Bazar günü günü, 22 noyabr 2026
     

"Türk" kəlməsinin əsli və türklərin soyu

Image


Tarixini bilməyən millətlər unudulmağa məhkumdurlar! Tarix insan cəmiyyətlərinin zaman və məkan təsbitilə həyat və mədəniyyətlərini araşdıran, bizə xəbər verən bir elm sahəsidir. Ümumiyyətlə, insanın fəaliyyət və təsəvvürünün cəmi olan tarix, elmi şəkildə dövlətlər silsiləsi içərisində insanlıq həyatını yenidən qurmağı və canlandırmağı məqsəd bilir. Millətlər bir neçə il ərzində təsadüfən əmələ gələn cəmiyyətlər ola bilməzlər.
Bugünkü millətlərin hamısı tarix içərisində əmələ gəlib və inkişaf edib. Bəzi millətlər isə tarixin cürbəcür təhlükələri içərisində yox olub gediblər.
Tarixin qayəsi insanlığın maddi və mənəvi həyatını bildirmək, insanları təkrar yaşatmaq, keçmişi yenidən qurmaqdır. Əsas məqsəd bu günü dünənə bağlamaq, bu gün baş verən hadisələri keçmiş hadisələrin işığı altında şərh etməkdir. Dünyada baş verən bütün dəyişikliklərin bir tarixi vardır. Nəyin nə zaman və harada baş verdiyini tarix qeyd edər.
Tarix elmi gəlib-keçmiş cəmiyyətlərin yaşayış və mədəniyyətlərini zaman, məkan və mənbə göstərərək anlatmağa çalışan bir elmdir. Gəlib-keçmiş dövlət adamları, şöhrətli komandanlar daim tarixi oxuyar, ondan ibrət alaraq hərəkət edərdilər. Məsələn, məşhur türk hökmdarlarından olan Yavuz Sultan Səlim xan boş vaxtlarında İsgəndərin və Teymurun tarixini oxuyardı. Buna görə də deyə bilərik ki, Yavuz Sultan Səlim xan o böyük səfərlərində bir dəfə də olsun səhvə yol verməyib. Qısası, tarix hökmdarların, millətləri idarə edənlərin ağıl verən müəllimidir. Bu ağıl verən müəllimə müraciət etmədən, yəni tarixi araşdırmadan hərəkət edən millətlərin daim uçuruma yuvarlandıqları bir həqiqətdir.
Bütün millətlər, xüsusilə də biz türklər atalarımızın mədəniyyətlərini, qəhrəmanlıqlarını tariximizdən öyrənməli, sinəmizi kükrədən tariximizlə öyünməliyik. Doğru deyiblər, tarixini bilməyən millətlər unudulmağa, yer üzündən silinməyə və yox olmağa məhkumdur.
Tarix mövzusunda bu qədər giriş verdikdən sonra "türk" kəlməsinin əslinə və bütün dünyaya yayılması mövzusuna keçə bilərik. Bilindiyi kimi, "türk" kəlməsi yer üzündə yaşayan millətlərdən Çin səddindən Adriatikə qədər uzanan sahəyə yayılan və Böyük Qandinin dediyi kimi, "Bu gün belə Asiyanın şah damarını təşkil edən" böyük bir millətin adıdır. Bu adı türklərin nə vaxtdan bəri istifadə etdiyini bir az sonra nəzərdən keçirəcəyik. Bundan əvvəl "türk" kəlməsinin nə mənaya gəldiyi, nəyə görə türklərin bu adı özləri üçün aldıqları məsələsi üzərində duraq. Bu mövzuda klassik Şərq mənbələrində keçən qeydlərlə bərabər, bir çox elm adamları tərəfindən irəli sürülən müxtəlif fikirlər var. Bu məsələni elmi yollarla tədqiq edən və elmi baxımdan bir açıqlama verən macar elm adamlarından Vamberidir. Onun Hüseyn Namik Orxonun "Türk sözünün əsli" adlı əsərindən əldə etdiyimiz bir izahata görə, "türk" sözü törümek (türümük) = törəmək felindən çıxmışdır. Necə ki, "yürümek" sözündən (Yürük) adı çıxmışsa, türümek felindən də "türük = türk" sözü çıxa bilər. Bu kəlmənin keçmiş tələffüzü də əslində türükdür. Beləcə, "türk" kəlməsinin əslinin türümekdən gələn "türük - türk" olduğu, "törəmiş adam" mənasına gəldiyi qəbul edilib.
Tarixdə türk adı ilə VI əsrin ortalarında qurulan türk dövlətinə (Göytürklərə) çinlilər tukiu deyərdilər. Tukiu "türk" kəlməsinin çincə tələffüz şəklindən başqa bir şey deyil.
Son olaraq Von Le Conq tərəfindən irəli sürülən, Nemets, Müller və Thomson kimi alimlər tərəfindən də qəbul edilən daha qəti bir açıqlama yolu vardır. Bu alimlər keçmiş uyğur mətnlərində "türk" kəlməsinin nüfuzlu, güclü və qüdrətli mənasına gəldiyini görərək bu mənaya gələn "türk" kəlməsi ilə millət adı olan "türk" kəlməsinin eyni olduğu qəbul edilib.
Bu son izah şəklinə görə, əslində nüfuz, güc və qüdrət mənasına gələn türk kəlməsi millətimizin özünə yaraşan adı olub. Müxtəlif İran mənbələrində və ədəbiyyatında da "türk" kəlməsi gözəl mənasında istifadə olunub.
İndi də bu milli adımızın tarixdə nə zaman ortaya çıxdığını, nə zamandan istifadə edildiyini və yayıldığını araşdıraq. Ümumiyyətlə, türk tarixi nəzərə alınacaq olsa, müxtəlif türksoylu qövm, nəsil və qəbilələr cürbəcür adlar alıblar. Bunlardan başqalarının üzərində hakim olan nəslin adı da geniş ölçüdə yayılmış olurdu. Belə ki, "türk" kəlməsinin yayılmasından əvvəl hakim nəsil adı olaraq Hun (Kun) adının çox yayılmış olduğunu görürük. Türk dünyasında "türk" kəlməsindən əvvəl bunun yerini tutan kəlmə "Hun" adıdır. Böyük Hun adı Şərqi və Orta Asiyadan Şərqi və Orta Avropaya qədər yayılmışdı. Hətta Avropada Böyük Hun hakimiyyəti sona çatdıqdan sonra da hunlara tabe olan bir çox nəsillərə hunlar deyilməkdə davam edildiyini görürük. Çox geniş ölçüdə yayılan Hun adı daha sonra yerini "türk" kəlməsinə tərk edib.
İlk dəfə türk adı ilə meydana çıxan və ümumi olaraq türklüyə ad verən hakimiyyətin Göytürklər olduğu qəbul edilir. Göytürklər tarix səhnəsinə altıncı yüzilliyin ortalarında çıxdıqlarına görə türk adının o zamandan bəri istifadə edilməkdə olduğunu qəbul etmək lazımdır. Fəqət, türk adının başqa bir söyləniş şəklinin keçmiş dövrlərdə də mövcud olduğunu göstərən şahidlər və izlər vardır.
Keçmiş Çin mənbələrindən Hunlarla bərabər türk adını daşıyan bir boydan bəhs edildiyini öyrənirik. Çinlilərlə bir çox müharibələr edən və cürbəcür münasibətlərdə olan bu türklər barəsində H.N.Orxonun "Türk sözünün əsli" adlı əsərində ətraflı məlumat verilir. "Tik" sözü ilə "türk" sözü arasındakı münasibətə dair bu əsərdə bu izahatla tanış oluruq: "Çin dilində [r] səsi olmadığına görə, onlar [r]lı kəlmələri tələffüz edərkən ya bu səsi atar, ya da bunun yerinə bir (1) səsi qoyardılar. Edkinsin və De Grootun dedikləri kimi, bu kəlmə "türk" sözünün çincədəki tələffüzündən başqa bir şey deyil." Verilən bu məlumata görə, Çin mənbələrində adı keçən türklərin türk adını çox keçmişdən daşıyan bir türk nəsli olduğunu qəbul etmək lazım gəlir.
Tanınmış alim Zəki Vəlidi Toqanın "Ümumi türk tarixinə giriş" adlı əsərində də türklərə dair bu qeydlər vardır: "Şimali Çində bir çox türkün jonq və türk adları altında hələ m.ə.1328-ci ildən başlayaraq ciddi bir siyasi qüvvə sifətilə mövcud olduqları, bu türklərin bir dəfə də m.ə. 588-ci ildə, ikinci dəfə də 433-cü ildə Şimal-qərbi Çindən Monqolustana və Çunqarya tərəflərinə çəkilmiş olduğu keçmiş Çin mənbələrindən öyrəndiyimiz hadisələrdir." Və yenə də bir çox alim və yazıçılar Tik adının həqiqətən, "türk" sözünün köhnə bir yazılış şəkli olduğunu irəli sürür.
Yuxarıdakı araşdırmalarımızı əsas götürərək, "tik" və "türk" sözlərinin eyni olduqlarına görə Türk adının aid edildiyi Göytürklərdən çox-çox əvvəl bu adı daşıyan türk nəslinin həyatda olduğu müşahidə olunur. Beləliklə, öyünərək deyə bilərik ki, milli adımız Göytürklərdən iyirmi, zamanımızdan otuz dörd əsr əvvəldən bəri istifadə olunur.
Türk adı ilə hakim bir nəsil olaraq tarixin səhnəsinə çıxan Göytürklər Şərqdə Qadırğan dağlarından, Qərbdə Azov dənizinə qədər uzanan sahədəki eyni soydan və eyni qandan gələn, eyni dildə danışan, fəqət başqa-başqa adlarla yad edilən bir çox nəsilləri öz hakimiyyəti altına aldıqda türk adını bunların da üzərinə damğalayıblar. Beləcə, geniş ölçüdə yayılıb yerləşən bir çox türk nəsilləri, bu adları getdikləri və ya köçdükləri yerlərə də özlərinin boy və nəsilləri ilə bərabər aparıblar. Türk adı digər boy və nəsil adlarının üstündə eyni vəsflərə sahib olan insanların milli adı olaraq yerləşib və kökləşib. Ancaq türklərdə toplu adlar, yəni soy, boy, qəbilə və qövm adları, özbək, noqay, qırğız və başqa ad vermə üsulu qəbilə və millətlərə də tətbiq edilib.
Bəzi alimlər türklərin qarmaqarışıq bir irq olduğuna inanır. Bu problemin cavabı hansı çağdan bəhs etdiyimizə görə bəlkə də dəyişə bilər. Yeni tarixçilərimiz və "türk" maddəsini yazanlarımız bu nöqtənin üzərindən sükutla keçirlər. Amma "Nə idik, nə olduq" sualına mütləq bir cavab verməyimiz lazımdır.
İlk türklərin m.ə.4000-ci illərdə az-çox toparlanan Şumerlər olduğuna, Şimali Asiyanın bir ucundan digər ucuna qədər uzanan bu qövmün türkcə danışdığına inanmalıyıq. Sakaların və İskitlərin də əslində Hunların bir qismi olduqları və Qərbdə bəzi Hind-Avropa ünsürlərini içinə alsa belə, çoxunun və idarəçi təbəqələrin türk olduqları şübhəsizdir.
Tarixin ilk mədəniyyətlərində atalarımız böyük rol oynayıblar. Çinin ilk çağları da, Misirin quruluş illəri də buna şahidlik edir. Fəqət o mədəniyyətlər türk mədəniyyəti deyil, sadəcə onların quruluşlarında atalarımızın bir payı olub. Buna müqabil şumer mədəniyyəti tamamilə atalarımızın əsəridir.
İnsanlar arasında soy ayrımları təbii bir haldır. Yer üzündə yaşayan insanlar yaşadıqları çevrədəki təbiət şərtlərinin təsiri altında ayrı-ayrı inkişaflara tabe olurlar. Beləliklə, elə müəyyən və dəyişməz xüsusiyyətlər qazanırlar ki, insanlar arasında antropoloji fərqlər meydana gəlməz olur. Hər bir fərq özünə xas vəsf və irsi qanunlarına görə nəsildən-nəslə keçər və davam edər. Bu antropoloji xüsusiyyətlərə etnoloji vəsfdə olan xüsusiyyətlər və prinsiplər də əlavə olunarsa, millətin xasiyyəti ortaya çıxar. Yoxsa millət və irq anlayışları bir-birilə eyni deyil. Millət anlayışı sosial və mədəni prinsipləri də əhatə edir.
Yer üzündə yaşayan insanlar bir-birindən fərqli xüsusiyyətləri etibarilə bir çox qruplara ayrılıblar. Bunların gəldikləri kök, rənglərindəki fərqliliklər, boy, baş və vücud quruluşlarındakı fiziki xüsusiyyətlərlə danışdıqları dillərin qohumluğu kimi müxtəlif qruplandırmalar və ayırmalar var.
Klassik bir ənənəyə görə, soylar keçmişdən bəri hamilər, samilər, arilər və turanlılar deyə ayrı-ayrı qruplara ayrılıb. Bu qruplaşdırma soyları danışdıqları dillərə görə sinifləndirən alimlərin ayırma ölçülərinə də əsas olub. Hamilər - Şimali Afrika yerliləri, samilər - ərəblər, ibranilər, keçmiş assurilər, kəldanilər və aramilər, arilər - yunanlar, latınlar, jermenlər, slavyanlar, iranlılar və hindlilər bu ayrıma daxildir. Turanlılara gəlincə, bu da arilərin müqabili olaraq istifadə edilən bir termindir. Bunlara Ural-Altay qövmləri də deyilir və bunlar iki qola - Ural və Altay qollarına ayrılır. Ural qolunda samoyetlər və uqrofinlər, Altay qoluna da, başda türklər olmaqla, monqollar, mancurlar, tunquzlar, xoralılar və yaponlar daxildir. Altaylılar arasında ən mühüm ünsür türklər olduğuna görə bir irq bölümü adı olaraq buna türk irqi "Rrace Turc" də deyilir.
İrqlər, ümumiyyətlə, uzun dövrlərin müxtəlif səbəb və hadisələrinə görə bir-birilə çox qarışıb. Bununla bərabər, üstün irq özünə aid olan xasiyyəti qoruyub saxlayıb. Türk soyunu tədqiq etmək və bütün tarixi qollarını layiqincə araşdırmaq işi tərəfsiz və haqsevər türk elm adamlarına verilməlidir. Türk tarixinin qaranlıq dövrləri üzərində aparılacaq tədqiqatlar üçün bu işlə məşğul olan elm adamlarının məlum türk tarixini və etnoqrafiyasını da yaxşı bilmələri lazımdır.
Türk milləti insanlığın ən yaxşı xüsusiyyətlərini özündə toplayan və dünyada özünü tanıdan bir millətdir. Bu millət mərdlik və igidlik nümunəsidir, hiylə və yalanı şərəfsizlik
sayar, doğruluqdan ayrılmaz, comərdliyi sevər, gözləri, könülləri tox, ürəkləri təmiz, çox cəsur, fədakar və mülayimdir, haqsızlığı və pisliyi sevməz, yumşaq xasiyyətlidir. Yaxşılıq qarşısında əngin bir dəniz olar, pislik qarşısında isə dalğalar kimi kükrər, dəhşət saçar. Könülləri şən, söhbətləri dadlıdır, özlərinə toxunulmadıqca başqalarına zərərləri dəyməz.
Türklərdə Allahsızlıq silinməz bir ləkədir. Bu ləkəni daşıyanların cəmiyyət içərisindəki insanlıq dəyəri heçdir. Türklərdə ailə müqəddəs bir varlıqdır. Onlar Vətəni də ailə kimi düşünər, qiymətləndirərlər. Vətən və ailə sevgisi bir-birinə bərabərdir. Bunları ən müqəddəs varlıq olaraq qoruyar, lazım olduqda heç düşünmədən canını qurban verər. Türklər qonağı çox sevər, qonaq qəbul etməkdən xoşlanarlar, onlara Allah qonağı deyərlər.
Türklər hər zaman hakim və müstəqil olaraq yaşamağa alışıblar. Bunları onlardan almağa çalışmaq ildırıma toxunmaq qədər qorxunc, bir ananı övladından ayırmaq kimi acıdır.
Türklərdə böyüklərə hörmət etmək ən təmiz bir tərbiyə nümunəsidir. Böyüklər də kiçiklərə sevgi və şəfqətini azaltmaz. Yaradılışlarından demokrat ruhludurlar, adət-ənənələrinə son dərəcə bağlıdırlar.
Bütün bunların üstündə türklərə xas bir ləyaqət daha vardır, o da əsgər olmaqdır. Türklər tarix boyunca ən cəsur əsgər və ən cəsur döyüşçü olaraq tanınıblar və azadlıqlarını tarixə həkk ediblər. Bunu öyrənmək üçün türkün tarixinə baxmaq kifayətdir. Türk gücü və türk qüdrəti cahanı hər zaman titrədib.
M.ə. I əsrdə döyüş meydanlarında ölən bir Hun hökmdarı: "Gücü təqdir etmək, yenilməni alçaqlıq kimi görmək hunların ən qədim adətidir. Döyüşçünün taleyi savaşda ölməkdir, əgər biz də ölərsək, qəhrəmanlıq şöhrətimiz bizi dünya durduqca yaşadacaq, oğullarımız və millətimiz başqa qövmlərin Baş komandanı olacaq", - deyib.
Çinlilər göytürklər barəsində: "Türklər döyüşdə ölməyi şərəf sayar, xəstələnib ölməkdən utanarlar", - deyiblər.
XVI əsrdə məşhur italyan şairi Tasse də bunları deyib: "Düşmənə hücum edərkən amansız bir qasırğa, qorxunc bir dənizə və insafsız bir ildırıma bənzəyən türk dost yanında və silahsız qalmış düşmən qarşısında bir səhər yelidir, şəffaf bir göldür".
XIX əsrdə məşhur Napoleon Bonopart da: "Türklər öldürülə bilər, fəqət, məğlub edilə bilməz", - deyib...
Türkün məziyyətləri saymaqla tükənən deyil. Bütün bunların şahidi türklərin tarixi və özləridir.
Fazil QARAOĞLU,
professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ