Ermənistan hökuməti mayın 5-də qondarma "Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qanun layihəsini müzakirə edəcək.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qanun layihəsinin müəllifləri müxalif "İrs” partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postancyan və Erməni Milli Konqresinin deputatı Qrant Baqratyandır.