çəkindirmədi. 2010-cu ildə Dadayan başqa bir qaçaqmalçılıq cəhdinə görə növbəti dəfə həbs olundu, bu dəfə iki erməni havadarı ilə birgə. Hrant Ohanyan, Sumbat Tonoyan və Dadayan siqaret qutusunun içərisində 18 qram nüvə materialını Gürcüstana keçirmək məqsədilə qatara minirlər, lakin radiasiya detektorlarından yaxa qurtara bilmirlər.
Gürcüstan və Ermənistan kəşfiyyat orqanları bu oyundan əvvəlcədən xəbərdar idi. Xüsusi əməliyyat nəticəsində Ohanyan və Tonoyan həbs edilir. Ardınca isə Dadayan öz ölkəsində saxlanır. Məhkəmə zamanı Ohanyan və Tonoyan paytaxt Tiflisdə İŞİD ekstremistlərindən biri ilə görüşüb ona nüvə materialları satmaq istədiklərini etiraf edib. Cinayətkarların İŞİD-çi olduğu güman etdiyi həmin şəxs əslində mülki geyimli polis məmuru olub.
Qeyd edək ki, nüvə bombası istehsalı məqsədi daşıyan materialların qaçaqmalçılığı ilə bağlı yaranmış narahatlığın yüksək həddə çatdığı vaxtdan etibarən 8 erməni həbs edilib. 2014-cü ilin avqustunda Gürcüstan rəhbərliyi ölkəyə "Cesium 137" maddəsinin keçirilməsində şübhəli bilinən 2 erməni, 2016-cı ilin yanvarında isə 3 erməni həbs edib. Ermənilərin son həbsləri isə bu ilin aprel ayının ortalarına təsadüf edir.
Cənubi Qafqazda yeganə atom elektrik stansiyasının Ermənistanda olduğunu nəzərə alsaq, demək olar ki, ermənilər bu cür qaçaqmalçılıq cəhdlərinə davam edəcək.
Bu faktlar Ermənistanın gerçəkdən də dünya üçün real təhlükə saçan bir dövlət olduğunu təsdiqləyirmi?
Beynəlxalq hüquq üzrə mütəxəssis Mehman Muradlı "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Ermənistanın bu sahədə liderliyi ələ alması Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyətilə bağlıdır: "Həmin AES-in fəaliyyətindən biz də bir ölkə kimi ciddi narahatıq. Bu nüvə obyektinin region üçün yaratdığı risqlər və təhdidlər kontekstində onun bağlanması məsələsi mütəmadi şəkildə tərəfimizdən qaldırılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 31 mart - 1 aprel 2016-cı il tarixlərində Vaşinqtonda keçirilmiş Nüvə Təhlükəsizliyi Sammitində çıxışında da Ermənistan ərazisində 1976-cı ildə "Çernobıl" AES-in texnologiyasına əsasən tikilmiş bu stansiyaya diqqət çəkib və beynəlxalq birliyi stansiyadan irəli gələn təhlükəyə qarşı tədbirlər görməyə növbəti dəfə çağırıb. Bütün region üçün təhlükə olan və seysmik zonada yerləşən bu stansiyanın köhnəlmiş reaktorunun daimi olaraq soyudulması ciddi problem olaraq qalmaqdadır.
Son zamanlar nüvə və radioaktiv materialların, habelə nüvə yanacağı tullantılarının qaçaqmalçılığında Ermənistanın xüsusi rol oynaması faktları artmaqdadır. Qonşu dövlətlərin ərazisində Ermənistan vətəndaşlarının iştirakı ilə dəfələrlə radioaktiv materialların qaçaqmalçılığı ilə məşğul olan qruplar ifşa olunur. Bu qruplardan bəziləri hətta 2003 və 2010-cu illərdə yüksək zənginləşdirilmiş uranı və "Sezium 137" materialını Ermənistan ərazisindən çıxarılmasına cəhd göstərib. Bu ilin aprel ayında isə Gürcüstan ərazisində tutulan 3 nəfər Ermənistan vətəndaşından ibarət qrupun hər bir üzvünün əvvəllər Metsamor AES-də çalışdığı məlum olub. Qrup tərəfindən "qara bazar"da milyon dollarla qiymətləndirilən uranın Yaxın Şərq regionuna satılması planlaşdırılırdı. Qeyd edilməlidir ki, aşkarlanan mənbələrdən partlamaqla radioaktivlik yayan "çirkli bombalar"ın hazırlanmasında istifadə edilməsi mümkünlüyü regionun nüvə təhlükəsizliyinə Ermənistan və Metsamor AES-dən irəli gələ biləcək risqləri bir daha xatırlatmağa imkan verir. Bu səbəbdən Ermənistan hazırda bütün dünya üçün təhlükəyə çevrilib. Həmin ölkənin vətəndaşları pulun müqabilində istənilən sövdələşməyə gedir.
Nüvə qaçaqmalçılığı ilə hazırda dünya çapında böyük mübarizə gedir. Buna görə də dayanmadan bu istiqamətdə Ermənistanı ifşa etməliyik ki, onlara beynəlxalq səviyyədə reaksiya verilsin. Bir faktı da xüsusi olaraq qeyd etmək istərdim ki, Barak Obama öz çıxışında Azərbaycana bu istiqamətdə böyük önəm verdiyini deyib. Bizi özlərinə strateji tərəfdaş hesab edib. Bu müqayisənin özü bizim daha aktiv olmağımıza tam əsas verir".
Məhəmmədəli QƏRİBLİ
DİGƏR XƏBƏRLƏR
Tarix: 20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
Tarix: 20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
Tarix: 20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
Tarix: 20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
Tarix: 20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
Tarix: 20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
Tarix: 20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
Tarix: 20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
Tarix: 20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
Tarix: 20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
Tarix: 20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
Tarix: 20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı
– nələrin baş verəcəyini görəcəyik…
20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...
20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ