Bazar günü günü, 22 noyabr 2026
     

Qanlı Yanvar

Image



1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına respublikada düzgün siyasi qiymət verilmədi. Bu hadisəni xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyətində qaldı. Respublikada keçirilən mitinqlər zamanı Dağlıq Qarabağda baş verən hadisələr qətiyyətlə pislənsə də Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi.
Sovet İttifaqının ikitərəfli oyunu nəticəsində Azərbaycanda baş verən hadisələr xalqı hövsələdən çıxardı və Azadlıq meydanında başlayan mitinqə qatılanların sayı 1 milyona yaxınlaşdı. Bununla azərbaycanlılar səslərini bütün dünyaya çatdırmağa çalışdılar.
O zamanlar erməni daşnaklar Azərbaycana qarşı uydurulan fikirlər irəli sürürdülər. 1990-cı il yanvar ayının 9-da Ermənistan Ali Soveti 1990-cı ilin büdcəsində Azərbaycan torpağı olan "Dağlıq Qarabağın sosial və iqtisadi inkişafı" üçün bu bölgəni öz proqramına əlavə etdi və Ermənistana bağlı bir bölgə kimi göstərməyə çalışdı. Doğrudur, Sovet İttifaqı Ali Soveti bu qərarı keçərsiz saydığını açıqladı. Fəqət Ermənistan Ali Soveti bu qərara verdiyi cavabda Ermənistan Respublikasında əvvəl Ermənistan Dövlətinin qanunlarının keçərli olduğunu bildirdi.
1990-cı il yanvar ayının 11-də Azərbaycan Milli Məclisi Ermənistan Milli Məclisinin Dağlıq Qarabağ ilə əlaqəli 9 yanvar 1990-cı il tarixli qərarını millətlərarsı qanunlara qarşı kobud bir müdaxilə olaraq dəyərləndirərək etiraz etdi.
1990-cı il yanvar ayının 12-də ermənilərin Xanlar və Şaumyan bölgələrində havadan və yerdən etdikləri hücumlar nəticəsində 12 nəfər öldürüldü, 22 nəfər girov götürüldü, 1 nəfər yaralandı.
Bütün bu hadisələr nəticəsində Bakıda fasiləsiz davam edən nümayişlər, mitinqlər və iclaslar yüksək mərhələyə çatdı. Beləcə, erməni uydurmaları və vəhşiliklərinə qarşı heç bir tədbir görməyən Sovet sistemini tənqid edən mitinqlər Azərbaycandakı Sovet nəzarətinə qarşı çıxırdı. Nəticədə, 20 yanvardan etibarən başlayacaq fövqəladə hal elan edildi. Məqsəd erməni məsələsi ilə əlaqəli Sovet sisteminə qarşı çıxan mitinqi dağıtmaq, nümayişləri qadağan etmək və azadlıq istəyən millətin "dərsini" vermək idi. Beləcə, Sovet hərbi hissələri etnik qarşıdurmanı dayandırmaq üçün deyil, Azərbaycandakı xalq hərəkatını dayandırmaq üçün insanlıq tarixinin ağır cinayətlərindən birini həyata keçirdi. Sovet İttifaqının rəhbəri M.Qorbaçov Sovet xalqına müraciət edərək, "Azərbaycan millətçiləri iqtidarı zorla ələ keçirmək istədiklərinə görə, Moskvanın Bakıya Sovet hərbi hissələrini göndərmək məcburiyyətində qaldığını..." açıqladı. Əslində M.Qorbaçov Azərbaycan xalqının əlindəki ov tüfənglərini toplatdırıb, Sovet əsgərlərini tanklarla Bakıya göndərərək, milli haqlarını tələb edən azərbaycanlı vətəndaşlarını qırdırmamalıydı, əksinə, bu hərbi hissələri Dağlıq Qarabağ bölgəsinə göndərib azərbaycanlıların köçə zorlanmalarının qarşısını almalıydı. Bu da bir həqiqətdir ki, Bakıya göndərilən əsgərlərin əksəriyyəti erməni soylu əsgərlər, daha doğrusu banditlər idi. Sovet əsgəri adını daşıyan ermənilər Rostov, Krasnodar və Stavropol vilayətlərindən səfərbər edilmişdilər. Bu fakt Sovet imperiyasının Azərbaycan xalqına qarşı məkrini aşkar etdi. Belə ki, çoxmillətli olan bir dövlətin başçıları münaqişədə olan xalqları bir-birinə qarşı qoymamalı idi. Ümumiyyətlə, Moskvanın Azərbaycana göndərdiyi əsgərlərin sayı 24 minə yaxın olub.
Bakıda elan olunan fövqəladə vəziyyət 20 yanvar gecə saat 00.00-dan etibarən başlayacaqdı. Bakı şəhərinə giriş yolları və şəhərdəki hərbi hissələrin yerləşdiyi yerlərin giriş-çıxışları avtomobillər və avtobuslarla bağlanmışdı. Yanvarın 19-dan 20-nə keçən gecə tanklar bu maşınların üstündən keçərək şəhərdəki silahsız insanlara qarşı qırğına başladılar. Bununla yanaşı Bakıya havadan və dənizdən də müasir silahlarla təchiz olunan "Sovet əsgərləri" basqın etdilər. Yüzdən artıq azərbaycanlı öldürüldü. Tankların altında əzilən və avtomat silahlarla yaxın məsafədən öldürülən insanların cəsədləri tükürpədici idi. İnsanlar ağır tanklar altında parça-parça edilmiş, bəzi cəsədlər yandırılmışdı. O gecə şəhəri bərbad hala gətirən tanklar minik maşınlarının üstündən keçirdilər. İnsanlar vəhşicəsinə qətlə yetirilirdilər. Sonradan məlum oldu ki, rus əsgərinin çoxunu ermənilər təşkil ediblər. Bu şərəfsiz "adamlar" dinc əhaliyə, hətta yaralalıları daşıyan təcili yardım maşınlarına avtomat silahlardan atəş açırdılar. Mən bütün bunları öz gözlərimlə gördüm. Bir insan olaraq bu qanlı vəhşətə, bu dəhşətli cinayətə heç bir haqq qazandıra bilmirdim. Şəhərin küçələri yüzlərcə günahsız insanın qanına boyanmışdı. Bu qanlı qırğın, sözün əsl mənasında bütün insanlığa qarşı törədilən bir cinayət idi. "Qanlı yanvar" Azərbaycanın yeni tarixinin dəhşətli səhifələrindən biridir.
Bəli, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə dinc Bakı şəhəri faciəli bir gecə yaşadı. M.Qorbaçovun əmri, Yazovun komandanlığı ilə Sovet qoşunları şəhəri gülləbaran etdilər. Azadlıq, istiqlal eşqilə əliyalın ayağa qalxan neçə-neçə oğul və qızlarımız öz sinələrini tankların, zirehli maşınların hücumuna sipər edərək qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldılar. O gecə haqsızlığa qarşı qəzəbli ana səsi haray salaraq insanları imdada çağırırdı. Bu səs, bu haray indi də Bakının səmasında dolaşır, yaddaşlarda qaynayır. İndi o faciəni görənlər Bakının o dəhşətli gecəsinin səsi, o fəryadın əks-sədası ilə yaşayırlar.
Bu faciə ermənilərin təşkili və təşəbbüsü ilə Moskvanın azərbaycanlılara qarşı soyqırımı idi. Respublikanın paytaxtı Bakı şəhərinə hücum edən Sovet ordusunun tərkibində kifayət qədər qabaqcadan hazırlıq məşqləri keçən ermənilər var idi. Bu fakt Sovet imperiyasının Azərbaycan xalqına qarşı məkrini, paxırını aşkar etdi.
Erməni faşizminin yüz illərdən bəri Azərbaycana qarşı yürütdüyü məkrli soyqırımın daha bir xəyanətkar əməli baş verdi. Bunlar təkcə Azərbaycan üçün deyil, bütövlükdə Qafqaz və ətrafı üçün də bir təhlükədir. Bu təhlükəni sovuşdurmaq hər birimizdən hünər istəyir, birlik istəyir. Bizim amalımız həmrəylik və hünər olmalıdır. Rəsmi açıqlamalara görə, bu faciəvi gecədə 134 nəfər öldürüldü, 174 nəfər yaralandı, təxminən 400 nəfər həbs edildi və 4 nəfər itkin düşdü.
Bu faciə törədilən zaman Azərbaycan xalqı ağır vəziyyətə və informasiya blokadasına salınmışdı, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuat nəşrinə qadağa qoyulmuşdu. Azərbaycan sanki sakit və ölü bir dənizə bənzəyirdi. Xalq ağır və dəhşətli faciədən xəbərsiz idi. Dünya Azərbaycanda baş verən hadisələri izləyə bilmirdi. Beləliklə, Azərbaycan xalqı başsız qalıb, informasiya blokadasına düşmüşdü. Azərbaycan xalqının belə ağır vəziyyətində o zaman siyasi səhnədən uzaqlaşdırılan ümummilli liderimiz Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib mətbuat konfransı keçirdi. Mətbuat konfransında ulu öndərimiz Heydər Əliyev böyük cəsarətlə heç kimdən və heç nədən qorxmayaraq və öz şəxsi həyatını təhlükədə qoyaraq yanvarın 20-də Bakıda təşkil edilən və törədilən qanlı faciənin səbəblərini və təşkilatçılarını obyektiv faktlarla doğru, düzgün və dəqiq açıqladı, bir çox məsələlərə aydınlıq gətirdi, aksiyanı törədənlərin səbəbkarlarının cinayət məsuliyyətinə cəlb edilməsini qətiyyətlə tələb etdi. Ümummilli liderimiz Heydər Əliyev öz çıxışında belə dedi: "Azərbaycanda baş verən hadisələri hüquqa, demokratiyaya yabançı humanizmə və ölkəmizdə elan olunan hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkanlar olub. Təəssüflər olsun ki, Azərbaycanın rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməyib." Elə həmin gün ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqına başsağlığı teleqramı göndərdi. Teleqramda belə deyilirdi: "Bakı şəhərinə Sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən, dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların əilələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm."
Yüksək cəsarət və qətiyyət nümayiş etdirən ümummilli liderimiz Heydər Əliyev çəkinmədən imperiya rəhbərliyini "qatillər" adlandırdı və bütün Azərbaycan xalqına qarşı törədilən faciə ilə əlaqədar başsağlığı verdi. Ulu öndərimiz Heydər Əliyevin bu cəsarətli bəyanatı kütləvi informasiya vasitəsilə bütün dünyaya çatdırıldı. Bu, blokadaya alınan Azərbaycanın, qanına qəltan edilən xalqımızın, yüzlərlə itki verən millətimizin haqq səsini, fəryadını dünyaya çatdıran cəsarətli bir liderin, ürəyi daima Azərbaycanla olan müdrik şəxsiyyətin, görkəmli ictimai-siyasi və dövlət xadiminin əsl qəhrəmanlığı idi.
Heç yerdən köməyi olmayan xalqımız bu Vətən övladının cəsur və yenilməz bəyanatından güc tapdı, ilhama gəldi, imperiyanın qorxu və xofunu qətiyyətlə rədd edərək azadlıq mübarizəsini, müstəqillik uğrunda apardığı mübarizəni qələbəyədək davam və inkişaf etdirdi. Bəli, zamanın o vaxtında, tarixin o mürəkkəb zamanında ulu öndərimiz Heydər Əliyev nəsillərə nümunə olacaq bir cəsarət nümayiş etdirdi.
1990-cı il 20 yanvar faciəsindən 26 il keçir. Keçmiş Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşiliyi insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Əfsuslar olsun ki, bu ağır faciə dünya ictimaiyyətində lazımi dərəcədə əks-səda yaratmadı, demokratiyadan dəm vuran dövlətlər bu faciəyə öz etiraz səslərini ucaltmadılar. Eybəcər şəklə salınan meyitlər ətrafda tökülüb qalırdı. İnanmaq olmurdu ki, insan belə vəhşiliyə və alçaqlığa qadir ola bilər.
Doğrudur, bu mövzuda bəzi işlər görülüb, amma yenə də Sovet ordusunun, bəşər qanunlarına zidd olaraq nə qədər böyük vəhşiliklər və qeyri-insani cinayətlər törətdiyini dönə-dönə yazıb dünya ictimaiyyətinə çatdırmaq lazımdır.
Bu faciə zamanı şəhid olan insanların siyahısına baxanda adamın varlığından gizilti keçir. Lentə köçürülən dəhşətli məqamları seyr etmək mümkün deyildir. Çünki tükürpərdici mənzərələr adamın varlığına vahimə gətirir. İnsan adlanan bəşər övladı bu dərəcədə qəddarlığı necə bacarır?
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar... Bu gün Azərbaycanın bütün vətəndaşları o faciəli gecəni, xalqımızın başına gətirilən bəlaları, milli azadlıq, müstəqillik uğrunda qəhrəmanlıq nümunələrini yad edirlər. O gecə Azərbaycan xalqına, dövlətinə qarşı vəhşicəsinə hərbi təcavüz edildi. Bu, özünün ərazi bütövlüyü uğrunda çalışan, milli azadlığı uğrunda mübarizə aparan xalqımıza qarşı böyük hərbi təcavüz idi. Azərbaycan xalqının çoxəsrlik tarixində onun başına çox bəlalar gəlib, xalqımız faciələrlə rastlaşıb. Ancaq deyə bilərik ki, bu qədər dəhşətli faciə görünməmişdi. Xalqımız özünün milli mənliyinə, milli azadlıq ruhuna edilən bu təcavüzü heç vaxt unutmayacaqdır.
Sovet ordusunun Bakıya giriş səbəbi mövzusunda müxtəlif açıqlamalar verildisə də, o dövrün Müdafiə Naziri D.Yazovun daha sonra "İzvestiya" qəzetinə verdiyi açıqlamada ordunun Bakıya Azərbaycan Xalq Cəbhəsinin quruluşlarını dağıtmaq məqsədilə girdiyini bildirdi. Bu da bir həqiqətdir ki, Azərbaycana əsgər göndərilməsinə şəxsən M.Qorbaçov göstəriş vermişdi. O, digər respublikalardakı millətçi hərəkatların Azərbaycandan dərs almalarını istəyirdi. Yəni "Siz də millətçi hərəkatlara davam etsəniz, sonunuz Azərbaycan kimi olacaqdır..."
Qanlı yanvar qətliamının ardından Azərbaycanda M.Qorbaçova, Kommunist Partiyasına və Sovet dövlətinə qarşı nifrət dalğası böyüdü. Xalq cəm halında Kommunist partiyasından istefa edərkən "Qorbaçov qatildir," "Sovet İttifaqı Kommunist Partiyasına xeyr," şüarları səsləndi... Ölkədə üç günlük matəm elan edildi. Fövqəladə vəziyyət elan olunmasına baxmayaraq 22 yanvar günü matəm nümayişi və dəfn mərasiminə təxminən 1,5 milyon insan qatıldı.
Bu faciəvi təcavüzdən keçən 26 il onu göstərir ki, Sovet ordusunun vəhşiliyi Azərbaycan xalqını milli azadlıq uğrunda mübarizədən çəkindirə bilməyib. Azərbaycan xalqı dövlət müstəqilliyini əldə etdi və özü öz teleyinin sahibi olaraq öz həyatını qurur. Ona görə də kədərimiz, qəmimiz nə qədər çox olsa da, eyni zamanda fəxr etməliyik ki, xalqımız istədiyinə nail olub. Azərbaycanın milli azadlığı, müstəqilliyi uğrunda şəhid olan övladlarımızı biz heç vaxt unutmayacağıq. Onların xatirəsi qəlbimizdə əzizdir və əbədi yaşayacaqdır.
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs bir yer vardır. Bu, 20 Yanvar qurbanlarının dəfn edildiyi Şəhidlər Xiyabanıdır, əbədi ziyarət yeri sayılan, müstəqilliyimizin, azad yaşayışımızın əsasını qoyan Şəhidlərimizin Xiyabanı.
Fazil QARAOĞLU,
professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ