Almaniyada sərhədi qanunsuz keçən miqrantların güllələnməsi təklif edilir. Baki-xeber.com xəbər verir ki, bu təkliflə sağçı Almaniya üçün Alternativ Partiyasının sədri Frauke Petry çıxış edib.
Petryə görə, polis qanunsuz yollarla ölkəyə girən miqrantları lazım gələrsə vurmalıdər.
O, sığınacaq axtaran miqrantların axınının qarşısını aımağın vacibliyini, hətta gərəkirsə bunun üçün silahdan istifadə edilə biləcəyini deyib.
"Heç bir polisin bir qaçqını vurmaq istəmədiyini" deyən Petry bildirir ki, polis sərhədi qanunsuz olaraq keçənlərin qarşısını almaq məcburiyyətindədir, əgər lazım olsa silahdan da istifadə etməlidir.
O, bu addımın qanuni olduğunu bildirib: "Qanunda buna icazə verilir”.