Bazar günü günü, 22 noyabr 2026
     

“Azərbaycanın geosiyasəti”

Image


Hörmətli professorun dahiyanə öncədən yazdığı fikirlər özünü çox gözlətmədi. Iki məsələnin üzərində dayanım. Məlumdur ki, 2016-cı ildən başlayaraq İrana qoyulan iqtisadi embarqo aradan qaldırıldı. Bu zaman İran Respublikası regionda yenidən əsas oyunçulardan birinə çevrilməyə cəhd edəcək.

Buna onun zəngin neft-qaz ehtiyatları imkan versə də, Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin çox zəif olması, habelə transmilli infrastrukturların təhlükəsizliyinin təmin olunmaması uzun müddət bu regionda dominantlığa imkan verməyəcək. Buna heç regionun əsas oyunçusu olan Azərbaycan da imkan verməyəcək. Lakin, bütün bunlarla yanaşı rəsmi Tehran regionda nəqliyyat-kommunikasiya xətlərinin və ixrac marşrutlarının ölkəmizdən ötürülməsində tərəfdaş rolunu oynayan Gürcüstanı bəzən şirnikləndirə bilir. Bunun da bir neçə səbəbi var:

- Birincisi, Gürcüstan demək olar ki, alternativ marşrut axtarışındadır və İran qazını Ermənistandan keçməklə (eyni zamanda Ermənistanı layihə iştirakçısına çevirir) əsas qaz xəttinə qoşmaq istəyir.

- İkincisi, rəsmi Tiflis belə bəyanat verməsə də, ona yaxın dairələr bu fikri cəmiyyətdə dövriyyəyə buraxmaqla Azərbaycan tərəfinə təzyiq göstərməklə Gürcüstana satılan qazın ixrac qiymətini aşağı salmağa çalışırlar.

Lakin, Azərbaycan prezidentinin noyabr 2015-ci ildə Tiflisə rəsmi səfəri bu məsələnin çözülməsində mühüm rol oynasa da tam həll olunmadı. Amma fakt odur ki, İran da gələcəkdə TAP və TANAP layihələrinə qoşulmaq istəyirsə, bu hökmən Azərbaycan tərəfindən razılığa gəlinməlidir, çünki bu yeni qaz kəmərinə Azərbaycandan qoşulmaq İrana həm ucuz başa gəlir, həm də məsafə azlığı özünü biruzə verir.

Ikinci bir məsələni də qeyd edim. Belə ki, bu məsələdə Azərbaycanın hansı vacib tranzit rolunu oynadığına bütün dünya şahid oldu. Orta Asiya və Mərkəzi Asiya bir daha əmin oldu ki, alternativ marşrutu və sərfəli qiyməti ilə seçilən region dövlətləri tranzit yükdaşımaların təhlükəsizliyinin şahidi oldular. Hər şey ondan başladı ki, Türkiyənin (noyabrın 24-ü, 2015) qırıcı təyyarəsi Rusiyanın bombardmançısı SU-24 təyyarəsini birincinin ərazi hüdudlarına daxil olduğu üçün vurdu. Bundan sonra Rusiya Türkiyə tərəfinə qismən iqtisadi qadağalar tətbiq etməyə başladı. Bunlardan biri də Orta Asiya və Mərkəzi Asiyaya daşınan yüklərin sərhəddə qalması, çoxalması və problemlərin gündən-günə artması idi. Azərbaycan bundan dərhal istifadə edərək, hətta tranzit haqqını aşağı salaraq özünün alternativ marşrutunu təklif etdi. Bu isə Azərbaycan tərəfindən transmilli infrasturkturların təhlükəsizliyi və onların işlək vəziyyətdə olması ölkəmizin büdcəsinə əlavə milyonlarla manatın daxil olması ilə yanaşı, yüklərin daşınması marşrutu üzərində yaşayan əhalinin rifahının daha da artması, gəlirlərin çoxalması deməkdir. Xəzər dənizindən Qazaxıstana və Türkmənistana daşınan yüklərin dövriyyəsi artdıqca, Azərbaycanın da regionda nüfuzu və rolu daha da artmağa başladı.

Müəllif Əli Həsənov məşhur amerikalı politoloq Zbiqnev Bjezinsiyə istinadən yazır ki, qlobal dünyanın gələcək geostrateji, geoiqtisadi və transmilli siyasi maraqları Avrasiyada, xüsusən də Orta Asiya, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda həll olunur. ABŞ siyasətşünası bu böləgəni "dünya siyasətinin taleyinin həll olunduğu böyük şahmat lövhəsi” kimi təqdim edir və ABŞ-ı, Qərb dünyasını öz əsas güclərini bu bölgəyə yönəltməyə, regionun yeni müstəqil ölkələrinə dəstək verməyə, onları Rusiyanın geosiyasi təsir dairəsindən azad edərək, inkişaf etmiş Avropa ölkələri ilə inteqrasiya etdirməyə çağırır. Onun fikrincə, Qərb ilk növbədə bölgənin Azərbaycan, Ukrayna, Qazaxıstan, Gürcüstan, Özbəkistan kimi müstəqil siyasət yürüdən dövlətlərinin transmilli geosyasi və geoiqtisadi layihələrini dəstəkləməli və onların vasitəsilə özünün bu bölgədəki stareji mövqelərini gücləndirilməlidir.

Doğurdan da bu gün Azərbaycanın müstəqil siyasət yürütməsi, özünün təhlükəsizlik maraqlarını, o cümlədən dövlət mənafeyini irəli çəkib qabartmaqla kimlərinsə xoşuna gəlməsə də, hətta qəzəbləndirsə də əksəriyyət tərəfi bunu dəstəkləyir və təqdir edir. Sözsüz ki, bu regionda qlobal oyunçuların maraq və mənafeləri toxunur və getdikcə də rəqabət daha da güclənir. Müəllif yazır: "Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda təhlükəsizlik ölçüləri ilə bağlı bəzi məsələlər üzrə bölgənin kiçik və böyük dövlətlərinin milli maraqları ilə transmilli beynəlxalq maraqlar üst-üstə düşsə də, digər məsələlərdə mənafelər ciddi surətdə toqquşur. Bölgədə müasir transmilli maraqların daşıyıcısı rolunda ABŞ, Avropa Birliyi dövlətləri və hərbi-geostrateji anlamda onları təmsil edən NATO, ayrıca Çin, Yaponiya kimi böyük və inkişaf etmiş dünya ölkələri, onları təmsil edən qobal korporasiyalar, regionun geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqların əsas daşıyıcısı qismində isə Rusiya, Türkiyə, İran, Ukrayna, Azərbaycan və Gürcüstan kimi müstəqil ölkələr çıxış edirlər”. (Bax. s. 773-774)

Bu deyilənlərdən əlavə, qeyd etmək gərəkdir ki, Xəzər-Qara dəniz hövzəsinə, Cənubi Qafqaz regionunun regional təhlükəsizlik mühitinə təsir edən amillər- elə bu regionda mövcud olan dövlətlər- Azərbaycan, Ermənistan və Gürcüstan var, Maraqlıdır ki, hər üç dövlət bu məkanda müxtəlif siyasət yürüdür. Belə ki, Azərbaycan NATO və Qərb, eyni zamanda Rusiya və KTMT ilə müəyyən məsafə saxlayaraq hər iki tərəflə tərəfdaşlıq və əməkdaşlıq meyili nümyiş etdirsə də, Ermənistan və Gürcüstan haqqında bunları söyləmək olmaz. Birinci Cənubi Qafqazda Rusiyaya söykənərək işğalçılıq siyasəti aparırsa da ikincisi isə bunun tam əksinə olaraq Qərb və nato ilə əməkdaşlıq edir. Taktiki olaraq əgər Ermənistan regionda Rusiyanın forpostu hesab edilirsə, gələcəkdə Gürcüstanı Qərbin forpostu, yaxud NATO alyansının "Şərqə doğru” proyektində Cənubi Qafqazda ilk dövlətio hesab etmək olar. Bütün bunlara baxmayaraqAzərbaycan tərəfi Ermənistanı bütün strateji transmilli layihələrdən kənarda saxlasa da, Gürcüstan münasibətlər strateji əməkdaşlıq səviyyəsinə qədər yüksəltdi.

Hazırda Cənubi Qafqaz regionun üç nisbi bloklaşmaya rast gəlmək olar. Nisbi ona görə yazıram ki, bir dövlət bəzən digər bloklaşmanın (əgər geomaraqlar buna imkan verirsə) fəaliyyətində iştirak edir.

Müəllif bu bloklaşmanı "geosiyasi bloklaşma” (s. 776) adlandırır.

Birinci "geosiyasi bloklaşma”ya Rusiya və Ermənistan daxildir. Nəzərdən qaçırtmaq olmaz ki, Rusiya-Ermənistan arasındakı hərbi müttəfilqik müqaviləsi 2010-cu ildə daha 49 il müddətinə uzadıldı. Bununla da Ermənistan hərbi-geostrateji baxımından Rusiyaadan tam asılılığını tam təsdiq etdi.

Birinci "geosiyasi bloklaşma”ya müxtəlif məsələlərə münasibətdə, əgər geosiyasi və geoiqtisadi maraqlar üst-üstə düşərsə İran da dəstək verir. Lakin, regionda digər fəsillərdə qeyd etdiyimiz kimi regionda Rusiya və İranın geosiyais və hərbi-geostrateji maraqları kəsişmədiyindən Rusiya heç vəchlə İranı Qafqaz regionuna buraxmaq istəmir. Bununla yanaşı Rusiya İranla hərbi müttəfiqlikdən qaçmır, hətta öz silahlarını bu dövlətə satır, (məsələn bu yaxınlarda hər iki tərəfin razılığı ilə Rusiya İrana S-300 zenit rajetlərini satdı).

İkinci "geosiyasi bloklaşma”ya açıq-aydın görünən, Rusiyadan üz döndərən Gürcüstan və NATO daxildir. Nato Gürcüstna vasitəsilə hərbi-geostrateji maraqlarını həyata keçirməyə çalışırsa, Avropa Birliyi bu ölkədən keçməklə, bütövlükdə, Azərbaycan da daxil olmaqla regionda geoiqtisadi üstünlüklərdən yararlanmaqla Orta Asiya çıxmaq siyasətini yürüdür. Fakt odur ki, ABŞ, AB, NATO Rusiya və İranla Xəzər-Qara dəniz hövzəsində geosiyasi, geoiqtisadi və hərbi geostrateji müstəvisində qarşıdurma vəziyyətindədilər. Nə olmasından asılı olmayaraq tərəflər geomaraqlar uğrunda amansız mübarizəsini davam etdirmək fikrindədirlər.

Üçüncü "geosiyasi bloklaşma”ya Azərbaycan və əsasən Türkiyə, qismən isə Gürcüstan və Rusiya daxildir, çünki qeyd etdiyimiz kimi Azərbaycan tərəfi hər iki "geosiyasi bloklaşma” ilə məsafə saxlayır və yalnız tərəfdaşlığa və əməkdaşlığa üstünlük verir. Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan yalnız Türkiyə ilə regionda hərbi-geostrateji əməkdaşlığı və müttəfiqliyi mövcuddur. Bu da sonda siyasi, iqtisadi və hərbi sahədə geniş əməkdaşlıqla nəticələnib.

Ardı var

Yunus Oğuz



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ