şənbə günü, 21 noyabr 2026
     

Türkiyənin Suriyanın 90 kilometrini İŞİD-dən təmizləmək planı...

Image


Ölkəmizin əsas strateji müttəfiqi olan Türkiyə Suriya məsələsində nə qədər təmkinli davranmağa çalışsa da, sərhəddə baş verənlər Ankaranın məsələyə hərbi müdaxiləsini getdikcə daha böyük zərurətə çevirir. Xüsusən də Türkiyənin Suriya ilə sərhəd bölgəsində yerləşən Kilis şəhərinə artıq xeyli müddətdir vaxtaşırı raket atılması Ankaranı konkret addımlar atmağa vadar edir.
Qeyd edək ki, yanvar ayından bəri Kilisə atılan raketlərin öldürdüyü vətəndaşların sayı 17-yə çatıb.
Belə vəziyyətdə Ankara Kilis vilayətinə Suriyadan endirilən raket zərbələrinə qarşı əməli addımlar atmaq məcburiyyətindədir. Bu fonda Suriyada quru əməliyyatının həyata keçirilməsi əsas variant kimi nəzərdən keçirilir. Türkiyənin "Yeni Şafak" qəzeti yazır ki, İŞİD tərəfindən atılan raketlər həm insan itkisinə səbəb olur, həm şəhərdəki ictimai həyata mənfi təsir göstərir, həm də Türkiyə üçün ciddi təhdid anlamına gəlir. Raketlər hərəkət edən batareyalardan atıldığı üçün onların qarşısını almaq olduqca çətindir. "Yeni Şafak" nəşri bu durumda Suriyada quru əməliyyatının ciddi bir variant olaraq nəzərdən keçirildiyini yazıb. Qəzetin məlumatına görə, problemin kökündən həlli üçün masada iki variant var. Birincisi, Suriyaya quru gücləri ilə birbaşa müdaxilə edərək təhdidi yox etmək və təhlükəsiz bölgə yaratmaq. İkincisi, bölgədə Türkiyə ilə birlikdə hərəkət edən müxalif qruplarını daha aktiv şəkildə dəstəkləyərək sərhəd xəttini İŞİD-dən təmizləmək. Ancaq qəzetin yazdığına görə, son hadisələr müxalifət qrupların gücünün məhdud olduğunu göstərib. Bu səbəbdən də birinci variant daha real görünür.
Beynəlxalq hüquq baxımından da Türkiyənin ciddi bir problemlə qarşılaşmayacağı bildirilir. Çünki Türkiyə xaricdə quru əməliyyatının keçiriləcəyi barədə BMT-ni sadəcə xəbərdar etməklə kifayətlənə bilər. Ankara xarici müdaxiləni sərhədlərini müdafiə haqqı ilə əsaslandıra bilər. Bununla bağlı o da bildirilir ki, ilk mərhələdə Suriyanın Türkiyə sərhədində yerləşən Azez qəsəbəsinin şərqindən Cerablusa qədər olan 8 kilometrlik ərazidə İŞİD-ə qarşı təmizlik əməliyyatı başladılacaq.
Türkiyə sərhədindən Suriyanın içərilərinə doğru 18 kilometr dərinliyində ərazinin terrorçulardan təmizlənməsi üçün başladılacaq əməliyyatla İŞİD Türkiyə sərhədindən tamamilə uzaqlaşdırılacaq. Koalisiya qüvvələrinin havadan dəstəyilə keçiriləcək əməliyyata Türkiyə sərhədindəki top, tank və minamyotlarla da dəstək veriləcək. Mümkün təhdidlərə qarşı qurudan hücuma keçmək üçün birliklər də hazır vəziyyətdə olacaq. Artıq Türkiyə Silahlı Qüvvələri Kilis vilayətində təhlükəsizlik tədbirlərini gücləndirir. Ədirnə 102-ci artilleriya alayından yola düşən uzaqmənzilli raket batareyaları sərhəd bölgəsindəki zastavalara göndərilib. Beləliklə, Ankara Suriyaya hərbi müdaxilə etməkdə israrlıdır. Lakin maraq doğuran məsələ buna Rusiyanın hansı reaksiya verəcəyidir. Moskva Türkiyə tərəfindən təyyarəsinin vurulmasını hələ də unutmayıb və bunun əvəzini çıxmaq üçün fürsət axtarır. Kreml onu da bəyan edib ki, Suriya sərhədləri daxilində Türkiyə hərbi qüvvələrinə zərbə endirə bilər. Bu da faktiki Türkiyə-Rusiya müharibəsi deməkdir. Görünür, bu risqi Ankara və müttəfiqləri nəzərə alıb. Türkiyə-Suriya sərhədində ABŞ və digər NATO qüvvələrinin möhkəmlənməsi də bunu təsdiq edir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, bir neçə gündən sonra ABŞ Türkiyə-Suriya sərhədində odsaçan mobil raket sistemi ("HİMARS") yerləşdirəcək: "Əsas hədəfimiz Suriyanın şimalında, Menbiç bölgəsində 98 kilometrlik ərazini terrorçu İŞİD qruplaşmasından təmizləməkdir. Bizim artilleriya 40 kilometr, "HİMARS" isə 90 kilometr uzaqlıqdakı hədəfi vura bilir. ABŞ-la cari ilin mayında həmin qurğunu Türkiyə-Suriya sərhədində yerləşdirmək haqda razılıq əldə etmişik".
Bundan başqa, Almaniyanın Müdafiə Nazirliyi Türkiyənin "İncirlik" aviabazasının ərazisində öz bazasının inşasını planlaşdırır. "Spiegel Online" yazır ki, Almaniya Türkiyə ərazisindən Suriyada İŞİD-ə qarşı uzun müddət mübarizə aparmağa hazılaşır. Nəşrin istinad etdiyi daxili sənədlərə görə, Almaniya şəxsi uçuş sahəsi, alman əsgərlərinin yaşayışı və poliqonun tam təchizatı üçün 65 milyon avro ayırmağı planlaşdırır. Bundan başqa, Müdafiə Nazirliyi Ankara ilə orada alman əsgərlərinin uzun müddət yerləşməsinə dair danışıqlar aparır. Ekspertlər hesab edir ki, əslindg bununla Türkiyənin müttfiqləri Rusiyaya Ankarının tək olmadığına dair mesaj verir.
Türkiyə-Rusiya müharibəsinin başlaması isə bütün region üçün böyük təhdiddir. Hadisələrin bu səpkidə inkişafından narahat olan BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Rusiya və ABŞ-a müraciət edərək, bu ölkələri Suriya münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqları xilas etməyə çağırıb. Onun sözlərinə görə, fevral ayından tətbiq edilən atəşkəs çox çətinliklə qorunur. O, barışığın hər an pozula biləcəyini açıqlayıb. Bu baxımdan, diplomat rəsmi Moskva və Vaşinqtona atəşkəs rejimini dəstəkləmək və Suriya danışıqlarını canlandırmaq üçün dərhal yüksək səviyyədə hərəkətə keçməyi təklif edib.
Tahir TAĞIYEV




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ