ABŞ prezidenti Barak Obama prezident seçkilərində kimə dəstək verəcəyini açıqlayıb. O, ABŞ-da noyabrın 8-də keçiriləcək prezident seçkiləri ilə bağlı Demokrat Partiyadan Vermont senatoru Bernie Sanders, Respublikaçı Partiyadan iş adamı Donald Tramp, Ohio valisi Con Kasiç və Texas senatoru Ted Kruzla yarışan Hillari Klintona açıq dəstək verib.
Baki-xeber.com xəbər verir ki, bu günə qədər hansı namizədi dəstəkləyəcəyinə dair açıqlama verməkdən qaçan Barak Obama, Ağ Ev müxbirlərinin ənənəvi gala gecəsində namizədini hər kəsin gözlədiyi açıqlamanı verib. Zarafat dolu bir çıxış edən Obama, "Bu səhnədə gələn il başqa biri olacaq. Bu qadının kim olacağını hər kəs təxmin edə bilər" deyərək, özündən sonra Ağ Evə ev sahibliyi edəcək şəxsin Hillari Klinton olacağına işarə vurub.
Obamanın, yeməyə qatılmayan Respublikaçı Partiyanın namizədlərindən iş adamı Donald Tramp barəd isə bildirib: "Bu axşam burada olmamasından bir az incidim. Keçən il çox əylənmişdik. Bu bir az çaşdırıcıdır: salon jurnalistlərlə, məşhurlarla, kameralarla doludur və o bura gəlmir. Bu yemək Donald üçün adi bir şeydir? Bu yeməyə qatılmaqdan vacib nə işi ola bilər ki? Evdə Almaniya baş naziri Angelanı təhqir etmək üçün tweetmi atır?".
Ağ Evdə keçirdiyi 8 ilin onun yaşlandırdığını deyən Obama, "amma Mişelə baxın, mənim saçlarım ağardı, onda heç bir dəyişiklik yoxdur” deyə bildirib. Prezident vəzifəsinin bitməsinin ardından, kiçik qızları Saşanın liseyi bitirməsinə qədər paytaxt Vaşinqtonda yaşayacağını deyən Obama, "təxminən 6 ay sonra rəsmi olaraq "topal ördək "olacağam. Konqres artıq mənim qərarlarıma baxmayacaq.
Respublikaçı liderlər telefonlarıma baxmayacaq. Buna alışmaq vaxt alacaq. Buna necə alışacağımı bilmirəm” deyə bildirib.