Azərbaycan və Ermənistanın ən yüksək səviyyədə görüşünə hazırlıq barədə danışıqlar aparılmır.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. Onun sözlərinə görə, hərbi xətt üzrə təmaslar mümkündür. A.Lukaşeviç qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağda vəziyyətlə bağlı məruzə ilə çıxış edə bilərlər.
Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında baş verənlər tərəflərin sabit həll yoluna nail olmaq üçün danışıqlar prosesini dərhal bərpa etməsinin vacibliyindən xəbər verir. Bunu isə RF XİN nümayəndəsi Mariya Zaxarova deyib.