Bazar günü günü, 22 noyabr 2026
     

“Azərbaycanın geosiyasəti”

Image


Müəllif qeyd edir ki, Azərbaycanın təhlükəsizlik sahəsində xarici siyasət prioritetləri də onun xarici siyasət konsepsiyasının ümumi vəzifələrinə uyğun şəkildə müəyyən olunur. Xarici siyasət konsepsiyası həm də təhlükəsizlik sahəsində ölkənin qarşısında dayanan uzunmüddətli beynəlxalq starteji vəzifələrin və ölkə xaricində həyata keçiriləcək operativ cari fəaliyyətin planlaşdırılması və təmin olunması metodikasını özündə əks etdirməlidir.

Əli Həsənov yazır: "Təhlükəsizlik sahəsində uzunmüddətli xarici fəaliyyət proqramı dövlətin hərbi gücü, qüdrəti, iqtisadi. siyasi və maliyyə ehtiyatları, dünya siyasətindəki rolu və yerindən asılı olaraq milli təhlükəsizliyinin məqsədləri, beynəlxalq və regiobal vəzifələri üzərində qurulur. Bu vəzifələrin ən vacibi və həyati əhəmiyyət kəsb edənləri sırasına ölkənin müstəqilliyinin qorunmasını, ərazisi və əhalisinin təhlükəsizliyinin, dövlətin suveren hüquqlarının təmin edilməsini, təhlükəsizliklə bağlı beynəlxalq təminatın alınmasını, milli təhlükəsizliyin beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirilməsini, beynəlxalq və regional təhlükəsizlik qurumları ilə tərəfdaşlıq münasibətlərinin yaradılmasını aid edirlər”. (Bax. s. 758)

Qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin beynəlxalq təhlükəsizliklə bağlı xarici siyasətinin uğurlu və müvəffəqiyyətli həlli onun bu sahədəki mövcud siyasi, iqtisadi və hərbi ehtiyaclarının, milli ehtiyatlarının və maksimum imkanlarının düzgün dəyərləndirməsindən, istək və arzularının bu dəyərləndirməyə uyğun olaraq reallaşdırmağa çalışmasından asılı olmaqla yanaşı, bu xarici siyasətin daxildə aparılan iç siyasətlə də uyğunlaşması əsas şərtlərdən biridir. Belə ki, ölkənin milli təhlükəsizliyi aparılan xarici siyasətlə yanaşı, daxili siyasət paralel aparılmalı, biri o birindən ayrılmalı, hətta deyərdim VƏHDƏT təçkil etməlidir, çünki aparılan xarici siyasət dövlətin milli təhlükəsizliyini, onun inkişafını, əhalisinin rifahının yaxşılaşdırmasını, daxili münaqişələrin qarşısını almağı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmağı və s. məsələləri özündə ehtiva edir.

Hörmətli professoru fikrincə, milli təhlükəsizlik siyasətinin daxili siyasətini təsnifatlaşdırsaq, əsasən aşağıdakı istiqamətlər üzrə fəaliyyət yönü alınar:

- Azərbaycanın hərbi təhlükəsizlik istiqamətində;

- Azərbaycanın sərhəd təhlükəsizliyi istiqamətində;

- Azərbaycanın milli enerji təminatı və təhlükəsizliyi istiqamətində;

- Azərbaycanın geoiqtisadi müstəqilliyə və təbii ehtiyatların təhlükəsiz istifadəsi istiqamətində;

- Azərbaycanın ictimai-siyasi, sosial, dini, etnik və milli insan ehtiyatlarının təhlükəsiz istifadəsi və idarə olunması istiqamətində;

- Azərbaycanın ərzaq təhlükəsizliyi istiqamətində;

- Azərbaycanın informasiya təhlükəsizliyi istiqamətində;

- Azərbaycanın ekoloji təhlükəsizlik istiqamətində və s.

Bütün bunlar haqqında bir qədər sonra aşağıda bəhs edəcəyik.

Qeyd etmək lazımdır ki, xarici təhlükəsizlik siyasətinin prioritetlərinin düzgün müəyyənləşdirilməsi qonşu və regional, əməkdaşlıq etdiyi dövlətlərin imkan və mövqelərinin, onların iqtisadi, siyasi və hərbi gücünün düzgün müəyyənləşdirilməsindən, eyni zamanda dünya siyasəti və beynəlxalq münasibətlərin mahiyyətini və reallıqlarını, dünyanın birgə yaşayış normalarını müəyyən edən böyük dövlətlərin geosiyasi, geoiqtisadi maraqlarını müəyyənləşdirməkdən, beynəlxalq təşkilatların, güc mərkəzlərinin maraq və mənafe çərçivələrini, onlara təsir imkanlarını dəqiq qiymətləndirə bilməsindən asılıdır.

Xarici siyasət sahəsində istifadə olunan resursları Əli Həsənov da daxil olmaqla tədqiqatçılar iki qrupa ayırırlar.

Maddi resurslara:

- coğrafi ehtiyatları- dövlətin ərazisinin həcmini və geoməkan xarakteristikasını, hərbi geostrateji mövqeyini, geoiqtisadi dəyərlərini, nəqliyyat-kommunikasiya marşrutlarının yaxınlığını, bu ərazini əhatə edən xarici aləmin vəziyyətini;

- demoqrafik ehtiyatları- əhalinin sayını, milli etnik tərkibini, artım surətini, dövlətçilik mövqeyini, sosial vəziyyətini və keyfiyyət göstəricilərini, ölkə vətəndaşlarının miqarsiya və urbanizasiya meyllərini;

- iqtisadi ehtiyatları- ölkənin milli istehsal və təsərrüfat sistemlərinin vəziyyətini, başqa ölkələrdəki müvafiq sahələrlə müqayisədə iqtisadi üstünlüyünü, yaxud geriliyini, öz hərbi sənayesini təmin etmək qabiliyyətini, xarici ölkələrin iqtisadiyyatına təsir etmək imkanları və mexanizmlərini;

- hərbi ehtiyatları- ölkənin müdafiə qabiliyyəti və hərbi qüdrətini, sərhədləri xaricində güc tətbiq etmə imkanlarını və s. aid edirlər.

Qeyri-maddi resurslar:

- siyasi ehtiyatlar- dövlətin səmərəli siyasi-idarəçilik fəaliyyətini, xrici ittifaqlarda iştirakını, dünya siyasətinə təsir gücü olan dövlətlərlə mövcud münasibətlərini, beynəlxalq siyasi, hüquq və təhlükəsizlik institutlarında, təşkilatlarında iştirakını, yaxud onlarla əlaqələrini, qlobal və regional siyasətə təsir imkanlarını, səmərəli daxili və xarici siyasət mexanizmlərinə malik olmasını;

- sosial ehtiyatları- vətəndaşların daxili birliyinin vəziyyətini, yürüdülən xarici siyasətə münasibətini, dövlət maraqlarının qorunması naminə nümayiş etdirdiyi milli-vətəndaş iradəsini və əzmini;

- nüfuz ehtiyatları- dövlətin və onun siyasi liderinin beynəlxalq aləmdə təsdiq olunmuş nüfuzunu və onun dünya dövlətlərinin fəaliyyətinə təsir imkanlarını;

- ideoloji-mədəni ehtiyatları- başqa dövlətlərin ictimaiyyətinə göstərə biləcəyi intellektual, ideoloji və dini təsirini;

- informasiya ehtiyatlarını- qlobal informasiya məkanında iştirakını və ona təsir etmək, dünya informasiya axının yöneltmək imkanlarını, mütəqil beynəlxalq informasiya ehtiyatlarına malik olmasını;

- elmi, Elmi-texniki və təhsil ehtiyatlarını- intellektual potensialını və onun inkişaf perspektivlərini, öz iqtisadi, siyasi, hərbi və digər sahələrini ixtisaslı kadrlarla təmin etmək bacarığını və s. aid edirlər.

***

SSRİ dağıldıqdan sonra planetar səviyyədə olduğu kimi, regional, konkret olaraq Azərbaycanın daxil olduğu Xəzər-Qara dəniz hövzəsində, o cümlədən Cənubi Qafqazda təhlükəsizlik mühiti dəyişdi. Belə ki, müstəqil dövlətlərin yaranması ilə bağlı yeni geosiyasi, geoiqtisadi və hərbi-geostrateji şərait yarandı. Bu şərait yeni yaranmış dövlətlərə imkan verdi ki, özünün yerli, regional təhlükəsizlik sistemini yaratsın, doktrinalar qəbul etsin və bu sahədə beynəlxalq qurumlarla fəal əməkdaşlıq etsin. Bu baxımdan regionda hər dövlətin maraq dairəsinə daxil olan münasibətlər formalaşmağa başladı. Təbiidir ki, SSRİ-dən qalma mübahisəli məsələləri ilk növbədə həll etmək ən vacib problemlərdən birinə çevrilmişdi, çünki bu problemləri həll etmədən dövlətin təhlükəsizlik doktrinasını qəbul etmək özü müşkülə dönəcəkdi. Əslində, bəzi maraqlı dairələr SSRİ-dən qalma mübahisəli məsələləri (məsələn, Xəzər dənizinin bölünməsi, Qarabağ, Abxaziya və s.) dondurulmuş vəziyyətdə saxlamağa maraqlı idilər ki, müstəqil dövlətlər milli təhlükəsizlik sistemini təkmilləşdirib qurtara bilməsinlər.

Bu barədə Əli Həsənov yazır: "Əsas həlledici mübahisələr: region ölkələrinin ərazi bütövlüyü və bəzi dövlətlərin ərazi iddiaları, Xəzər hövzəsinin enerji resursları, neft-qaz ixrac marşrutları və təhlükəsizlik mexanizmlərinə sahib olmaq, Şərq-Qərb nəqliyyat-kommunikasiya və tranzit infrastrukturlarına, region ölkələrinin transmilli siyasi, iqtisadi və hərbi bloklarla münasibətinə təsir etmək istəyi və s. məsələlər ətrafında cərəyan edirdi. Bölgənin ayrı-ayrı ərazilərində, məsələn, Qara dəniz, yaxud Xəzər dənizi hövzəsində mübarizə daha çox nəqliyyat-kommunikasiya xətləri, ixrac marşrutları, yerli ölkələrin və transmilli infrastrukturların təhlükəsizliyi üzərində qurulmuşdusa, Orta Asiya və Xəzər ətrafında, əksinə enerji resursları, hərbi-geostrateji yüklü məsələlər, Cənubi Qafqazda yerli ölkələri təsir dairəsində saxlamaq və onların ərazi bütövlüyü ilə manevr etməyə yönəlmişdi”. (Bax.s. 769-770)

Ardı var

Yunus Oğuz



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ