"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin marağını görüb, təxribata əl atdı". Trend məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
O bildirib ki, Ermənistan prezidenti Serj Sərkisyan danışıqlara getməməklə özünə və xalqına pislik edir. PA rəsmisi deyib ki, Azərbaycan münaqişənin yalnız sülh və danışıqlar yolu ilə həll etmək istəyir.
O bildirib ki, 20 ildən artıq müddətdə Azərbaycan bu yola sədaqətini göstərib: "Ancaq münaqişənin həlli ilə bağlı irəliyə getmək üçün hər hansı imkan yarananda Ermənistan bir təxribat həyata keçirir. Bu, 10-12 il əvvəl, 2009, 2014 və bu il aprel ayının əvvəlində olub. Ermənistan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin marağını görüb, təxribata əl atdı. Ermənistan təxribatının cavabını da aldı".