şənbə günü, 21 noyabr 2026
     

Sarkisyan generallarla yola getmir

Image


Cəbhədə baş verən proseslər Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusu qarşısında aciz olduğunu əyani nümayiş etdirdi. Bir daha bəlli oldu ki, bütün parametrlər üzrə ordumuz düşmən qüvvələrdən dəfələrlə üstündür. Təbii ki, bu vəziyyət Ermənistan daxilində həm qorxu, həm də çaşqınlıq yaradır. Belə durum həm də sürətlə Ermənistan prezidenti Serj Sarkisyanın əleyhinə işləyir.
Sarkisyan isə proseslərin onun əleyhinə yönəlməsindən ehtiyat edərək orduda təmizləmələrə üstünlük verir və bütün məsuliyyəti generallarının üzərinə qoymağa çalışır.
Xatırladaq ki, məhz elə bu səbəbdən Serj Sərkisyan artıq Müdafiə Nazirliyinin rəhbərliyində cəza tədbirləri həyata keçirib və üç generalı işdən qovub. Belə ki, Müdafiə Nazirliyinin rabitə xidmətinin rəisi, general Komitas Muradyanın və baş qərargahın kəşfiyyat idarəsinin rəisi, general Arşak Karapetyanın işdən azad edilməsinin səbəbi Azərbaycan silahlı qüvvələrinin aprelin əvvəllərindəki 4 günlük müharibə zamanı TOS-1A "Solntsepek" ağır odsaçan sistemindən erməni qüvvələrinin Cəbrayıl rayonu ərazisindəki qərargahına endirdiyi zərbə olub. Həmin zərbə zamanı erməni ordusunun generalları və polkovnikləri, o cümlədən xeyli əsgəri məhv edilib. Arşak Karapetyan işdən ona görə qovulub ki, Ermənistan rəhbərliyini Azərbaycan ordusunun təmas xəttinə TOS-1A "Solntsepek" odsaçan sistemini yeritdiyi haqda vaxtında xəbərdar edə bilməyib. Bu silahın tətbiqi nəticəsində erməni hərbçiləri ciddi itkilər veriblər. Odsaçan zərbəsi nəticəsində xeyli hərbçi ağır yanıq xəsarətləri alıb. Lakin məlum olub ki, Dağlıq Qarabağın xəstəxanalarında yanıq əleyhinə dərman vasitələri yoxdur. "Kommersant" qəzeti yazır ki, nəticədə yanıq əleyhinə dərman vasitələrini təcili qaydada Moskvadan xüsusi təyyarə ilə gətirmək lazım gəlib. Müdafiə nazirinin müavini, general Alik Mirzəbekyanın isə ordunun təchizatında yol verilmiş səhvlərə görə işdən çıxarıldığı bildirilir. Rabitə xidmətinin rəisi, general Muradyanın da aprelin əvvəllərində gedən döyüşlər zamanı rabitə qoşunlarında yaranmış problemlərə görə qovulduğu məlum olub.
Amma məsələ tək bununla yekunlaşmır. Ermənistanın "İrates" qəzeti yazır ki, Müdafiə Nazirliyində yeni istefalar gözlənir. Qəzetin əldə etdiyi məlumata görə, nazirliyin bəzi şöbə müdirləri, o cümlədən yüksək rütbəli şəxslər postları ilə vidalaşacaq. Vəzifəsindən azad ediləcək şəxslər arasında MN Hərbi sənaye şöbəsinin müdiri Murad İsaxanyanın da olacağı gözlənir. İddialarda bildirilir ki, hazırda cəbhədə vəziyyət gərgin olduğu üçün Sərkisyan bu istefaları müəyyən müddətə ertələyib: "Ancaq vəziyyət stabilləşən kimi Müdafiə Nazirliyində təmizləmələr başlayacaq".
Ermənistan parlamentinin müdafiə, daxili işlər və milli təhlükəsizlik üzrə daimi komissiyasının sədri Koryun Naapetyan bildirmişdi ki, Müdafiə Nazirliyində kadr dəyişiklikləri bundan sonra da davam edə bilər. Ermənistanın müdafiə naziri Seyran Ohanyan bütün bunları təkzib etsə də, reallıq tamam fərqlidir. Qeyd edək ki, az öncə politoloqlar Serj Sərkisyanın kürsüsünü qorumaq üçün bu addımı atdığını açıqlamışdılar. Belə ki, böyük korrupsiyanın mövcudluğu və şəxsi iradənin olmaması nəticəsində Ermənistanın dibsiz uçuruma yuvarladığını əsas gətirən hərbçilərin Sarkisyanı devirmək üçün planlar cızdığı iddia edilir. Rusiya xüsusi xidmət orqanlarından bu barədə siqnal alan Sarkisyanın isə, məlum dördgünlük müharibədəki məğlubiyyəti bəhanə edərək, generalların hərbi çevriliş planını önləmək üçün onları bir-birinin ardınca istefaya göndərdiyi vurğulanır.
Bununla yanaşı, aydındır ki, cəbhə olayları da prosesə əsaslı surətdə təsir göstərir. Ekspertlərin fikrincə, erməni generallarının ordudan qovulması elə Ermənistanın son hərbi əməliyyatlarda məğlub olmasının etirafıdır. Yəni ermənilər başa düşdülər ki, artıq müharibənin ikinci mərhələsini uduzublar. Əgər onlar bir də təxribatlar törətsələr, nəinki işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların əldən getməsi, hətta Ermənistanın bir dövlət olaraq yox olması təhlükəsi yarana bilər. Məhz bu da erməni ictimaiyyətində ciddi narahatlıq yaradır. Sarkisyan isə cəmiyyətdə ona qarşı etiraz dalğasının artmasından ciddi narahatdır.
Tahir TAĞIYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ