Bazar günü günü, 22 noyabr 2026
     

Neft qiymətləri barədə Davosdan və BP-dən ziddiyyətli proqnozlar gəldi

Image


Dünya iqtisadiyyatında müşahidə olunan böhranı daha da dərinləşdirən neft faktoru ətrafında qeyri-adi vəziyyət yaranıb. Bu məhsulun qiymətinin hansı istiqamətdə dəyişəcəyinə dair olduqca fərqli fikirlər səslənməkdədir. Məsələn, İsveçrənin ən böyük maliyyə holdinqi olan "UBS Group AG"nin rəhbəri Aleks Veber İrana qarşı sanksiyaların ləğv edilməsinin və bu ölkənin hasilatı artırmasının xam neftin qiymətinin daha da ucuzlaşmasına səbəb olacağını deyib.
Dünya İqtisadi Forumunun Davosda keçirilən illik toplantısında jurnalistlərin suallarını cavablandıran A.Veber qarşıdakı müddətdə neftin qiymətinin bahalaşacağına inanmadığını qeyd edib. Bildirib ki, əksinə, qiymətlər yaxın müddətdə yenidən ucuzlaşacaq. Bazardakı təklif isə artmaqda davam edəcək.
Rusiyanın sabiq maliyyə naziri, Vətəndaş Təşəbbüsləri Komitəsinin başçısı Aleksey Kudrin bildirib ki, neftin bir barrelinin qiyməti 16-18 dollara qədər düşə bilər. Kudrin bunun ən aşağı qiymət olacağını, lakin qısa müddətə baş verəcəyini bildirib. Bir sıra digər analitiklər İrana qarşı sanksiyaların ləğv edilməsindən sonra bu ölkədə hasilatın artırılması nəticəsində neftin barrel qiymətinin 20 dollar səviyyəsinədək geriləməsinin mümkün olduğunu bildirir. Mərkəzi ofisi Londonda olan "FGE" məsləhətçilik şirkətinin neft mütəxəssisi Cüneyt Kazokoğlu İranın təklifin çox olduğu bazara çıxarmağı planlaşdırdığı "Brent" markalı neftin barrel qiymətinin 20 dollaradək ucuzlaşmasına səbəb olacağı qənaətindədir. İranın əksəriyyəti ölkə sahillərində tankerlərdə saxlanan 40-50 milyon barrel neftinin olduğunu deyən C.Kazokoğlu rəsmi Tehranın neft ixracının qısa müddətdə 500 min barrel artmasının real göründüyünü bildirib. O, İranın neft hasilatının gündəlik 500 min barrel artaraq ilin sonunadək 3,5 milyon barrelə çatacağını düşündüyünü deyib.
Mərkəzi ofisi Londonda olan araşdırma "BMI" şirkətinin neft analitiki Kristofer Haines də İranın təsiri ilə qiymətlərin ucuzlaşacağını və 20 dollar səviyyəsində qalacağını deyib. O, sanksiyalardan əvvəl İranın Avropa bazarlarına 500 min barrel neft ixrac etdiyi və sanksiyalardan sonra da bu ölkənin ilk hədəfinin yenə Avropa bazarı olacağını vurğulayıb. ABŞ-ın "IHS" məsləhət şirkətinin neft mütəxəssisi Spenser Velç isə İrandakı neft quyularının bir qisminin 3-4 ildir bağlı olduğunu deyib. O, İranın neft hasilatının bu ilin ortalarınadək gündəlik 400 min barrel arta biləcəyini bildirib. S.Velç, həmçinin, İranın hasilatının gündəlik 1 milyon barrel artırmasının bir ildən daha çox vaxt tələb etdiyini qeyd edib. O da maraqlıdır ki, İran Səudiyyə Ərəbistanını Avropa neft bazarından çıxarmaq üçün hərəkətə keçib. Rəsmi Tehran Avropaya ixrac edəcəyi neftin hər barrelini 6,55 dollar endirimlə satmağa hazırdır. Hazırda Ər-Riyad Avropaya nefti 4,85 dollar endirimlə satır. Bu rəqabət də qiymətləri əhəmiyyətli dərəcədə ucuzlaşdıra bilər. Bütün bunlar onu göstərir ki, qiymətlərin artması üçün hasilatı azaltmağa razılıq verməyən Səudiyyə Ərəbistanı bu dəfə özü neft oyununun qurbanına çevrilir. Hazırda bu ölkə hansısa neft oyununda iştirakıın rədd edir. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr ölkəsinin neftin qiyməti ilə manipulyasiya etməsinə dair ittihamları rədd edib: "Neftin qiyməti bazar tərəfindən müəyyən edilir. Qiymətin aşağı düşməsi bir sıra ölkədə hasilat həcmlərinin həddindən artıq artırılması və tələbatın azaldılması ilə əlaqəlidir. Bazarla daim manipulyasiya etmək olmaz. Bazar amillərinin işləməsinə imkan yaradılmalıdır. Bazarı manipulyasiya etməyə cəhd edənlərə bu gec-tez çox baha başa gəlir". Amma faktdır ki, məhz Səudiyyə Ərəbistanı üzündən neft hasilatını azaltmaq və bununla qiymətləri artırmaq mümkün olmayıb.
Amma neftin qiymətləri ilə bağlı müsbət proqnozlar da verilir. Məsələn, BP-nin baş icraçı direktoru Robert Dadli qeyd edir ki, bu ilin ortalarında neftin qiyməti 30-40 dollar aralığında, ilin sonlarında isə 50 dollar olacaq. O bildirib ki, hazırkı dövrdə neftin qiymətinin ucuzlaşmasına Çinin və ABŞ-ın təsiri var: "Lakin aprel və may aylarında qlobal neft tələbatı artacaq. Bu da ilin ikinci yarısında neftin qiymətinin bahalaşmasına səbəb olacaq".
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft naziri Shail bin Məhəmməd al-Mazrouei də qlobal neft tələbatının bu il gündəlik orta hesabla 1,3 milyon barrel artacağını deyib. Bu isə qiymətləri yüksəldə bilər. Digər tərəfdən bəzi ölkələr artıq hasilatı azaltmaqla qiymətlərin yüksəlməsinə çalışır. Məsələn, Oman sultanlığı neftin istehsalını 5 və ya 10% ixtisar etməyə hazırdır, dövlət digər ölkələri də bu qəbildən addım atmağa çağırıb. Omanın neft naziri Muhəmməd ben Hamad ər-Rumhi qeyd edib ki, bu addım neft bazarı üçün olduqca vacibdir.
Bu arada OPEK Azərbaycanda da neft hasilatının azalacağını proqnozlaşdırır. Təşkilatın müvafiq hesabatında qeyd olunur ki, 2015-ci ilin yekunlarına əsasən, Azərbaycanda sutkada orta hesabla 0,86 milyon barrel neft hasil olunub. Hesabata əsasən, bu göstərici kartelin ötən hesabatındakı analoji göstəricidən 10 min barrel çoxdur. OPEK-in qiymətləndirməsinə görə, Azərbaycanda neft hasilatının həcmi ötən ilin son üç rübündə sutkalıq orta hesabla 0,85 milyon barrel təşkil edib. Birinci rübdə isə həmin rəqəm 0,89 milyon barrelə bərabər olub. 2016-cı ildə OPEK Azərbaycanda neft hasilatının sutkalıq 40 min barrel azalacağını və 0,82 milyon barrelə düşəcəyini proqnozlaşdırır.
Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ