Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasında ispaniyalı Pedro Aqramunt AŞPA-nın sədri vəzifəsinə seçilib.
APA-nın Avropa müxbirinin xəbərinə görə, P. Aqramunt AŞPA-da Avropa Xalq Partiyası qrupunun sədri olub. Assambleya sədri vəzifəsinə namizədlər qurumdakı siyasi fraksiyalar tərəfindən irəli sürülür. Siyasi qruplar arasında razılaşdırılmış rotasiya prinsipinə dair "centlmen sövdələşməsi”nə əsasən bu dəfə növbə Pedro Aqramuntun rəhbərlik etdiyi Avropa Xalq Partiyası Qrupunun idi. Onun bu vəzifəyə namizədliyi ötən il öz qrupu tərəfindən irəli sürülüb.
P. Aqramunt bu vəzifədə mandatı 2017-ci ildə bir dəfə yenilənməklə, 2018-ci ilin yanvar ayına qədər fəaliyyət göstərəcək.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk plenar iclasında Pedro Aqramunt bu vəzifədə görəcəyi işlərdən, assambleyanın prioritetlərindən, Avropada və dünyada baş verən əsas hadisələrdən, mövcud problemlərin həllindən danışıb.
AŞPA sədri Avropa Şurasına üzv ölkələrdə həll edilməmiş münaqişələrin vəziyyətinə də toxunub: "Bizim təşkilatımız daxilində bir neçə ölkədə münaqişələr hələ də həll edilməyib. "Dondurulmuş” adlandırdığımız münaqişələr mövcuddur. Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Dnestryanı bölgədəki münaqişə, eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Bu münaqişələrin həll edilməməsi ümumilikdə Avropanın təhlükəsizliyi üçün təhdid təşkil edir”.
Pedro Aqramunt bəyan edib ki, Avropanı təkəbbürlü olmamağa və qərbsayağı demokratiyanı zorla ölkələrə diktə etməməyə çağırıram.
"Biz belə hallardan çəkinməliyik. Hər ölkənin öz tarixi və inkişaf yolu olduğundan, qərbsayağı demokratiya modelini hansısa ölkəyə zorla tətbiq etdirməməliyik. Bu təkəbbürlüyün göstəricisidir və çox təhlükəlidir. Çünki biz bu cür siyasətimizlə bir çox ölkələri özümüzdən uzaqlaşdıra bilərik”, - deyə o vurğulayıb.
Ann Brassör: "Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapmaq lazımdır”Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapmaq lazımdır. Trend-in məlumatına görə, bunu AŞ PA-nın rəhbəri Ann Brassör AŞ PA-nın Strasburqda keçirilən növbəti sessiyasında çıxış edərkən deyib.O bildirib: "Biz münaqişənin həllini tapmalıyıq, o, neçə ildir davam edir, amma irəliləyiş yoxdur".A.Brassör qeyd edib ki, sessiyada debatlar tənzimlənmə üzrə irəliləyişlərə kömək edə bilər.A.Brassör əlavə edib ki, AŞ PA bu münaqişədə kiminsə tərəfini tutmur: "Biz münaqişənin həllini tapmalıyıq və hər iki tərəfin hüququnu təmin etməliyik. Qarşılıqlı ittihamlar səslənənədək həll yolu tapılmayacaq. Hər iki tərəfdən qurbanların olması yolverilməzdir".Qeyd edək ki, AŞ PA-nın qış sessiyası zamanı Azərbaycan üzrə iki məruzənin müzakirəsi keçiriləcək.Sessiyanın gündəliyindəki məsələlər sırasında "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın eskalasiyası haqqında" və "Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilib" adlı məruzələrə baxılacaq.