"Ciddi regional gərginliklərin yaşandığı bir məqamda Vaşinqton Bakıya tənqid əvəzinə ardıcıl və açıq dəstək verməlidir”. APA-nın xəbərinə görə, bu barədə Aleksandr Murinsonun "The Washington Times” nəşrində çap olunan məqaləsində bildirilir.
Qeyd edilir ki, Azərbaycan mürəkkəb regionda yerləşir, cənubda Azərbaycanın iqtisadi inkişafı və hərbi qüdrətini təhdid olaraq görən İran, şimalda başqa dövlətlərin ərazisini ilhaq edən Rusiya, qərbdə isə Rusiyanın vassalı olan Ermənistan yerləşir.
"Taliban” və İŞİD-in Xəzər dənizinə yaxın bölgələrdə fəaliyyət göstərdiyi bir məqamda, Qərblə strateji anlaşmalara sadiq olan dövlətlə müttəfiqlik ehtiyatlı addım olardı. ABŞ-dan olan birmənalı dəstək Bakını arxayın salacaq və ona nümunəvi müsəlman demokratiyası qurmaq kimi uzunmüddətli daxili siyasət həyata keçirməyə imkan verəcək”, - deyə məqalədə vurğulanıb.
Müəllif onu da əlavə edib ki, Azərbaycan əhalisi sabitliyin qorunması və bir çox müsəlman ölkələrində müşahidə olunan İslam radikalizminin girdabına düşməmək üçün ölkənin indiki rəhbərliyinə alternativ olmadığını düşünür.