NATO-nun Rusiya sərhədləri yaxınlığındakı hərbi varlığını artırmasına qarşı Moskva qəti addımlar atmağa hazırlaşır. Bu barədə açqlama verən Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, bu məqsədlə ikisi qərb və biri cənub sərhədlərində olmaqla üç yeni bölük yaradılacaq.
Baki-xeber.com xəbər verir ki, Müdafiə Nazirliyinin Rusiya sərhədlərinin çox yaxınında gücünü artıran NATO qüvvələrinə qarşı bir sıra tədbirlərin görülməsinə qərar verdiyini deyən S.Şoyqu bu məqsədlə Rusiyanın qərb və cənub sərhədlərində yerləşdiriləcək üç yeni bölüyün bu ilin sonuna qədər yaradılacağını bildirib.
Şoyqu ölkənin qərb sərhədlərində yeni bölüklərin yaradılacağını ilk dəfə yanvar ayında açıqlamışdı. Bu bölüklərin Rostov-na-Donu, Smolensk və Voronej bölgələrində yerləşdiriləcəyi bildirilir. Məlumatlara görə, yeni bölüklərin hər biri 10.000 əsgərdən ibarət olacaq.