ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyədəki hərbçilərinin ailələrini bu ölkədən çıxarır. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ-ın Avropadakı Komandanlığının rəsmi saytından məlumat yer alıb.
Məlumatda bildirilir ki, Adana, İncirlik, İzmir və Muğlada olan Amerika əsgərlərinin ailələrinin Türkiyədən çıxarılması barədə qərar verilib. Qeyd edilir ki, İŞİD-ə qarşı mübarizə vəzifəsi çərçivəsində burada olan Amerika hərbçilərinin təhlükəsizliyi üçün belə bir addım atılıb.
ABŞ-ın Avropadakı qüvvələrinin komandanı general Filip Bridlav bildirib ki, Pentaqon, Türkiyədə olan Amerika əsgərlərinin ailələrini və mülki vətəndaşlarını çıxarmaq qərarını ABŞ Dövlət Departamenti və Türkiyə hökumətilə məsləhətləşərək verib.