"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”. APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib.
"ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri regiona səfər edib. Biz münaqişə tərəfləri ilə təmasda olmuşuq. Dövlət katibi Azərbaycan və Ermənistan liderlərinə müraciət ünvanlayıb. Biz Dağlıq Qarabağ münaqişəsi zonasında hər hansı zorakılığı qəti şəkildə pisləyirik. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”, deyə M.Toner bildirib.