Bazar günü günü, 31 may 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarixdən əvvəlki çağlarda türklər
Tarix: 26.01.2016 / 01:28
Bölmə: Siyasət
Türklərin tarixdən əvvəlki dövrlərdəki yaşayışları, siyasi həyatları və neçə dövlət qurmuş olduqları dəqiq olaraq bilinmir. Bununla bərabər, tarixin təsbit etdiyi türk dövlətlərindən əvvəl də türklərin əhəmiyyətli bir varlıq nümayiş etdirdiklərinə və dünya tarixində böyük rol oynadıqlarına dair bir çox izlər vardır. Türklərin tarixi dövrlərdə görünən həyatları, sosial və mədəni mərhələləri bu millətin çox qədim bir varlığa sahib olduğunu göstərəcək səviyyədədir.
Müxtəlif əsərlərin və araşdırmaların nəticəsində ortaya çıxan məlumatlar bu yazdıqlarımızı təsdiq etməyə yetər.
Türklərin ana yurdunun Orta Asiya olduğunu və bunların tarixdən əvvəlki çağlarda yer üzünün müxtəlif ölkələrinə yayılmış olduqlarını bir az əvvəl qeyd etdik. Bu köçlərdən sonra insanlığın böyük-böyük çevriliş keçirdiyi və bu çevrilişlərdə Orta Asiyalı köçərilərin böyük rol oynadıqları bütün elm dünyası tərəfindən qəbul edilməkdədir. Bunun ən əhəmiyyətli tərəfi də bu köçərilərin istər dil, istərsə də antropoloji baxımdan türk xüsusiyyətlərini göstərmələridir. Orta Asiyada olduğu qədər Orta Asiya xaricində də aparılan araşdırmalarda ən keçmiş türk həyatına aid müjdələr vardır. İstər Orta Asiyada, istərsə də Orta Asiya xaricində aparılan tarixi araşdırmaların verdiyi nəticələrə görə, bir çox elm adamları buralarda yaradılan mədəniyyətlərdə türklüyün izləri olduğunu fikir birliyi ilə qəbul edirlər. Odur ki, türklərin tarixdən əvvəlki həyatlarını həm Orta Asiyada, həm də Orta Asiya xaricində axtarmaq lazımdır. Biz burada türklərin tarixdən əvvəlki çağlardakı varlığını Orta Asiyada türklər və Orta Asiya xaricindəki türklər olmaqla iki ayrı bölümdə nəzərdən keçirəcək və türklərin Orta Asiya xaricindəki görünüşlərini müəyyən etməyə çalışacağıq.
Orta Asiyanın tarixi dövrlərini açan tüklərin tarixdən əvvəlki həyatlarını da, əlbəttə, yenə buralarda axtarmaq lazımdır. Əslində buranın türklərin ana yurdu olduğu qətiləşib. Orta Asiya sahəsində aparılan araşdırmalarda türklərin burada keçən dövrlərdə mühüm bir mədəniyyət yaratdıqlarına dair dəyərli tapıntılar vardır. Türklərin ana yurdu olan Orta Asiyada, Qərbi və Şərqi Türküstanda çox qədim bir mədəniyyətin yaşadıldığı bu gün elm dünyası tərəfindən qəbul edilən bir həqiqətdir. Buralarda, hətta Sibirin bəzi bölgələrində yer-yer görünən bir çox yığma təpələrin, qalaların içərisindən çıxan müxtəlif əsərlər bu həqiqəti tanıdan bir mükafatdır. İndiyə qədər aparılan araşdırmalardan diqqətəlayiq olanı Anav qazıntılarıdır. Xəzər dənizinin şərqində, bugünkü Türkmənistanda Aşqabad yaxınlarında Anav qazıntılarını aparan Amerikanın arxeoloji heyəti m.ə. 9000-4500-cü illər arasında bu bölgədə mühüm bir mədəniyyətin qurulmuş olduğunu açıqlayıbdır. Ələ keçən əsərlərdən buralarda kənd təsərrüfatı işlərinin çox keçmişdən başladıldığı, heyvanların əhliləşdirildiyi, kərpicdən evlər tikildiyi, müxtəlif əl sənətləri və toxuculuğun irəlilədiyi, mədən sənətlərinin meydana gətirildiyi öyrənilib. Anav qazıntılarını idarə edən heyətin rəhbəri Pumpellyinin qənaətinə görə, Orta Asiyada buğda əkini m.ə.8000-ci illərdə, heyvanların və bu arada atın əhliləşdirilməsi 8000-6800-cü illər arasında, mədənçiliyin başlaması da m.ə. 6000-ci illərdə olub.
Elm dünyasının əlində çox mühüm bir abidə sayılan bu qədim mədəniyyətin sahiblərini axtarmaq üçün irəli sürülən fikirlərdə haqsız mənimsəmələr olub. Bunu arilərə şamil edən və ilk aryani mədəniyyəti olaraq göstərmək istəyənlər vardır. Toqanın dediyi kimi: "Orta Asiyanın keçmiş və tarixdən əvvəlki zamanı ilə məşğul olan alimlərin çoxu türklərin tarixi dövrlər həyatını və etnoqrafiyasını az bilən və ya heç bilməyən şəxsiyyətlərdir". Buna görədir ki, keçən dövrlərə aid hökmlərdə səhv nəticələrə varırlar. Son zamanlarda aparılan araşdırmalar nəticəsində Qərbdən gələn aryani istilasının m.ə. 2000-1500-cü illər arasında meydana gəldiyi bilindiyinə görə bu mədəniyyəti aryanilərə şamil etmənin yersiz olduğu aydındır.
Orta Asiyanın tarixdən əvvəlki və tarixi dövrlərində subar, abar, kang, çigil, tık (türk), uğur - oğuz, saka və başqaları kimi bir çox türk boylarının çox yayğın olaraq adları keçir. Keçmiş yunan və Çin mənbələrində bunlara aid qeydlər müşahidə olunur. Aryanilər gəlməzdən əvvəl də türklərin buralarda çox mühüm bir siyasi varlıq nümayiş etdirdikləri, hətta mədənçiliyi bildikləri qəbul edilir.
Aryanilər gəldikləri zaman Orta Tyan-Şanda və Çu sahəsində bir türk dövlətinin varlığından bəhs edilir. Bu dövlətin başında da Şu və ya Çu sülaləsi var idi. Aryanilərin sıxışdırmaları nəticəsində Şu (Çu) və Sakaların Şərqə və Şimala çəkildikləri haqda söyləntilər olduğu kimi, Çində dövlət quran Çuların Çinə buralardan getdikləri və Şuların bir qolu olduqları aydın olur.
Türklərin istila ənənəsi, çoxalma və iqlim kimi səbəblər üzündən keçmişdən bəri Orta Asiya xaricinə çıxaraq bir çox ölkələrlə münasibətlərdə olduqlarına dair müxtəlif qeydlər və izlər vardır. Bu istiqamətdə araşdırmalar aparan mütəxəssislərin verdikləri məlumatlara əsaslanaraq, bunları bildirməyə çalışacağıq.
Türklərin qədim Misir mədəniyyətini meydana gətirən kəslər olduqları və ya bu mədəniyyətin meydana gəlməsində böyük rolları olduğu istiqamətində irəli sürülən müxtəlif fikirlər vardır. Qədim Misir tarixi mütəxəssislərindən V.Chmidt və Sohebesta kimi alimlər m.ə. 2000-ci illərə aid Nil boylarındakı Nomat quruluşunun Orta Asiyadan gələn təşkilatçı köçərilər tərəfindən meydana gətirildiyini irəli sürüblər. Yenə Czermak adında bir alim də Nubi dili ilə türk dilini qarşılaşdıraraq çox mühüm bənzəyişlər tapıb, beləcə, türklərin keçmiş Misirlə münasibətlərinə dair olan iddiaları gücləndirib. Ümumiyyətlə, Misir tarixilə məşğul olan mütəxəssislər bura Orta Asiyadan təşkilatçı bir qövmün gəldiyini və qədim Misir mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynadığını qəbul edirlər. Bu elm adamlarının düşüncələrinə görə Orta Asiyadan bura gələn köçərilər yerlilər üzərində hakimiyyət quraraq onları təşkilatlandırıblar və əsərləri zamanımıza qədər gələn böyük bir mədəniyyətin formalaşmasında mühüm rol oynayıblar.
Türklərin qədim Ön Asiya mədəniyyətilə olan əlaqələri qəti bir şəkildə aydınlaşıb. Ön Asiyada şumer, elam və hurri kimi qədim mədəniyyətləri quranların da ana yurdlarından ayrılaraq buralara qədər gələn türklər olduqları ortaya çıxır. Ön Asiya tarixi mütəxəssisi, tanınan elm adamı Hommel şumerləri qəti olaraq türk millətinə mənsub sayır. Buna görə türklərin ən keçmiş qruplaşmalarından bir qol m.ə.5000-ci illərdə Orta Asiyadan ayrılaraq Ön Asiyaya gələn, Mesopotamiyada (Dəclə və Fərat çaylarının arası) yerləşən şumerləri meydana gətirib. Bu elm adamı şumer dilində çox sayda türkcə kəlmələr tapıb.
Bəzi alimlər də şumer dilində İlah mənasına gələn "dingir" sözü ilə türkcədə Tengri - Tanrı sözlərinin eyni olduğunu, bir çox əlavələrlə cümlə üzvləri sırasının hər iki dildə də eyni olduğunu görərək şumer-türk dil birliyi üzərində dururlar. Bunların arasında "balta" kəlməsinin də şumerlərcə eyni mənada istifadə edildiyi nəzərə çarpır. Bunlardan başqa, şumerlərin dəfn mərasimi ilə keçmiş iskit, hun və ya digər tarixi türk qollarının dəfn mərasimlərinin bir-birinə bənzəmələri də şumerlərin kökü haqqındakı düşüncələri gücləndirir. Qısaca qeyd etdiyimiz bu bir neçə nümunədən başqa daha bir çox şahidlər və dəlillərlə şumerlərin qəti surətdə türk olduqları isbat edilib.
Yeri gəlmişkən, bu mövzuya çox əhəmiyyətli bir xatirəni əlavə edək. 1936-cı ilin bir yaz ayında Böyük Atatürkün hüzurunda - İstanbulda, Dolmabaxça Sarayında toplanan Üçüncü Türk Dili qurultayına elm dünyasının müxtəlif çevrələrindən gələn 15 nəfər xarici elm adamları da qatılıb. İclasların birində söz alaraq elm uğrunda ağartdığı uzun saqqalı ilə alqışlar altında kürsüyə çıxan səlahiyyətli bir alimin şumerlərə dair ağzından çıxan sözlər bunlar olub: "Beş il bundan əvvəl Mesopotamiyada mücərrəd bir halda olan bu şumer söz kökləri, bu gün canlı türk dilində də eynən olmaqdadır. Beləcə, türklərlə şumerlərin bir nəsildən gəldikləri iddiasına uyğun yeni bir dəlil ortaya qoyulub. Sözsüz ki, əcdadının şərəfi bu gənc türk nəslinin iftixarına yol açar." Böyük Atatürkün hüzurunda, alim və ziyalıların qarşısında danışan bu elm adamı məşhur fransız şumeroloqu Hiliare de Barenton idi.
Türklərin Uzaq Şərq və Çin ilə olan münasibətləri də açıqdır. Bəzi elm adamları, xüsusilə finlandiyalı türkoloq Ramstedt kimilər türklərin ən qədim ana yurdlarını Uzaq Şərqdə Mancuriya və ya Monqolustanın cənubunda axtarmaq lazım olduğunu qəbul ediblər. Bu bölgə Şimali Çinin Şənsi və Kansu bölgələrilə Sarı çay boylarını da içinə alır. Bunlar əsassız fikirlər deyil. Türklərin bu yerlərdə keçmişdən bəri çox mühüm varlıqlar olduqlarını nümayiş etdirmələri buraların özlərinin ana yurdu olduğunu təlqin edəcək qədər irəli getmələri hesab olunur.
Prof.Eberhardın Çin tarixinə aid əsərlərində gördüyümüz qeydlərə görə, m.ə. 3000-ci illərdə Şimali Çindəki Kansu və Şensi bölgələrinə ilk əkinçilik, at bəsləmə və digər heyvanlardan istifadə etmə kimi yaşayış vasitələri türklərin əlilə gəlib və yaşadılıbdır. Bunlardan başqa, təbiət dinlərinin irəliləyən şəkli olan səmavi dinini də Çinə gətirən türklər olublar. Qədim Çin mənbələrində türklərin çinlilərlə davamlı münasibətlərinə dair qeydlər olduqca çoxdur. Tik adını daşıyan türklərin m.ə. XIV əsrdə Şimali Çində mühüm bir varlıq nümayiş etdirdikləri və bu tiklərin digər bir qolu sayılan Şu və ya Çuların Türküstandan gələrək m.ə. 1116-250-ci illər arasında Çində uzun bir hakimiyyət qurduqları məlumdur. Türklərin Çində daha sonrakı dövrlərdə də bir çox idarələr qurduqları tarixin qeyd etdiyi həqiqətlərdir.
Türklərin ən qədım dövrlərdə Hindlə olan münasibətlərinə dair də bəzi izlər vardır. Şimal-qərbi Hindistanda Sint çayı bölgəsində Harappa və Mohenjedaro deyilən yerlərdə aparılan qazıntılar nəticəsində bir çox qədim əsərlər əldə edilib. Bu əsərlərin tədqiqatından çıxan nəticəyə görə, buralarda Vedik aryanilərin gəlməsindən çox-çox əvvəl böyük bir mədəniyyət qurulub. Bu mədəniyyəti Türküstanda formalaşan Anav mədəniyyətinin davamı kimi görənlər də vardır. Yenə bu mədəniyyət Mesopotamiyada formalaşan şumer və elam mədəniyyətlərilə çox yaxın bənzərliklər göstərir. Burada olan heykəllərdə belə Orta Asiya türk tipini daşıyan xüsusiyyətlərin olması bu mədəniyyəti yaradanların çox qədimdən baş verən köçlər nəticəsində Hindistana enən türklər olduğu düşüncəsini ortaya qoyur. Türklərin daha sonrakı dövrlərdə də Hindistanla olan maraqları tarixə məlumdur.
Türklərin Avropa ilə münasibətlərinə gəlincə, bu, tarixi dövrlərdə olduğu qədər tarixdən əvvəlki dövrlər üçün də əhəmiyyətli hadisələrdən sayılır. Yüzillər boyunca Avropanın hər hansı bir bölgəsində türk atlarının kişnərtisini, qəhrəmanlıq meydanlarında parıldayan qılıncların yüksələn səsini tarix inkar edə bilməz. Hələlik biz yenə tarixin çox yaxşı görmədiyi dərinliklərə doğru gedəcək, buralarda ən qədim türk izlərinə baxacağıq. Bu izləri görənlər, bizə də göstərirlər. Belə ki, tarixdən əvvəlki dövrlərdə cilalı daşdan başlayaraq bir neçə köçlərlə dağlı və ya alplı deyilən insanların Orta Asiyadan Avropanın daxilinə gələrək alplər ətrafına və Qərbi Avropaya yerləşmiş olduqları məlumdur. Bu köçlər az, lakin davamlı olub, daha sonralar çoxalıbdır. Bu köçərilərdən liqütlər Avropaya bürüncü, daha sonra gələn keltlər də dəmiri gətiriblər. Bunlardan, xüsusilə Avropanın ən qədim millətləri sayılan, bu gün belə həyatda olan keltlərlə basklar bizim üçün əhəmiyyətlidir. Onların dillərinin türk dilinə bənzəməsi bunların ən qədim türklərin babaları ola biləcəyi düşüncəsini gücləndirir.
Daha sonrakı dövrlərdə türklərin Jarmen qövmləri ilə münasibətlərini göstərən izlər daha açıq müşahidə edilir. Bu münasibətləri açıqlayan alimlərə görə, hindu-jarmenlər atı qurban etmə ənənəsini türklərdən götürüblər. İrəli sürülən düşüncələrə görə, türklər m.ə.2500-cü illərdə atçılığı inkişaf etdiriblər. Yenə hindu-jarmen dillərində olan bir çox türkcə kəlmələr və xüsusilə kənd təsərrüfatına aid terminlərin olması türklərlə hindu-jarmenlər arasındakı mədəniyyət münasibətlərinə dəlil sayıla bilər.
Köç səbəblərindən biri, bəlkə də hər hansı bir siyasi və ya əsgəri təzyiqlə türklərin bir qismi Şimali Sibirə gedərək oralarda məskən salıb. Bu gün oralarda istər dil, istərsə də xasiyyət baxımından türkün xüsusiyyətlərini davam etdirən yakutlar və dolqanlar vardır.
Türklərin qədim Orta Amerika mədəniyyətini yaşadan dövrlərlə təmasını göstərən şahidlər vardır. Bu bölgələrdə yaşayan yerlilərdən astek və mayaların dillərində türkçəyə bənzəyən və eyni mənaya gələn bir çox kəlmələrin olduğunu görürük. Qədim meksikalıların istifadə etdikləri on iki heyvanlı təqvim ilə ay və gün hesabları da diqqətə dəyər. Bunları Orta Asiyadan Amerikaya gələn mədəniyyətin açıq izləri olaraq qəbul etmək lazımdır. On iki heyvanlı təqvim sisteminin türkün kəşfi və türkün malı olduğuna şübhə yoxdur. Bunu Qaşqarlı Mahmudun "Diva-ni lüqət-it-türk" adındakı məşhur əsərində də görürük.
Orta Amerika yerlilərinin dillərində olan türkcə kəlmələri Türkiyənin keçmiş Meksika konsulu Tahsin Maya Tepek toplayıb və bunları İkinci Türk Dili qurultayına təqdim edib. Burada maya dilindən toplanan kəlmələrdən ən əhəmiyyətli gördüklərimizi nümunə olaraq qeyd edirik:
MAYA DİLİ TÜRKCƏ AZƏRİ TÜRKCƏSİ
Aşak Uşak Uşaq
Katak Katık Qatıq
Çak Çok Çox
Çakal Çakal Çaqqal
Çemçe Çömçe Çömçə
Çetun Çetin Çətin
Kin Gün Gün
Koş Kuş Quş
Kul Kul Qul
Tepek Tepe Təpə
Yaş Yaş Yaş
Yaşıl Yeşil Yaşıl
Fazil QARAOĞLU, professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 31.05.2026 / 13:58
Samvel Karapetyan Alen Simonyandan 6 milyon dram tələb edir...
Tarix: 30.05.2026 / 15:16
"Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri Böyük Qayıdışı daha da sürətləndirir"
- Vüqar Rəhimzadə
Tarix: 30.05.2026 / 14:46
Putin İrəvana qarşı sərt tədbirlərin anonsunu verdi
– bütün MDB bazarı Ermənistanın üzünə bağlanır...
Tarix: 30.05.2026 / 14:12
Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı
Tarix: 30.05.2026 / 13:58
İranın 12 milyard dollarlıq tələbi Qətər tərəfindən rədd edildi
Tarix: 30.05.2026 / 13:25
Putin:"Ukraynadakı böhran onun Aİ-yə üzvlük cəhdləri ilə başlayıb"
Tarix: 30.05.2026 / 11:07
Prezident İlham Əliyev Zoran Milanoviçi təbrik edib
Tarix: 30.05.2026 / 09:22
ABŞ Transxəzər qaz layihələrinə dəstəyini təsdiqlədi
Tarix: 30.05.2026 / 07:03
Özel-İmamoğlu ittifaqında yeni partiya yaranır -
CHP-də çöküş son həddə…
Tarix: 29.05.2026 / 18:11
Dörd ölkənin liderləri Paşinyanın qarşısında qəti tələb qoydu
- referendum keçirib, Aİ və AİB arasında seçim edin...
Tarix: 29.05.2026 / 17:43
İran-ABŞ danışıqlarının ŞOK DETALLARI ortaya çıxdı
- 300 milyardlıq dalan... Dondurulmuş 24 milyardla bağlı "Qətər formulu"...
Tarix: 29.05.2026 / 17:10
Azərbaycan QHT-ləri 48 ölkəyə çağırış etdi
- "Lafarge" şirkətinin fəaliyyəti araşdırılsın...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 26.05.2026 / 20:31
Prezident İlham Əliyev Azərbaycanda əhalinin şəhərlərdən kəndlərə dönüşünün zəruriliyini çox maraqlı bir ideya kimi irəli sürdü...
Tarix: 25.05.2026 / 11:54
Prezident kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirdi - FOTO/YENİLƏNDİ
Tarix: 21.05.2026 / 18:44
“Abituriyentləri dolaşdıran bir sual göstərin” - Abbaszadənin cavabı verildi...
SON XƏBƏRLƏR
31.05.2026 / 19:38
Lukaşenko Ermənistana Ukraynanı xatırlatdı
– orada da hər şey belə başladı...
31.05.2026 / 17:55
Medvedevdən Qərbə nüvə təhdidi
- nüvə obyektlərini vuracağıq... yeni Çernobıl baş verəcək...
31.05.2026 / 17:23
Avroittifaq Rusiya neftinə tətbiq edilən qiymət limitini müvəqqəti dondurmağa hazırlaşır...
31.05.2026 / 16:31
İsrail Livanda Bofort qalasını ələ keçirdi
- Fransa BMT TŞ-nin təcili iclasını çağırdı...
31.05.2026 / 15:46
İranda müharibə səbəbindən təxirə salınmış Xameneinin dəfn mərasiminə hazırlıqlar başladı...
31.05.2026 / 15:18
PSJ-nin qələbəsi Fransanı qarışdırdı
– polis hərəkətə keçdi, 400-dən çox saxlanan var...
31.05.2026 / 14:51
Bakı ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
31.05.2026 / 13:58
Samvel Karapetyan Alen Simonyandan 6 milyon dram tələb edir...
31.05.2026 / 13:29
MAQATE Zaporojye AES-in vurulmasını "odla oynamaq" adlandırdı
31.05.2026 / 12:32
Mayın 31-i Ümumdünya Himayədar Ailə Günüdür
31.05.2026 / 12:30
İsrail ordusu Livanın cənubundakı Bofor qalası üzərində bayraq qaldırıb
31.05.2026 / 11:50
Atatürkün siyasi övladlarını Anıtkabirə buraxmadılar...
Ankarada şok...
31.05.2026 / 10:22
İran ABŞ dronunu vurduğunu iddia edir
31.05.2026 / 09:36
Jerusalem Post: ABŞ İranla danışıqları dayandırmalı və hərbi variantı seçməlidir
31.05.2026 / 09:27
Akademik Musiqili Teatrın uşaqlara bayram töhfəsi – “Balaca şahzadə”
31.05.2026 / 09:19
Axios: “Tramp İranla razılaşma layihəsində dəyişikliklər tələb edib”
31.05.2026 / 09:02
ABŞ, Böyük Britaniya və Avstraliya sualtı dron texnologiyasını inkişaf etdirəcək
31.05.2026 / 08:30
KİV:ABŞ-ın pilotsuz uçuş aparatı İranın ərazi suları üzərində vurulub
31.05.2026 / 07:09
Aysel hansı həmkarına söz atdı?
30.05.2026 / 23:37
Oman körfəzində gərginlik
- ABŞ qırıcıları İrana gedən yük gəmisini vurdu...
30.05.2026 / 23:12
Ukraynada qorxulan oldu
- Zaporojye nüvə stansiyası vuruldu...
30.05.2026 / 21:55
Şərurda selin ortasında köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
30.05.2026 / 21:30
Zelenskinin "UPA Qəhrəmanları" qərarı Polşa ilə tarixi qalmaqala səbəb oldu...
30.05.2026 / 21:14
Tehran Hörmüzlə bağlı sərt xəbərdarlıq etdi
- icazəsiz keçən gəmilər vurulacaq...
30.05.2026 / 19:47
İrandan Hörmüzlə bağlı yeni qərar
- Çin və Rusiya gəmilərinə "yaşıl işıq" yandırıldı...
30.05.2026 / 19:20
İranın Ermənistanı yerli istehsal olan aviabombalarla təmin etdiyi ortaya çıxdı...
30.05.2026 / 17:42
Anna Hakobyan 15 məhkəmə iddiası ilə üzləşəcək -
xeyriyyə fəaliyyətinə qoyulan qadağanı pozduğuna görə…
30.05.2026 / 17:03
Noyabrda Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilə bilər
– qərar oktyabrda veriləcək...
30.05.2026 / 16:31
Rusiya Ermənistanın mineral su brendini qadağan etdi
- milyonlarla şüşə suyun satışı dayandırıldı...
30.05.2026 / 15:50
Rusiyadan Avropanı qorxudan təhdid
- Sakit yuxu dövrü bitdi...
30.05.2026 / 15:16
"Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri Böyük Qayıdışı daha da sürətləndirir"
- Vüqar Rəhimzadə
30.05.2026 / 14:46
Putin İrəvana qarşı sərt tədbirlərin anonsunu verdi
– bütün MDB bazarı Ermənistanın üzünə bağlanır...
30.05.2026 / 14:12
Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı
30.05.2026 / 13:58
İranın 12 milyard dollarlıq tələbi Qətər tərəfindən rədd edildi
30.05.2026 / 13:48
Münxen aeroportu dron təhlükəsi ilə əlaqədar müvəqqəti bağlanıb
30.05.2026 / 13:25
Putin:"Ukraynadakı böhran onun Aİ-yə üzvlük cəhdləri ilə başlayıb"
30.05.2026 / 12:43
Qobustanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlandı
30.05.2026 / 12:30
“Arvad” sözünə etirazlar artır – vəkil Vüsal İbadov qanunları xatırlatdı...
30.05.2026 / 12:09
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı
30.05.2026 / 11:51
Azərbaycan neftinin qiyməti 98 dollar olub
30.05.2026 / 11:07
Prezident İlham Əliyev Zoran Milanoviçi təbrik edib
30.05.2026 / 10:45
Ağdərədə insan sümüklərinin qalıqları aşkarlandı
30.05.2026 / 09:22
ABŞ Transxəzər qaz layihələrinə dəstəyini təsdiqlədi
30.05.2026 / 08:43
Tokayevdən ABŞ və İrana təklif
- İranın uran ehtiyatı Qazaxıstana daşına bilər...
30.05.2026 / 07:32
NATO xaricində Rusiya əleyhinə London-Varşava ittifaqı yaradıldı
30.05.2026 / 07:03
Özel-İmamoğlu ittifaqında yeni partiya yaranır -
CHP-də çöküş son həddə…
30.05.2026 / 06:47
Putin Hitlerdən sitat gətirib Gebbelsin ayağına yazdı…
30.05.2026 / 06:33
Dron qalmaqalı böyüyür -
Britaniya Rumıniyaya qırıcılar göndərdi
30.05.2026 / 06:29
İran ABŞ-dan 12 milyard dollar tələb edir-səbəb?
29.05.2026 / 23:27
Ağ Evdə iki saat davam edən görüş nəticəsiz bitdi
- Tramp İranla bağlı yekun qərarı ertələdi...
29.05.2026 / 22:50
İran Hörmüz boğazında ABŞ PUA-sını vurdu...
29.05.2026 / 21:26
Beynəlxalq Qalereyada fərdi yaradıcılıq sərgisi keçirildi -
“Müstəqilliyimiz Əbədidir!”
29.05.2026 / 20:39
Putin Astanadan Paşinyana xəbərdarlıq mesajı göndərdi
- bütün işləri dayandıracağıq...
29.05.2026 / 20:19
Tramp İranın blokadasını dayandırdı...
29.05.2026 / 20:02
Dünyanın diqqəti Ağ Evə yönəldi
- Tramp İranla bağlı yekun qərarını bu gün verəcək...
29.05.2026 / 19:50
Xankəndidə Çay və Qəhvə Festivalı keçirilir
29.05.2026 / 18:11
Dörd ölkənin liderləri Paşinyanın qarşısında qəti tələb qoydu
- referendum keçirib, Aİ və AİB arasında seçim edin...
29.05.2026 / 17:43
İran-ABŞ danışıqlarının ŞOK DETALLARI ortaya çıxdı
- 300 milyardlıq dalan... Dondurulmuş 24 milyardla bağlı "Qətər formulu"...
29.05.2026 / 17:26
Türkiyənin yük gəmisi dron hücumuna məruz qaldı
29.05.2026 / 17:22
ABŞ-İran razılaşması yenidən dəyişiklik mərhələsində…
29.05.2026 / 17:10
Azərbaycan QHT-ləri 48 ölkəyə çağırış etdi
- "Lafarge" şirkətinin fəaliyyəti araşdırılsın...
29.05.2026 / 16:41
Moskva İrəvana növbəti dəfə mesaj göndərdi
– bu bizim üçün qəbuledilməzdir...
29.05.2026 / 16:27
Lavrov Paşinyanın planlarını "Rusiyasız varlanmaq cəhdi” adlandırdı
29.05.2026 / 16:13
“Rusiya bir daha cizgini aşdı” -
Fon der Lyayen
29.05.2026 / 16:01
Rumıniya Rusiyanın bu ölkədəki baş konsulunu “persona non qrata” elan etdi -
Zaxarova “cavab özünü çox gözlətməyəcək” dedi…
29.05.2026 / 15:07
Pezeşkian Azərbaycanın imkanlarından istifadə etməyi tapşırdı
29.05.2026 / 14:34
Bakı-Tiflis-Qars sayəsində Avropa və Asiyanın iqtisadi bağları güclənir
29.05.2026 / 14:31
Ermənistan xaricdən aldığı hərbi texnikanı yerli istehsal adı ilə əhalisinə sırımağa çalışır
29.05.2026 / 12:32
Məhəmməd Muizzu Prezident İlham Əliyevə məktub ünvanlayıb
29.05.2026 / 12:27
Asəf Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
29.05.2026 / 12:15
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq
29.05.2026 / 11:58
Rusiya dronu NATO ölkəsində 12 mərtəbəli binaya çırpıldı
– yaralılar var...
29.05.2026 / 11:43
DİN velosiped və skuter sürənlərə xəbərdarlıq etdi....
29.05.2026 / 11:30
Rusiyadan Ermənistana Azərbaycan üzərindən buğda və gübrə göndərildi
29.05.2026 / 11:15
İsrail ölkənin "qara siyahı"ya salınmasına görə Quterreşlə bütün əlaqələri kəsdi...
29.05.2026 / 10:48
Azərbaycan neftinin qiyməti 100 dollara düşdü
29.05.2026 / 10:30
Qanunsuz yolla ölkəyə gətirilmiş külli miqdarda dərman ələ keçirildi
29.05.2026 / 09:55
Azərbaycan vasitəsi ilə Ermənistana növbəti tədarük həyata keçiriləcək
29.05.2026 / 09:23
“Temu”ya 200 milyon cərimə kəsildi
- təhlükəli oyuncaqlar, zədələnmiş şarj cihazları...
28.05.2026 / 21:32
Dubayın məşhur “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə büründü
28.05.2026 / 21:18
Ermənistan seçkiləri izləyəcək MDB missiyasındakı Rusiya vətəndaşlarını ölkəyə buraxmadı...
WUF13 Azərbaycanın milli, mədəni, əxlaqi, tarixi kimliyinin nümayiş meydanıdır...
Populyar xəbərlər
Tarix: 21.05.2026 / 18:44
“Abituriyentləri dolaşdıran bir sual göstərin”
- Abbaszadənin cavabı verildi...
Tarix: 10.05.2026 / 18:40
Xalq şairi Zəlimxan Yaqub haqqında unudulmaz dost xatirələri
Tarix: 10.05.2026 / 12:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar
- FOTO
Tarix: 02.05.2026 / 10:35
Şərəfli ömür yolu
Tarix: 09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"
XƏBƏR ARXİVİ