Bazar günü günü, 22 noyabr 2026
     

“Azərbaycanın geosiyasəti”

Image


SSRİ dağıldıqdan sonra dünya "ikiqütblü” sistemlə, formal olaraq şərtləndirilən "kapitalizm” və "sosializm”lə vidalaşmasına baxmayaraq münaqişələr, ərazi mübahisələri davam etməkdədir. Bu da beynəlxalq münasibətlər sisteminə yeni çalarlar gətirmiş, geosiyasi, geoiqtisadi, hərbi-geostrateji münasibətlərdə dəyişikliklər etmişdir.

Fikrimizin təsdiqi olaraq, bu barədə müəllif yazır ki, XX əsrin 90-cı illərinin əvvəllərindən etibarən ənənəvi beynəlxalq təhlükəsizlik məsələlərinə bir çox yeni yanaşmalar meydana çıxmağa başladı. Çünki, dünyada "ikiqütblü” dünya sistemi və "soyuq müharibənin” sonu beynəlxalq münasibətlər sisteminin əvvəlki ümumi konfiqurasiyasını da dəyişməyə başlamışdı. Lakin bütün bunlar heç də dünyadakı bəzi ölkələrarası konfliktlərə, xalqlararası münaqişələrə son qoymadı, əksinə regional və lokal münaqişələrin sayının artması ilə müşahidə olundu. 1990-cı illərdən sonra dünya miqyasında müxtəlif etnik-separatçı, milli, dini və s. münaqişələrin sayı kəskin şəkildə artdı. Baxmayaraq ki, bu münaqişələrin çoxu daxili, lokal və regional xarakter daşıyırdı, lakin mahiyyət etibarı ilə onların hər birinin arxasında müxtəlif dövlətlər dayanırdı ki, bu da həmin münaqişələrin regional və beynəlxalq təsirindən xəbər verirdi.

Hamıya bəllidir ki, "soyuq müharibə” dedikdə onun bir tərəfində SSRİ-nin təşkil etdiyi Varşava müqaviləsinə imza atan sosialist yönlü, yaxud SSRI yönlü dövlətlər dururdusa, digər tərəfdə AI-ın başçılıq etdiyi NATO qüvvələri dururdu. SSRİ dağıldıqdan sonra artıq "ikiqütblü” dünya olmasa da, bu "soyuq müharibə” deyilən nəsnə beynəlxalq səviyyədə aradan qaldırılsa da regional münaqişələr bütün zəminlərdə daha çılpaqlığı ilə üzə çıxdı, alovlandı və indi də davam etməkdədi. Belə qənaətə gəlmək olar ki, istənilən beynəlxalq münasibətlərin kəskinləşməsinin kökündə daima regional məsələlərin çözülməməsi durub, yaxud onların bilərəkdən qızışdırılaraq, böyüdülərək beynəlxalq səviyyəyə çatdırılıb. Artıq belə bir tendensiya yaranıb ki, istənilən regional, yaxud lokal münaqişəyə regional və beynəlxalq güclər (BMT, NATO, MDB və s) qoşulur, bəyanatlar yayır, sonra gərəkdirsə siyasi-hərbi-iqtisadi müdaxilələrə rəvac verirlər və bunu da çox zaman beynəlxalq təhlükəsizlik adı altında həyata keçirirlər, yəni mövcud dövlətlərin və insanların təhlükəsizliyi naminə təhlükələrin və təhdidlərin, potensial risklərin və s. problemlərin aradan qaldırılması üçün kollektiv addım atırlar.

Geosiyasi sistemdə olduğu kimi beynəlxalq təhlükəsizliyin əhatə dairəsi qlobal, regional və kollektiv maraqlar çərçivəsində üç qrupa bölünür.

Beynəlxalq təhlükəsizlik sisteminin əsas prinsipləri BMT Nizamnaməsinə müvafiq olaraq:

  • dövlətlərin ortaq təhlükəsizlik maraqlarının tapılması və bu əsasda beynəlxalq sülhün təmin edilməsi;
  • ölkələrarası münaqişə və silahlı toqquşmaların aradan qaldırılması və mübahisəli məsələlərini danışıqlar yolu ilə həll edilməsi;
  • hər bir dövlətin milli təhlükəsizliyinin beynəlxalq təhlükəsizliklə əlaqələndirilməsi;
  • kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və tətbiqinin qadağan olunması;
  • beynəlxalq təhlükəsizliyi təhdid edən etnik separatizm, terrorizm, silah qaçaqmalçılığı, narkotik maddələrin qanunsuz dövriyyəsi və s. kimi hallarla mübarizə;
  • bərabər hüquqlar əsasında xalqlararası dostluq münasibətlərinin inkişaf etdirilməsi və ümumi sülhün möhkəmləndirilməsi üçün müvafiq addımların artırılması;
  • iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həllində əməkdaşlıq, ölkələrin iqtisadi təhlükəsizliyini təhdid edən hallar kollektiv mübarizə və s. ibarətdir.

Təbiidir ki, beynəlxalq təhlükəsizlik sahəsində Azərbaycan da xarici siyasət strategiyasını buna uyğun olaraq müəyyənləşdirir və fəaliyyətini də dövlət və milli təhlükəsizlik sistemini əsas götürərək beynəlxalq aləmin bir hissəsinə çevrilir. Bu barədə Əli Həsənov yazır: "Azərbaycanın xarici siyasət strategiyasının formalaşmasına təsir göstərən amilləri iki qrupa ayırmaq olar:

Birinci qrupa beynəlxalq aləmdə mövcud olan, dövlətin strateji, həyati maraqlarının toxunduğu siyasi, iqtisadi və hərbi amillər daxildir və onlar digər ölkələrin hökumətlərinin, dövlətin mühüm tərəfdaşları və yaxud əleyhdarıarının fəaliyyəti nəticəsində yaranır. Bu amillər dünya siyasətinin əsas subyektlərinin iqtisadi, siyasi və hərbi gücünün nisbəti, eyni zamanda həm qlobal, həm də regional səviyyələrdə beynəlxalq münasibətlərin formalaşması prinsipləri və mexanizmləri ilə müəyyənləşir.

İkinci qrup amillərə isə Azərbaycanın milli sərhədlərindən kənarda fəaliyyətini şərtləndirən daxili hərəkətverici motivlər aiddir”.(Bax. s. 749)

Qeyd edək ki, Müstəqil Azərbaycanın dövlət olaraq təhlükəsizliyini təmin etmək üçün xarici siyasətinin konseptual əsasları, məqsədi, vəzifələri Azərbaycan Konstitusiyası və qanunvericilik aktlarında təsbit olunub. Bu vəzifələr isə müasir dünya sisteminə qatılmaq, dövlətin davamlı inkişafını və suveren hüquqlarını, ərazi və əhalisinin təhlükəsizliyini və s. imkanlardan səmərəli istifadə etməkdən ibarətdir.

Hörmətli professor yazır ki, beynəlxalq hüquq normalarından çıxış edərək Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı xarici siyasətinin əsas vəzifə və istiqamətlərini belə təsnifatlaşdırmaq olar:

  • Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını azad etmək, dövlət müstəqilliyini, suverenliyini və beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü, əhalinin təhlükəsizliyini təmin etmək;
  • Azərbaycanın beynəlxalq, regional və milli təhlükəsizlik maraqlarını sistemləşdirmək, onun təmin olunması mexanizmlərini, vasitələrini müəyyənləşdirmək və beynəlxalq, regional təhlükəsizlik sistemi ilə əlaqələndirmək;
  • milli təhlükəsizlik tələblərinə cavab verən beynəlxalq və regional təhlükəsizlik təşkilatları ilə əməkdaşlıq etmək, beynəlxalq təhlükəsizlik tədbirlərində, təhlükəsizliklə bağlı dünyada cərəyan edən beynəlxalq və regional münasibətlərdə fəal iştirak etmək;
  • dünya dövlətləri ilə təhlükəsizlik sahəsində bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yaratmaq, bu əlaqələrdən ölkənin milli təhlükəsizliyinin təmin olunmasında səmərəli istifadə etmək;
  • təhlükəsizlik maraqları Azərbaycanın maraqları ilə uyğun beynəlxalq qurumlar, ayrı-ayrı dövlətlərlə tərəfdaşlıq və müttəfiqlik münasibətləri yaratmaq, respublikanın beynəlxalq və regional təhlükəsizliyinin təmin olunması üçün onların imkanlarından istifadə etmək;
  • kənar müdaxilə olmadan respublikamızın seçdiyi demokratiya, azad bazar iqtisadiyyatı və Avropaya inteqrasiya kursu ilə təhlükəsiz irəliləmək, müstəqil daxili və xarici siyasət yürütmək və s. üçün əlverişli, təhlükəsiz beynəlxalq və regional şəraitin bərqərar olmasına şərait yaratmaq;
  • əhalinin təhlükəsiz həyatının, dinc yaşayış hüququnun qorunmasına yönəlmiş beynəlxalq normaların həyata keçirilməsinə şərait yaratmaq;
  • Cənubi Qafqaz və Xəzər regionunda etnik münaqişələrin, milli qarşıdurmaların və ölkələrarası gərginliyin aradan qaldırılmasına və mehriban qonşuluq münasibətlərinin yaradılmaısna səy göstərmək;
  • hər hansı xarici hərbi, siyasi, iqtisadi və s. təhdidlərin, təzyiqlərin və təsirlərin qarşısını alan və ya onları minimuma endirən beynəlxalq təminat mexanizminin yaradılmasına nail olmaq;
  • ölkəmizin xarici iqtisadi fəaliyyət təhlükəsizliyinin təmin olunması, milli iqtisadiyyatın şah damarı hesab olunan enerji ehtiyatları istehsalının və ixracının təhlükəsizliyi ilə bağlı beynəlxalq təminatın gücləndirilməsi, Azərbaycanın dünya enerji təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevirilməsi və beynəlxalq iqtisadi sistemə inteqrasiya üçün xarici amillərdən bəhrələnmək;
  • təhlükəsizlik sahəsində xarici ölkələrlə hərbi-geostrateji, elmi, texniki və informasiya mübadiləsi mexanizmlərini yaradaraq işə salmaq və s.

Ardı var

Yunus Oğuz



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ