şənbə günü, 21 noyabr 2026
     

Qazaxıstanda Krım ssenarisi barədə şok iddialar açıqlandı

Image


Krımın Rusiyaya birləşməsindən sonra vaxtaşırı gündəmə gələn məsələlərdən biri Moskvanın analoji ssenarini başqa hansı ölkələrdə tətbiq edə biləcəyidir. Rusiya belə bir niyyətinin olmadığını açıqlasa da, narahatlıq keçirən dövlətlərin sayı heç də az deyil. Xüsusən də rusdilli əhalinin çox olduğu ölkələr ciddi narahatlıq içindədir. Məsələn, Latviya Rusiyanın rusdilli əhali amilindən ona qarşı istifadə edə biləcəyindən ciddi narahatlıq keçirdiyini açıq bəyan edir.
Latviyadan olan ekspert Didzis Melkis narahatlığı bu cür izah edir: "Vladimir Putin Latviyaya da "Krım ssenarisi"ni keçirə bilər. Latviyada rusdilli əhalinin sayı 35 faizə çatır. Hətta Riqanın bir çox rayonlarında latış dili ilə müqayisədə rus dilini daha çox eşitmək olar. Belarus sərhədi yaxınlığında yerləşən və ölkənin ikinci böyük şəhəri olan Dauqavpilsdə etnik latışlar, əhalinin son siyahıyaalınmasına əsasən, 20 faizdən də azdır".
Estoniyada da eyni narahatlıq hökm sürür. Yeri gəlmişkən qeyd edək ki, Estoniya Rusiyanın AN-26 hərbi təyyarəsinin ölkənin hava məkanını pozduğunu açıqlayıb. Məsələ ilə əlaqədar olaraq Estoniya ordusunun baş qərargahı açıqlama yayıb. "Rusiyanın AN-26 hərbi təyyarəsi Finlandiya körfəzində Vaindloo adası yaxınlığında Estoniya hava sahəsinə daxil olub. Təyyarə 1 dəqiqədən az bir müddət ərzində Estoniya hava sahəsində olub. Sərhədi pozan təyyarə uçuş məlumat xidməti ilə radio təmasına girməyib"- açıqlamada bildirilir. Rusiyanın Estoniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, ona hadisə ilə əlaqədar etiraz notası təqdim olunub. Amma belə görünür ki, proseslərdən narahat olan təkcə Baltikyanı ölkələr deyil.
Ukrayna mətbuatına açıqlamasında ekspert Vitali Sokolenko Qazaxıstanla da bağlı şok iddialar irəli sürüb. Sokolenko iddia edir ki, Rusiya Qazaxıstanda Krıma bənzər destabilizasiya ssenarilərini reallaşdırmağa hazırlaşır. Onun sözlərinə görə, son il yarım ərzində Qazaxıstanda rusiyayönlü qüvvələrin aktivliyi bu ölkənin hakimiyyəti üçün təhlükəni artırır: "Bu ssenarilərin reallaşması Rusiyadakı daxili siyasi situasiyanın pisləşəcəyi, ya da Qazaxıstanda qəflətən rejim dəyişikliyi baş verəcəyi zaman həyata keçirilə bilər. Buna, həmçinin, Donbas döyüşlərindən qayıtmış şəxslərin siyasi aktivliyinin artması da şərait yaradır. Xüsusən, bu şəxslər Rusiya ilə sərhəddə yerləşən etnik ruslardır. Üstəlik, Qazaxıstan ordusunda bu gün də kifayət qədər rusiyayönlü elementlər mövcuddur. Bu, təxminən ümumi ordunun 15%-ni təşkil edir. Həmin dəstəkçilər sırasında Qazaxıstan ordusunun zabitləri də var. Kremlin aktiv fəaliyyətinin başlaması nəticəsində bir sıra bölgələr dərhal öz ərazilərində (xüsusilə Şərqi Qazaxıstan) Rusiya bayrağını qaldıra bilər. Son 10 il ərzində yaradılan müxtəlif kazak ittifaqları artıq yarıhərbi təşkilatlara çevrilib. Onlar isə tam rusiyayönlü siyasət yürüdür. Bu, Qazaxıstanın müstəqilliyini və suverenliyini şübhə altında qoyur. Hazırda Kreml Qazaxıstan hökumətini bu tip təşkilatların ləğv edilməməsi üçün təhdid edir. Bu isə həmin rusiyayönlü təşkilatların ölkədə mövqelərini gücləndirməsinə imkan yaradır".
Aydındır ki, Qazaxıstanla hər hansı problem Rusiyanın hələ də böyük ümidlər bəslədiyi Avrasiya İttifaqının da sonunu gətirə bilər. Onu da bildirək ki, Avrasiya İttifaqında bəzi məsələlərdə Qazaxıstan Rusiyanın istəkləri əleyhinə hərəkət edir. Məsələn, məhz Qazaxıstan Avrasiya İttifaqının bir siyasi birlik kimi gələcəyini dəfn edib. Məsələ burasındadır ki, məhz Astananın ardıcıl mövqeyinə və təkidinə görə ittifaqla bağlı müqavilədən, iqtisadi məsələlərdən başqa bütün, o cümlədən də siyasi maddələr çıxarılıb. Belə ki, Qazaxıstan İttifaq müqaviləsindən ümumi vətəndaşlıq, xarici siyasət, parlamentlərarası əməkdaşlıq, pasport-viza sahəsi, sərhədlərin birgə mühafizəsi, ixraca nəzarət və digər bu kimi məsələlər tam çıxarılıb.
Qeyd edək ki, Qazaxıstanda yeni ittifaqa qarşı çıxan ciddi müxalif qüvvələr mövcuddur və onların arqumentləri də kifayət qədər əsaslı səslənir. Belə ki, Astana Moskvanın vahid Avrasiya parlamentinin yaradılması təklifini dərhal rədd edib. Ölkədəki bir sıra siyasi qüvvələr Gömrük və Avrasiya ittifaqlarından çıxmaq haqda referendumun keçirilməsini dəstəkləyir. Belə qüvvələr deyir ki, Gömrük İttifaqı tariflərinin 90%-i yalnız Rusiyaya sərf edir, İttifaq qurumlarının bütün yüksək vəzifələrini yalnız rusiyalılar tutur, Qazaxıstanın rəqabətə tab gətirməyən malları daxili bazardan sıxışdırılır və ölkə iqtisadiyyatına ziyan vurulur.
O da bildirilir ki, Rusiya öz nüfuzu ilə Qazaxıstana təzyiq göstərir, ona görə də bu, bərabərhüquqlu tərəfdaşların ittifaqı deyil. Əksər qazax ekspertləri bu fikirdədir ki, Rusiya hegemonluq etməkdən başqa bir şey bacarmır və hətta MDB vətəndaşlarına cazibədar inteqrasiya formatını təklif edə bilmir. Təbii ki, bütün bunlar Avrasiya İttifaqının perspektivini sual altına qoyur və Qazaxıstanın bu məsələdə Rusiya əleyhinə fəaliyyət göstərməsi heç də Moskvanın xoşuna gəlmir. Aydındır ki, tərəflər arasında ziddiyyət dərinləşərsə, Moskva təzyiq siyasətinə başlaya bilər. Bu zaman Qazaxıstanda yaşayan etnik rus amilindən istifadə də tamamilə mümkün sayılır.
Nahid SALAYEV 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ