Tehranda qondarma "erməni soyqırımı"nın 101-ci ildönümü ilə bağlı aksiya keçirilməyib. Bu barədə baki-xeber.com-a İran İslam Respublikasının AzərbaycanRespublikasındakı səfirliyinin mətbuat şöbəsinin müdiri Məhəmmədrza Nəcəfi bildirib.
M.Nəcəfi güya Tehranda ermənilərin aksiya keçirmələri və Azərbaycan Respublikası əleyhinə şüarlar səsləndirmələri barədə bəzi KİV tərəfindən yayılan xəbərlərin əsassız olduğunu deyib: "Bəzi KİV tərəfindən dövriyyəyə buraxılan bu kimi xəbərlər günü-gündən artan Tehran-Bakı münasibətlərinə kölgə salmaq məqsədi daşıyır”.