şənbə günü, 21 noyabr 2026
     

Ermənistan özünün məntiqsiz siyasəti ilə təklənir...

Image


Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət hələ də kövrəkdir və cəbhədə son insidentlər hərbi əməliyyatların hər an yenidən başlaya biləcəyini istisna etmir. Aydındır ki, hərbi əməliyyatlar bu dəfə başlayacağı təqdirdə yeni atəşkəsin əldə olunması elə də asan olmayacaq. Maraqlıdır ki, bunu erməni tərəfi də bilir və düşmənə o da bəllidir ki, Azərbaycan onunla müqayisədə kifayət qədər böyük hərbi üstünlüyə malikdir.
Lakin buna rəğmən, erməni tərəfi indi daha çox danışıqlardan imtina barədə fikirlər səsləndirir və bununla hələ də prosesə məntiqsiz formada yanaşdığını nümayiş etdirir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Ermənistan rəhbərliyinin addımlarını məntiqsiz adlandırır: "Bir tərəfdən bəyan edirlər ki, münaqişə yalnız sülh yolu ilə həll edilə bilər, digər tərəfdən isə danışıqlar prosesindən imtina etdiklərini bildirirlər. Bu o deməkdir ki, Ermənistan rəhbərliyi münaqişənin hərbi yolla həlli variantını seçir? Ermənistan rəhbərliyinin məntiqini başa düşmək olmur".
Nazirin sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində olması region və danışıqlar prosesi üçün əsas təhlükədir: "Hərbçilər kazarmaya qayıtmalıdır, əks halda hərbi toqquşma istənilən vaxt baş verə bilər". Azərbaycanın XİN rəhbəri vurğulayıb ki, münaqişənin həlli prosesindən hərbi element çıxarılmalıdır: "İlk növbədə, Ermənistan Silahlı Qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Bundan sonra regiona sülhməramlılar yerləşdirilə bilər, kommunikasiya əlaqələri açıla, qaçqın və məcburi köçkünlər doğma torpaqlarına qayıda bilər". Nazirin sözlərinə görə, danışıqlar prosesi yenilənmiş Madrid prinsipləri əsasında davam etdirilməlidir: "Yenilənmiş Madrid prinsiplərinin birinci bəndində Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması nəzərdə tutulur. Ermənistan həqiqətən münaqişənin nizamlanmasında maraqlıdırsa, öz hərbçilərini işğal olunmuş ərazilərdən çıxarmalıdır. Və münaqişənin həlli istiqamətində hərtərəfli danışıqlar başlamalıdır".
Amma qeyd olunduğu kimi, erməni tərəfi hələlik zəif olduğunu bilə-bilə danışıqlara başlamaq niyyətində olmadığını bildirir. Belə fikirlər səslənir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) simasında Rusiyaya güvənərək belə addımlar atır. Amma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sədri Nikolay Bordyuja ermənilərə qurumun kömək edə bilməyəcəyini açıq bildirir.
Nikolay Bordyuja Ermənistan rəhbərliyi ilə danışığında ona kömək üçün belə bir müraciətin edilmədiyini bildirib. Jurnalistin "Bu o deməkdir ki, Qarabağ Ermənistanın tərkib hissəsi deyil və siz, Ermənistanın beynəlxalq aləmdə qəbul edilən sərhədləri daxilində hücum olarsa, bu ölkəyə kömək edəcəksinizmi" sualına "Bəli, siz düz fikir yürüdürsünüz", deyə cavab verib.
Qeyd edək ki, KTMT-nin nizamnaməsinə görə, təşkilat hər hansı bir üzv ölkəyə hərbi müdaxilə olarsa, həmin ölkəyə hərbi yardım göstərməlidir. Dağlıq Qarabağ beynəlxalq aləmdə birmənalı olaraq Azərbaycanın ərazisi kimi qəbul olunduğu üçün ordumuz öz torpaqlarımızda istənilən hərbi əməliyyatları keçirməkdə sərbəstdir. Baxmayaraq ki, Ermənistan rəhbərliyi hər dəfə bəyanatlarında, Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlayacağı təqdirdə, KTMT-nin İrəvana yardım edəcəyini bildirirdi. Amma indi vəziyyət dəyişir. KTMT ermənilərə yardım etməyəcəyi halda düşmən, hərbi əməliyyatlar olacağı təqdirdə, az müddət ərzində böyük məğlubiyyətə uğradılacaq.
Yaranmış durumu şərh edən Rusiyadan olan tanınmış diplomat və politoloq Sergey Markov bildirir ki, erməni tərəfinin təxribatçı mövqeyi İrəvana baha başa gələ bilər. Onun sözlərinə görə, erməni tərəfinin indiki mövqeyinə baxmayaraq, regionda maraqlı qüvvələr hərbi əməliyyatların yenidən başlamasını istəmir.
S.Markov bildirib ki, bunun əsas səbəbi hazırda bir çox böyük dövlətlərin, o cümlədən Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə cəlb olunmasıdır.
Ermənistan prezidenti Serj Sarkisyanın danışqlardan imtina etməsinə və onun son çıxışlarına da toxunan rus politoloq qeyd edib ki, Sarkisyanın bu cür çıxış etməsi Rusiyaya hesablanan addımdır: "Son hərbi əməliyyatlar zamanı verilən itkilər Sarkisyanı çətin vəziyyətə salıb. O, öz vətəndaşlarına yaranmış vəziyyəti izah edə və qəbul etdirə bilmir. İndiki halda torpaqların geri qaytarılması təklifini Ermənistan ictimaiyyətinə qəbul etdirmək çox çətindir. Son hadisələr Serj Sarkisyanı Azərbaycana güzəştə getməyə məcbur etsə də, ancaq o bunu öz ölkəsinin əhalisinə qəbul etdirməkdə çətinlik çəkir".
ABŞ-ın Qlobal Maraqlar Mərkəzinin prezidenti, beynəlxalq əlaqələr üzrə ekspert Nikolay Zlobin isə bildirir ki, 90-cı illərdə Ermənistan Rusiya maraqları prizmasından qəbul edilirdi, onda Qərb və Rusiyanın münasibətlərində kifayət qədər harmoniya var idi: "Müasir günümüzdə də Ermənistan Rusiyada maraqlara uyğun olaraq qəbul olunur. Lakin indi Rusiya ilə Qərbin münasibətləri son dərəcə gərgindir. Buna görə də, Qərbin Ermənistana aşkar laqeydliyi, simpatiyasının olmaması Rusiyaya rəğbətin itirilməsi, xüsusən də regionda Rusiya siyasəti ilə bilavasitə əlaqədardır". Belə vəziyyət isə o deməkdir ki, Ermənistan hər Qərbdən, həm də Rusiyadan olan dəstəyini itirir və döyüş meydanında tək qalır. Bu halda isə Azərbaycanın işğalçını zəbt olunmuş torpaqlardan qovması çox da vaxt aparmayacaq.
Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ