şənbə günü, 21 noyabr 2026
     

Ermənistanın daxili siyasətində Sarkisyan əleyhinə "ikinci Qarabağ cəbhəsi" açılır

Image


"Rusiyanın hörmətini, Qərbin etimadını itirmişik" şüarı Ermənistanı bürüyür

Aprelin əvvəllərində cəbhədə baş verən məlum hərbi toqquşmalar Ermənistanın daxili həyatına da ciddi surətdə təsir edib. Burada zəbt olunmuş ərazilərin danışıqlar yolu ilə Azərbaycana qaytarılmasını istəyən qüvvələr də var, bunun əleyhinə çıxanlar da. Ermənistan rəhbərliyi isə hələlik məsələnin çözümü istiqamətində konkret addımlar atmaq istəmir. Belə vəziyyət isə Ermənistan daxilində ziddiyyətli bir durum yaradıb.
Bu arada maraq doğuran məqam Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın partiya yaratması və Qarabağ məsələsində maraqlı mövqe sərgiləməsidir. Qeyd edək ki, Oskanyan Ermənistanın ikinci prezidenti Robert Köçəryana yaxınlığı ilə seçilir. Yeni partiyanın təşəbbüs qrupu bildirir ki, hazırda onlar təsis qurultayına hazırlaşır. Bəyanatda qeyd olunur ki, partiya ölkənin təhlükəsizliyin təmin edilməsi və ciddi daxili dəyişikliklər zərurəti qarşısında durduğu çətin bir dövrdə yaradılır: "Biz sıradan deyil, daxili və xarici çağırışlara layiqli cavab verə biləcək əsas siyasi partiya olmaq niyyətindəyik". Təsisçilər hesab edirlər ki, Ermənistan xarici aləmlə yeni prinsipial münasibətlər qurmalı olduğu üçün onun xarici siyasətinə yenidən baxmaq lazımdır. Təşəbbüs qrupunun üzvləri arasında parlamentin bir neçə deputatı, politoloqlar, diplomatlar, sahibkarlar və ekspertlər var.
Vardan Oskanyanın isə partiya sədri seçilməsi gözlənir. Qeyd edək ki, o, Ermənistanın XİN rəhbəri vəzifəsini 1998-2008-ci illərdə, yəni Robert Köçəryanın prezidentliyi dövründə tutub. "Birlik" adlı partiyasını təsis edərək siyasətə qayıtdığını elan edən keçmiş xarici işlər naziri Qarabağ məsələsində fərqli mövqe sərgiləyir. Oskanyan "facebook" səhifəsində qeyd edir: "Serj Sarkisyanın münaqişənin həlli ilə bağlı danışıqlar prosesindən imtina etməsi qəbuledilməzdir". Erməni analitik Musa Mikaelyan Oskanyanın bu fikirlərini Ermənistanda Qarabağ məsələsində ikinci cəbhənin yaranması kimi şərh edib. Onun sözlərinə görə, Oskanyan hazırda Robert Köçəryanla müəyyən əməkdaşlıq edir: "Bu baxımdan, onun sözlərini Köçəryanın da fikri hesab etmək olar. Deməli, Qarabağla bağlı fərqli yanaşmanı Köçəryan da sərgiləyir".
Ekspert Oskanyanın bəyanatının Lavrovun uğursuz İrəvan səfərindən sonra səslənməsinə də diqqət çəkir: "Maraqlıdır ki, Lavrovun İrəvana gələrək danışıqları canlandıracağı deyilirdi. Amma rəsmi İrəvan açıq şəkildə Rusiyanın planını rədd etdi. Məhz bu prosesdən sonra Oskanyan yeni partiyanı elan etdi və Sarkisyanın mövqeyinin əksinə mövqe nümayiş etdirdi. Onun fikirləri özünün Qarabağ danışıqlarına razı olması deməkdir. Hesab etmək olar ki, Köçəryan-Oskanyan cütlüyü Rusiyanın planını qəbul etməyən Sarkisyana qarşı birləşir". Erməni ekspert onu da bildirib ki, artıq Ermənistanda Qarabağla bağlı alternativ fikir yaranmaqdadır. Onu da bildirək ki, Sarkisyan və Köçəryandan fərqli olaraq, Oskanyan Qarabağ əsilli deyil. Yəni onun Dağlıq Qarabağda işğalçı siyasəti hakimiyyətdə qalmaq üçün istifadə edən "Qarabağ klanı" ilə bağlılığı yoxdur. Digər tərəfdən, yeni partiyanın əsas xətti Qərbyönümlüdür. Bu amil Qərbin Oskanyan üzərindən İrəvanda Rusiyayönümlü qüvvələri məğlub etmək siyasətinə işarə edir. İrəvanda mövcud hakimiyyətin yerinə Qərbyönümlü siyasi elitanın gəlməsi isə Dağlıq Qarabağ münaqişəsində də irəliləyişə səbəb ola bilər. Erməni ekspert Yeqiazar Ayntabsi də bunu mümkün sayır. Onun fikrincə, Qərb yeni partiya ilə Ermənistanı Rusiyanın təsirindən çıxara bilər: "Bu, Qarabağ münaqişəsində də kəskin dönüş ola bilər. Bu münaqişə nəticəsində Ermənistan Türkiyə və Azərbaycan tərəfindən illərdir blokadada saxlanır. Qərb münaqişənin həllinə nail olaraq Türkiyə ilə sərhədlərin açılmasına, daha sonra isə Ermənistanın Avropaya inteqrasiyasına nail ola bilər".
Hazırda Oskanyan mövcud iqtidarı sərt şəkildə tənqid etməsi ilə seçilir. Oskanyan bildirir ki, Ermənistan getdikcə daha da dərinləşən problemlərlə üz-üzə qalıb: "Ermənistan rəhbərliyi ölkədə nəyisə dəyişməyə cəhd etmir. Çünki onlar öz maraqlarına zərbə endirmək istəmirlər.
Ölkənin siyasi meydanı inhisara alınıb. Bu gün biz gərgin vəziyyətdəyik, çünki ölkə pis idarə edilir, bu gün biz ona görə gərgin vəziyyətdəyik ki, səhv siyasət yeridilir, biz hələ də ölkəmizdə əsaslı, köklü dəyişikliklər həyata keçirə bilmirik, ona görə ki, biz demokratik dövlət deyilik, ona görə ki, siyasi inhisar mövcuddur". Ölkənin xarici siyasətinə toxunan Oskanyan bildirib ki, Qarabağ məsələsi heç vaxt indiki kimi çıxılmaz vəziyyətə düşməyib: "Biz Rusiyanın hörmətini və Qərbin etibarını itirmişik. Yeganə yol hakimiyyətin dəyişilməsidir. Xalqın səbri tükənib".
Bütün bunlar Sarkisyan iqtidarı üçün müsbət heç nə vəd etmir.
Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ