ATƏT Parlament Assambleyasının (PA) prezidenti İlkka Kanervanın Azərbaycana planlaşdırılan səfərinin təxirə salınması səbəbi məlum olub.
Trend-in məlumatına görə, ATƏT PA-nın vitse-prezidenti Georgi Tsereteli jurnalistlərə bildirib ki, İ.Kanerva səhhətindəki problemlə bağlı son anda səfərini təxirə salıb.
ATƏT PA-nın vitse-prezidenti Georgi Tsereteli jurnalistlərə bildirib ki, ATƏT-lə Azərbaycan arasında mühüm əməkdaşlıq mövcuddur.
Vitse-prezident qeyd edib ki, ATƏT PA Azərbaycandakı seçkiləri müşahidə edən ən başlıca təşkilat olub: "Bu missiyanın səfəri zamanı da danışıqlar nəticəsində əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik. Azərbaycan Avropa üçün böyük əhəmiyyət kəsb edən ölkədir".
G.Tsereteli əlavə edib ki, bu səfər cərçivəsində münasibətlərdə irəliləyişlər baş verəcək.
O, ATƏT-in son dövrlərdə cəbhə xəttində yaranmış gərginlikdən narahat olduğunu da bildirib.